Şamil Mahmudbəyov öz filmlərində yaşayır
05.02.2015 [10:09]
Fevralın 4-də Dövlət Film Fondunda Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Dövlət Mükafatı Laureatı, görkəmli kinorejissor Şamil Mahmudbəyovun xatirə gecəsi keçirilib. Sənətkarın anadan olmasının 90 illiyinə həsr edilmiş tədbir Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondu tərəfindən təşkil edilib.
Tədbir iştirakçıları əvvəlcə foyedə görkəmli kinorejissorun həyat və yaradıcılığına həsr edilmiş fotosərgi ilə tanış olublar.
Dövlət Film Fondunun icraçı katibi Cəmil Quliyev, kinoşünas Aydın Kazımzadə, rejissor Elxan Qasımov, kino işçisi Nadir Əzməmmədov və başqaları görkəmli kinorejissorun həyat və yaradıcılıq yolu barədə söhbət açıb, onunla bağlı xatirələrini bölüşüblər.
Şamil Mahmudbəyov 1924-cü ildə anadan olub. 1943-cü ildən Böyük Vətən müharibəsinin bir sıra qanlı döyüşlərində iştirak edib, ağır yaralanıb. Ordudan tərxis ediləndən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub, görkəmli rejissor S.Gerasimovun və aktrisa T.Makarovanın kursunda təhsil alıb. 1954-cü ildən Bakı Kinostudiyasında (Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasında) rejissor vəzifəsində çalışıb, Azərbaycan kinosunun klassikasına çevrilmiş onlarca bədii film çəkib.
Ş.Mahmudbəyovun kinoda ilk işi 1960-cı ildə çəkdiyi “Əyri yolla qazanc” adlı qısametrajlı film olub. Sonrakı illərdə o, “Romeo mənim qonşumdur” lirik komediyasını, eyniadlı kinoalmanaxa daxil edilmiş “Qaraca qız” kinonovellasını, müxtəlif janrlara aid “Torpaq. Dəniz. Od. Səma”, “Həyat bizi sınayır”, “Skripkanın sərgüzəşti”, “Dörd bazar günü”, “Dərviş Parisi partladır” (K.Rüstəmbəyovla birlikdə), “Bayquş gələndə”, “Od içində”, “Tənha narın nağılı” (H.Turabovla birlikdə) və başqa filmləri çəkib.
1969-cu ildə çəkilmiş “Şərikli çörək” filmi rejissora böyük şöhrət qazandırdı. Böyük Vətən müharibəsindən sonrakı ilk illərdə Bakı və bakılılar haqqında səmimi söhbət açan bu film haqlı olaraq Azərbaycan kinosunun Qızıl fonduna daxil olub. Ş.Mahmudbəyov deyirdi: “Mən uşaq kinosu rejissoruyam. Lakin mənə belə gəlir ki, ekranı “yaşlılar üçün” və “uşaqlar üçün” nəzərdə tutulan hissələrə bölmək düzgün deyildir. Film vahid kino əsəridir”. 1970-ci ildə rejissor “Şərikli çörək” filminə görə Dövlət Mükafatına layiq görülüb.
Çıxış edənlər Ş.Mahmudbəyovun aktyor işini də qeyd etdilər. Bildirildi ki, o, “Yenilməz batalyon” filmində Qaçaq Əlimərdan rolunu böyük ustalıqla ifa edib, Azərbaycan xalqının ən ağır problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş “Fəryad” bədii filmində isə erməni Samvelin mənfi obrazını inandırıcı canlandırıb. Ş.Mahmudbəyov həm də “Mozalan” satirik kinojurnalı üçün bir neçə filmin müəllifidir.
Qeyd edilib ki, Şamil Mahmudbəyov ömrünün sonuna qədər öz yaradıcı peşəsinə sadiq qalıb. Ağır xəstələnmiş rejissor “Divar” və “İnsan” adlı sonuncu televiziya kinolentlərini tamamlamağa macal tapmadı, 1997-ci ildə Bakıda vəfat etdi. Son dərəcə xeyirxah, təvazökar və özünə qarşı tələbkar insan olan rejissor Şamil Mahmudbəyov öz filmlərində yaşayır.
Rejissorun ailəsi adından çıxış edən bacısı qızı, Bakı Musiqi Akademiyasının professoru Leyla Abbasquliyeva görkəmli sənətkarın xatirəsinə göstərilən diqqət və hörmətə görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Tədbirin sonunda Ş.Mahmudbəyovun sonuncu işi olan, yeni dövrün reallıqlarından bəhs edən “İnsan” televiziya filmi göstərilib.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

