Kalmıkiya Dövlət Muzeyində Ümummilli lider Heydər Əliyevə həsr olunan guşə yaradılacaq
04.07.2014 [09:51]
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi (DAMM) son illərdə bir sıra uğurlu layihələrə imza atıb. Belə layihələrdən biri də bu günlərdə Kalmıkiya Muxtar Respublikasında gerçəkləşib. Belə ki, paytaxt Elistadakı Dövlət Tarix Muzeyində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə həsr olunan guşənin yaradılması haqda razılıq əldə olunub. Sözügedən anlaşma DAMM-in vitse-prezidenti Rasim Məmmədovun başçılıq etdiyi nümayəndə heyətinin Kalmıkiya Muxtar Respublikasına iki günlük səfəri çərçivəsində baş tutub.
Səfər Kalmıkiyada yaşayan azərbaycanlıların istəyi ilə gerçəkləşib. DAMM-in vitse-prezidenti Rasim Məmmədov əməkdaşımızla söhbətində qeyd edib ki, nümayəndə heyətinin tərkibində Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Ağsaqqallar Şurasının üzvü, yazıçı, şair, publisist, filologiya üzrə fəlsəfə doktoru Əvəz Mahmudov, mərkəzin icraçı direktoru, Əməkdar artist, Aygün Zeynalova, iş adamı İlşad Süleymanov, eləcə də, incəsənət xadimləri, o cümlədən Bülbül adına musiqi məktəbinin tələbəsi, Prezident təqaüdçüsü, tarzən Atabəy İsmayılov, pianoçu beynəlxalq müsabiqələr laureatı Samirə Kərimova, milli alətimiz olan saz və tütəyin mahir ifaçısı Vahid Babaşov iştirak ediblər.
İyulun 1-də Azərbaycanın və Kalmıkiyanın mədəniyyət və incəsənət xadimləri ilə birgə geniş konsert proqramı təşkil olunub. Konsertdə Kalmıkiyanın dövlət və hökumət nümayəndələri ilə yanaşı, burada yaşayan azərbaycanlıların və digər xalqların nümayəndələri, diaspor təşkilatlarının üzvləri iştirak ediblər. Konsertdə, həmçinin, Kalmıkiya prezidenti Aleksey Orlovun anası Svetlana xanım da iştirak edib. O, konsertdən sonra qonaqların şərəfinə ziyafət təşkil edib. Həmin gün nümayəndə heyətinin üzvləri Kalmıkiyanın dini məbədi olan Prumu ziyarət ediblər, Elistadakı Dünya Şahmat Mərkəzi şəhərciyi ilə yaxından tanış olublar, tarix muzeyində olublar. Növbəti gün həmyerlilərimiz Kalmıkiya Muxtar Respublikasının prezidenti Aleksey Orlov tərəfindən qəbul olunublar. Görüşdə Kalmıkiya Muxtar Respublikasının kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak ediblər. Görüş zamanı iki xalq arasında dostluq və qardaşlıq münasibətlərindən söz açılıb. Qəbul zamanı prezident bildirib ki, ilk dəfədir Azərbaycan nümayəndə heyətini qəbul edir.
Görüşdə DAMM-in vitse-prezidenti Rasim Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin inkişafı ilə bağlı gördüyü işlərdən və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətindən, Fondun vitse-prezidenti Leyla Əliyevanın gördüyü genişmiqyaslı işlərdən söz açıb.
Azərbaycanda görülən işləri yaxından izlədiyini bildirən Kalmıkiya Muxtar Respublikasının prezidenti A.Orlov Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi işləri yüksək qiymətləndirərək, öz fəaliyyətində Onun ideyalarından bəhrələndiyini də vurğulayıb. Görüş çərçivəsində Kalmıkiya prezidenti DAMM tərəfindən Ulu öndərin xatirəsinə təsis edilən “Əbədi Lider” qızıl döş nişanı və Fəxri Fərmanla təltif edilib, ona üzərində Ümummilli liderin portreti əks olunan xalça hədiyyə edilib.
Kalmıkiyaya səfərin çox uğurlu olduğunu qeyd edən Rasim Məmmədovun sözlərinə görə, Elistada Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin nümayəndəliyini də təsis ediblər. Nümayəndəliyin rəhbəri bu şəhərdə yaşayan həmyerlimiz Raqif Abbasov təyin edilib.
R.Məmmədov, həmçinin, qeyd edib ki, Elista şəhərindəki Dövlət Tarix Muzeyində Ulu öndərə həsr olunan guşə geniş bir sahəni əhatə edəcək. Burada Ümummilli liderin Azərbaycana müxtəlif dövrlərdə rəhbərliyindən bəhs edən fotostendlər, sənədlər yerləşdiriləcək. Eksponatlar muzeyə Bakıdan gətirələcək. Rasim Məmmədov muzeydə hazırlıq işlərinə başlanılması üçün nümayəndəliyin rəhbəri Raqif Abbasova müvafiq tapşırıqların verildiyini də bildirib. O, yaxın günlərdə Bakıya qayıtdıqdan sonra, guşənin tez bir zamanda hazırlanması üçün lazımi işlərin görüləcəyini də bildirib.
Kalmıkiya Muxtar Respublikasına səfərin xalqlarımızın bir-birinə daha da yaxınlaşması işinə töhfə verəcəyinə əminliyini vurğulayan Rasim Məmmədov, sonda belə səfərlərin mütəmadi olaraq təşkil ediləcəyini də bildirib.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

