Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Larisa Babenko: Qəbələ festivalı beynəlxalq musiqi arenasında öz layiqli yerini tutub

Larisa Babenko: Qəbələ festivalı beynəlxalq musiqi arenasında öz layiqli yerini tutub

02.08.2014 [11:31]

“Altı ildir keçirilməsinə baxmayaraq Qəbələ festivalı beynəlxalq musiqi arenasında öz layiqli yerini tutub. Qəbələyə gəlməmişdən əvvəl burada keçirilən festivalın əhatə dairəsi haqqında çox az məlumatlı idim. Festivalın belə gözəl bir yerdə və möhtəşəm şəkildə keçirilməsi məni valeh etdi”.
Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Yohannesburq Simfonik Orkestrinin üzvü, Pretoriya Universitetinin müəllimi, skripka ifaçısı xanım Larisa Babenko AzərTAc-a müsahibəsində deyib.
Festivalın təşkilatçılığını yüksək qiymətləndirən L.Babenko Qəbələyə toplaşan dünyanın məşhur musiqi xadimlərinin iştirakı ilə bir sırada konsert verməyin məsuliyyətli olduğunu bildirib.
Larisa Babenko deyib: “Burada olmaq bir musiqiçi kimi əsl uğurdur. Həqiqətən də bu möhtəşəm incəsənət bayramı dünya musiqi mədəniyyətinə öz dəyərli töhfəsini vermiş festivallardan birinə çevrilir. Qəbələ kimi gözəl diyarı gəzmək, belə bir qədim məkanı tanımaq, eyni zamanda, görkəmli sənət adamları ilə eyni səhnəni bölüşmək, birgə tamaşaçı qarşısına çıxmaq çox maraqlı oldu. Bu festivaldan musiqi duyumu olan hər kəs zövq ala bilər”.

Paylaş:
Baxılıb: 1200 dəfə

Xəbər lenti

Hamısına bax

COP29

Analitik

Diqqət ANKARAYA!!

07 İyul 10:40  

YAP xəbərləri

Ədəbiyyat

Maraqlı

Maraqlı

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31