/ / Azərpaşa Nemətov: Bakı beynəlxalq teatr konfransı bütün dünyada tanınan sənət adamlarının diqqət mərkəzindədir
Azərpaşa Nemətov: Bakı beynəlxalq teatr konfransı bütün dünyada tanınan sənət adamlarının diqqət mərkəzindədir
29.10.2014 [09:56]
Yarandığı gündən xalqımızın milli mənəvi dəyərlərini qoruyan, təbliğ edən, mütərəqqi ideyalar aşılayan Azərbaycan teatrı son on ildə özünün yeni inkişaf dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı teatrlarımızın inkişafı yolunda atılmış mühüm bir addımdır. Sözügedən proqrama uyğun olaraq, paytaxtımızda üçüncü dəfədir ki, müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilir.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov konfrans barədə fikirlərini AzərTAc-ın müxbiri ilə bölüşüb.
Bildirib ki, Bakı beynəlxalq teatr konfransı bütün dünyada tanınan sənət adamlarının diqqət mərkəzindədir. İndiyədək keçirilmiş birinci və ikinci konfransa dünyanın müxtəlif ölkələrindən sənətkarlar gəlib. Bu il keçiriləcək Üçüncü Bakı Beynəlxalq Teatr Konfransının iştirakçıları isə ölkələrin və nümayəndələrin sayı baxımından əvvəlkilərdən daha çoxdur.
A.Nemətov qeyd edib ki, builki konfransın iştirakçılarından bəziləri ölkəmizlə artıq tanışdırlar, digərləri isə Bakıda ilk dəfə olacaqlar. Şübhəsiz ki, onlar paytaxtımızı gəzəcək, teatrlara gedəcək, tamaşalara baxacaqlar. Konfransda təkcə bugünkü dünya teatrının taleyi deyil, onun gələcək inkişaf yolları da alimlər, böyük rejissorlar, prodüserlər, teatr mütəxəssisləri tərəfindən müzakirə ediləcək. Onların sırasında bu möhtəşəm tədbirə ev sahibliyi edəcək Azərbaycanın nümayəndələri də olacaq.
Hesab edirəm ki, konfransda müzakirə ediləcək məsələlər dünya, eləcə də Azərbaycan teatrı üçün çox əhəmiyyətli olacaq. Bir misal deyim. İtaliyanın Pikkolo Teatrının rəhbəri bu konfransda iştirak edəcək. Bu, vaxtilə Corco Strelerin teatrı olub. Corco Streler isə 10 ilə yaxındır ki, dünyasını dəyişib. İndi həmin teatrda görkəmli rejissorlar tamaşalar hazırlayırlar.
İnanıram ki, beynəlxalq teatr konfransı çərçivəsində keçiriləcək çoxsaylı tədbirlər Azərbaycan və dünya teatr sənətinin yeni inkişaf mərhələsinə qədəm qoyması və birgə layihələrin hazırlanması baxımından əhəmiyyətli olacaq.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

