Fransada keçirilən Syam festivalı ilk dəfə bütünlüklə Azərbaycan musiqisinə həsr olunub
08.07.2014 [10:28]
Azərbaycanın mədəni dəyərlərini fransızlara yaxından tanıtmaq istiqamətində layihələr həyata keçirən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu ölkənin Jura dağlarında yerləşən qədim Syam qəsrində təşkil olunan eyni adlı festival Fransada ilk dəfə bütünlüklə milli musiqimizə həsr edilib.
Təntənəli mərasimi açan festivalın əsas təşəbbüsçüsü və rəhbəri, Azərbaycan musiqisevərlərinə yaxşı tanış olan, “Xocalı 613” əsərinin müəllifi Pyer Tilloy ölkəmizə dəfələrlə səfərlər etdiyini xatırladıb, Azərbaycanın zəngin musiqi tarixinə və irsinə malik olduğunu bildirib. O, festivalın təşkilinə yaxından kömək göstərən Heydər Əliyev Fonduna və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, eləcə də fəal dəstəyinə görə ölkəmizin Fransadakı səfirliyinə təşəkkür edib.
Dünyanın müxtəlif ölkələrindən 100-dən artıq bəstəkarın, ifaçının və musiqiçinin iştirak etdiyi festivalda 47 əsərin ifa ediləcəyini vurğulayan P.Tilloy bu möhtəşəm tədbirdə Azərbaycan musiqisinin ilk dəfə qonaq qismində təmsil olunduğunu və bunun təsadüfi xarakter daşımadığını bildirib. Fransız bəstəkarı bu hadisəni Azərbaycanın bu ilin mayından Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi ilə əlaqələndirib.
Səfirliyin müşaviri Elmar Məmmədov Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan səfirliyinin dəstəyi ilə son illər Fransanın müxtəlif regionlarında və şəhərlərində ölkəmizi tanıtmaq istiqamətində keçirilən layihələr nəticəsində musiqimizin fransız tamaşaçılarında böyük maraq doğurduğunu xüsusi vurğulayıb. O, Syam festivalının bütünlüklə Azərbaycan musiqisinə həsr edilməsində xüsusi əməyi olan P.Tilloya minnətdarlığını bildirib.
Festivalın ilk günündə Azərbaycan və fransız musiqiçilərinin ifasında məşhur bəstəkarlarımızdan Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Süleyman Ələsgərovun, Vasif Adıgözəlovun, Xəyyam Mirzəzadənin, Firəngiz Əlizadənin, Musa Mirzəyevin və digərlərinin əsərləri səsləndirilib.
Festivalda Qreta Komur-Tilloyun və Erika Eskribanın ifasında səslənən mahnılar, Silvia Gareddunun tütəkdə, Stefan Rüriyenin skripkada və başqalarının müxtəlif musiqi alətlərində ifaları, P.Tilloyun Azərbaycanda olarkən milli musiqimizin təsiri altında bəstələdiyi “Abraxas” əsəri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Festival çərçivəsində Azərbaycanın Xalq artisti Murad Hüseynovun pianoda ifa etdiyi musiqi nömrələri, caz ustası Emil Əfrasiyabın çıxışı böyük marağa səbəb olub. Gənc xanəndələrdən Arzu Əliyevanın və Ehtiram Hüseynovun muğam, onları müşayiət edən Elşən və Malik Mansurov qardaşlarının, Hüsaməddin Əzizovun ifaları da tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.
Festival iyulun 11-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

