Heydər Əliyev Mərkəzində məşhur britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisi açılıb
10.04.2014 [09:22]
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərgi ilə tanış olub
Aprelin 9-da Heydər Əliyev Mərkəzində müasir dünya incəsənətinin görkəmli nümayəndələrindən biri, məşhur britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisi açılıb.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olublar.
Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzin həyata keçirdiyi layihələrdən geniş söhbət açıb. Bildirib ki, Mərkəz mədəniyyət və incəsənət nümunələrinin sərgilənməsi baxımından qabaqcıl məkanlardan birinə çevrilib. Burada dünya şöhrətli rəssam və heykəltəraşların əsərləri təqdim edilir və çoxsaylı xarici qonaqlar Mərkəzə gələrək həmin əsərlərlə tanış olmaq imkanı qazanırlar.
Diqqətə çatdırılıb ki, Azərbaycanda müasir incəsənətlə bağlı tədbirlərin keçirilməsi böyük önəm daşıyır. Müasir İncəsənət Muzeyinin fəaliyyəti, “Fly to Baku” sərgisi, “YARAT” Müasir İncəsənət Məkanının həyata keçirdiyi layihələr müasir incəsənətin təbliğində mühüm rola malikdir.
Anar Ələkbərov Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi layihələrə göstərilən dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.
Diqqətə çatdırılıb ki, bu gün Heydər Əliyev Mərkəzi Toni Kreqq studiyası ilə birgə əməkdaşlıq layihəsi çərçivəsində dünya şöhrətli heykəltəraşın əsərlərinin xüsusi təqdimatını reallaşdırır. Sərginin açılış mərasiminin müəllifin 65 illik yubileyinə təsadüf etdiyini qeyd edən Anar Ələkbərov Toni Kreqqi bu münasibətlə təbrik edib.
Mərasimdə çıxış edən Toni Kreqq sərginin təşkilinə göstərdikləri dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlığını bildirib və sərginin hazırlanmasında əməyi olan hər kəsə təşəkkür edib.
Britaniyalı heykəltəraş Azərbaycanı və sərginin keçirildiyi Heydər Əliyev Mərkəzini çox maraqlı məkan adlandırıb. Yaradıcılığından, sənətə gəlişindən danışan Toni Kreqq bu sərgidəki əsərləri böyük arzu və istəklə yaratdığını söyləyib. Bildirib ki, heykəltəraşlıq obyektlərin sakitliyini təcəssüm etdirsə də, incəsənət sahəsi kimi dinamik inkişaf edən istiqamətlərdən biridir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı, akademik Ömər Eldarov Toni Kreqqin əsərlərini monumental, ekspressiv, gözəl, eyni zamanda, zərif incəsənət nümunələri adlandırıb. O, Toni Kreqqə təmsil etdiyi ali təhsil müəssisəsinin fəxri professoru diplomunu təqdim edib.
Sonra sərgiyə baxış olub.
Tonni Kreqq yaradıcılığına həsr olunan sərginin kataloqunu Mehriban Əliyevaya və Leyla Əliyevaya təqdim edib.
Bakıda ilk dəfə təşkil olunan ekspozisiyada müəllifin 28 əsəri sərgilənir. Artıq aprelin 6-dan Bakıda olan Toni Kreqq sərginin tərtibatında özü bilavasitə iştirak edib.
Sərgi Heydər Əliyev Mərkəzində xüsusi kompozisiyada təqdim olunur. Mərkəzin parkında, eləcə də foyedə müəllifin bir neçə əsəri izləyiciləri sərgiyə doğru istiqamətləndirərək burada sənətsevərlər üçün xüsusi ab-hava yaradıb.
Ekspozisiyanın açılışı ərəfəsində Toni Kreqqin yaradıcılığına həsr olunan sərginin kataloqu da hazırlanıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu kataloqda yer aldığı fikirləri diqqəti xüsusilə cəlb edir. Leyla Əliyevanın kataloqda yer alan qeydlərində deyilir ki, geniş auditoriyaya dünya incəsənət incilərinin təqdim edildiyi, müntəzəm olaraq sərgilərin keçirildiyi nadir və gözəl binada - Heydər Əliyev Mərkəzində bu dəfə müasir incəsənətin ən xarizmatik və nüfuzlu simalarından olan tanınmış heykəltəraş Toni Kreqqin əsərləri sərgilənəcək. Siz valehedici və cazibədar sənət nümunələrinin - polad, şüşə, keramika, ağacdan hazırlanmış və qarışıq kompozisiyalarda müxtəlif formalı heykəltəraşlıq əsərlərinin əhatəsində olacaqsınız. Əminəm ki, müasir incəsənətin heyranedici mühiti hər birinizin yaddaşına unudulmaz təəssüratlarla həkk olunacaq.
Azərbaycan paytaxtında müasir incəsənət sahəsinə səmimi bir marağın olduğunu qeyd edən Leyla Əliyeva bu istiqamətdə sərgilərin artıq ənənəyə çevrildiyini, təşkil olunan hər yeni tədbirin cazibədarlığı və şövq gətirən ab-havası ilə seçildiyini bildirib.
Nəşrdə, həmçinin Toni Kreqq yaradıcılığı haqqında məlumat verilir.
Toni Kreqq 1949-cu il aprelin 9-da Böyük Britaniyanın Liverpul şəhərində anadan olub. O, 1966-1968-ci illərdə Milli Kauçuk İstehsalı Tədqiqat Assosiasiyasında texnik işləyib. Sənətin sirlərini Çeltnem şəhərindəki Qlosterşir İncəsənət Kollecində öyrənməyə başlayan Toni Kreqq daha sonra Uimbldon İncəsənət Məktəbində, Kral İncəsənət Kollecində təhsil alıb. O, 1977-ci ildə Böyük Britaniyanı tərk edərək Almaniyanın Vuppertal şəhərinə köçüb və sərgilərlə çıxış etməyə başlayıb. Görkəmli sənətkar hazırda Düsseldorf İncəsənət Akademiyasının rektorudur.
Toni Kreqq yaradıcılığının ilk dövründə tullantılardan və istifadə olunmuş materiallardan, köhnə metal konstruksiyalardan hazırladığı əsərləri ilə tanınıb. Hazırda onun əsərlərinə dünyanın bir çox yerlərində rast gəlmək mümkündür. Toni Kreqq böyük, monumental kompozisiyaların müəllifidir. Onun bürünc, mərmər, ağac, polad, plastik, keramika, çini və şüşədən hazırlanmış heykəlləri yalnız muzeyləri deyil, həmçinin London, Liverpul, Bazel, Vyana, Düsseldorf, Vaşinqton, Nyu-York, Atlanta, Stokholm və digər şəhərlərin küçə və meydanlarını, korporasiya və bankların binalarını bəzəyir.
Müxtəlif ölkələrdə 350-dən artıq fərdi sərgisi təşkil olunan Toni Kreqq 1988-ci ildə müasir incəsənət sahəsində məşhur Törner mükafatına, 2007-ci ildə isə Yaponiyanın İmperator mükafatına layiq görülüb.
Tamaşaçılar üçün aprelin 10-dan açıq olacaq sərgi avqustun 31-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45

