Moskvada “The Best Summer Photo of Azerbaijan-2014” foto müsabiqəsinin qalibləri elan edilib
16.09.2014 [09:34]
Sentyabrın 14-də Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) “The Best Summer Photo of Azerbaijan-2014” müsabiqəsinə yekun vurub. Tədbir “AZE Project” layihəsinin informasiya dəstəyi ilə Moskva şəhər Mədəniyyət Departamenti tərəfindən keçirilib.
Həvəskar fotoqrafların müsabiqəsini təşkil etmək təşəbbüsü Heydər Əliyev Fondunun vitse-prezdenti Leyla Əliyeva tərəfindən irəli sürülüb.
RAGB idarə heyətinin üzvü Emin Hacıyev gecəni açaraq RAGB-nin sədri Leyla Əliyevaya Rusiyada yaşayan azərbaycanlı gənclərin dəstəklənməsinə görə təşəkkürünü bildirib. Qısa müddətdə müsabiqəyə 250-dən çox iş təqdim olunduğunu bildirən E.Hacıyev deyib: “Bizə çoxlu sayda maraqlı fotoşəkillər göndərilib, onların arasından qalibləri seçmək çox çətin idi”.
RF Gənclər və Uşaq Birlikləri Milli Şurasının sədri Qriqori Petuşkov qeyd edib ki, Rusiyada təhsil alan azərbaycanlı tələbələr ölkələrimiz arasında dinamik inkişaf edən ikitərəfli münasibətlərin möhkəmlənməsində mühüm rol oynayırlar. O vurğulayıb ki, RAGB məsələyə yaradıcı yanaşması və orijinal ideyaları ilə həmişə fərqlənir.
Sonra müsabiqənin qalibləri elan edilib. Altı nominasiya üzrə qaliblərin hər birinə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından diplomlar və pul mükafatları təqdim edilib.
Peşəkar fotoqraf və sənətşünaslardan ibarət münsiflər heyəti “Bakı: Memarlıq” nominasiyasında birinci yeri Firuz Əhmədova verib. “Moskva azərbaycanlıların gözü ilə” nominasiyasında Cavid Məmmədov qalib gəlib. “Azərbaycan simalarda” nominasiyasında Fariz Məlikov birinci yeri tutub. “Turizm” bölməsində Könül Məmmədova fərqlənib. “Ekologiya” nominasiyasında Marqarita Qolıçeva, “Azərbaycan peyzajları” nominasiyasında Fərqanə Qasımova müsabiqənin qalibləri hesab edilib.
Diplomları və mükafatları RF Gənclər və Uşaq Birlikləri Milli Şurasının sədri Qriqori Petuşkov, Ümumrusiya Millətlərarası Gənclər İttifaqının sədri Kantimitr Xurtayev, “AZE Project” layihəsinin rəhbəri Elvira Əsgərova, RAGB idarə heyətinin üzvü Emin Hacıyev və “Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai Təşkilatının nümayəndəsi Tamara Məmmədova təqdim edib.
Qaliblərə mükafatlar təqdim edilməsi mərasimi maraqlı mədəniyyət proqramı ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

