/ / Serbiyada Azərbaycanın Xalq yazıçısı Elçinə “Kariç qardaşları” Beynəlxalq mükafatı təqdim edilib
Serbiyada Azərbaycanın Xalq yazıçısı Elçinə “Kariç qardaşları” Beynəlxalq mükafatı təqdim edilib
03.10.2014 [09:28]
Serbiya Milli Teatrında Qərbi Balkan regionunda böyük nüfuza malik “Kariç Fondu” tərəfindən təsis olunmuş “Kariç qardaşları” mükafatlarının on yeddinci təqdimetmə mərasimi keçirilib.
“Kariç qardaşları”nın builki beynəlxalq mədəniyyət və incəsənət sahəsində ədəbiyyat nominasiyası üzrə mükafatı Azərbaycanın Xalq yazıçısı Elçinə təqdim edilib.
“Kariç qardaşları” Beynəlxalq mükafatının idarə heyəti Elçinin onillikləri əhatə edən ədəbi fəaliyyətini Azərbaycan xalqının mənəvi inkişafına töhfə kimi qiymətləndirib. Bildirilib ki, yazıçının uzun illər ərzində əldə etdiyi mükafat və sertifikatlar təkcə Azərbaycanda deyil, ümumilikdə, beynəlxalq aləmdə onun malik olduğu ədəbi nüfuz kimi qəbul edilir. İyirmidən artıq dilə tərcümə olunmuş əsərlərini nəzərə alaraq, məşhur və nüfuzlu müasir yazıçılardan biri kimi builki “Kariç qardaşları” mükafatına ədəbiyyat nominasiyası üzrə namizədlər sırasından Azərbaycanın Xalq yazıçısı Elçin layiq görülüb.
Mükafatı yazıçıya Serbiya parlamentinin deputatı, görkəmli ictimai xadim, parlamentdə Azərbaycan ilə dostluq qrupunun üzvü Draqomir Kariç və “Kariç Fondu”nun prezidenti Danitsa Kariç təqdim ediblər.
Tədbir zamanı serbiyalı musiqiçilərin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
Xalq yazıçısı Elçin Serbiyanın bir sıra aparıcı KİV-lərinə müsahibələr verərək, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, qədim tarixi, eləcə də zəngin mədəni və ədəbi irsi, ölkəmizdə mövcud olan tolerantlıq mühiti və Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə ətraflı məlumat verib.
Azərbaycanın Xalq yazıçısı Elçin yerli deputatlar, ictimai xadimlər, ölkəmizin Serbiyadakı səfirliyinin əməkdaşları, eləcə də Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi ilə birgə Azərbaycan hökumətinin dəstəyi ilə əsaslı təmir və bərpa edilmiş “Taşmaydan” parkına gələrək, Ümummilli lider Heydər Əliyevin burada ucaldılmış möhtəşəm abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyublar. Eyni zamanda, görkəmli serb yazıçısı Milorad Paviçin də burada ucaldılmış abidəsi və Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirə lövhəsi ziyarət edilib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

