/ / Heydər Əliyev Mərkəzində Azərbaycanın və qonşu ölkələrin müasir incəsənətini əks etdirən “Love Me, Love Me Not” adlı sərgi təqdim olunub
Heydər Əliyev Mərkəzində Azərbaycanın və qonşu ölkələrin müasir incəsənətini əks etdirən “Love Me, Love Me Not” adlı sərgi təqdim olunub
04.04.2014 [09:07]
Aprelin 3-də Heydər Əliyev Mərkəzində “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı və dəstəyi ilə Azərbaycanın və qonşu ölkələrin müasir incəsənətini əks etdirən “Love Me, Love Me Not” adlı sərgi təqdim olunub.
AzərTAc xəbər verir ki, sərginin açılış mərasimində rəsmi şəxslər, mədəniyyət və incəsənət xadimləri, tanınmış fırça ustaları iştirak ediblər.
İştirakçıları salamlayan “YARAT” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova son dərəcə müasir dizaynı ilə bu məkanı ziyarət edənləri heyrətləndirən Heydər Əliyev Mərkəzində açılmış bu sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Aida Mahmudova deyib ki, bu sərgidə bir araya gələn ən müxtəlif mədəniyyətləri təmsil edən çox nüfuzlu rəssamların işləri nümayiş olunur. Qeyri-kommersiya təşkilatı olaraq, yerli icmalarda böyük işlər görmüşük və beləliklə, Venesiya - “YARAT” və onun böyük komandasının nələr təşkil etdiyini göstərmək üçün beynəlxalq auditoriya qarşısında bir araya gəlmişik.
Sərginin insanların xeyirxah dəstəyi, gərgin əməyi və nəhəng yaradıcılıq səyi olmadan baş tutmasının mümkünsüzlüyünü diqqətə çatdıran Aida Mahmudova bu işə kömək göstərmiş hər kəsə, o cümlədən rəssamlara, kurator Dina Naseri-Xadiviyə, sponsora təşəkkür edib.
“YARAT” Müasir İncəsənət Məkanının qarşıdakı illərdə həyata keçirəcəyi çoxsaylı layihələrdən söz açan Aida Mahmudova deyib ki, 2015-ci ilin yazında məkanın yeni sərgi zalını sənətsevərlərin ixtiyarına vermək niyyətindədirlər.
Vurğulanıb ki, “Love Me, Love Me Not” Azərbaycanın və qonşu ölkələrin müasir incəsənət əsərlərini nümayiş etdirən sərgidir.
Tədbirdə çıxış edən sərginin kuratoru Dina Naseri-Xadivi deyib ki, bu layihə artıq bir ildir həyata keçirilir. Düşünürəm ki, bu layihə çərçivəsində mədəniyyət mübadiləsi dəyərləri barədə məlumatlandırma çox yüksək səviyyədə təşkil edilib.
Vurğulayıb ki, “YARAT” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova bizim birgə fəaliyyətimizə stimul verib, nəticədə də belə gözəl sərgi ərsəyə gəlib. Bu sərgi artıq dördüncü birgə layihəmiz olmasına baxmayaraq, düşünürəm ki, dəyərlərin öyrənilməsi, mədəni mübadiləsi baxımından ən vacib işlərimizdəndir.
Dina Naseri-Xadivi deyib ki, bu sərgidə nümayiş olunan hər iş tamaşaçılara əsərləri təqdim olunan ölkələrin sənətinə ən azı yeni nöqteyi-nəzərdən baxmaq imkanı verir və əhatə olunan sahələr barədə daha dərin biliklərlə paylaşmaq məqsədi daşıyır. Ayrıca bir sərgidə bu cür rəssamların ərsəyə gətirdikləri işlərin nümayişi son nəticədə tamaşaçıların tarix və coğrafiya məsələlərini qavramalarını şübhə altına qoyur.
Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.
Sərgidə Azərbaycan, İran, Rusiya və Gürcüstanı təmsil edən 16 rəssamın, o cümlədən ölkəmizdən Faiq Əhməd, Rəşad Ələkbərov, Rəşad Babayev, Əli Həsənov, Orxan Hüseynov, Sitarə İbrahimova, Aida Mahmudova və Fərid Rəsulovun, İrandan Əfruz Amigi, Şoja Azəri, Mahmud Baxşi, Əli Bənisədr və Fərhad Moşirinin, Rusiyadan Taus Maxaçevanın, “Avrasiya”dan “Slavyanlar və tatarlar” qrupunun, Gürcüstandan İliko Zautaşvilinin əsərləri nümayiş etdirilir.
Sərgidə videoçarxlar, installyasiyalar və rəngkarlıq əsərləri daxil olmaqla, müxtəlif materiallardan hazırlanmış və müxtəlif mövzuları əhatə edən işlər təqdim olunur. Nümayiş olunan əsərlər sırasında tarixi hadisələri əks etdirən və ya müəyyən məkanla bağlı işlər, habelə şəxsi təəssüratlar nəticəsində yaradılan nümunələr də yer alıb.
Azərbaycanın və qonşu ölkələrin rəssamlarının əsərlərini bir sərgidə toplayan “Love Me, Love Me Not” sərgisi qeyd olunan ölkələrin müasir incəsənətinə dair yeni baxışları təqdim edir.
Açılış mərasimində iştirakçılara sərginin kataloqu da təqdim olunub. Kataloqunun redaktorları kurator Dina Naseri-Xadivi və Fərəh Rəhim İsmayıldır. Kataloqun hazırlanmasında “Teyt Modern” sərgi salonunun kurator köməkçisi Nəda Rəza, “Metropoliten” İncəsənət Muzeyinin müasir və modern incəsənəti üzrə kuratoru Nikolas Kullinan, yazıçı, “Bidoun Projects” nəşrinin baş redaktoru Nigar Əzimi, Nyu-York Şəhər Universitetinin aspirantı Monika Steynberq, Rusiya, Mərkəzi Asiya və Qafqaz ölkələrinin müasir incəsənəti üzrə mütəxəssis, yazıçı Suad Qarayeva və “Slavyanlar və tatarlar” qrupu yaxından iştirak ediblər.
“Love Me, Love Me Not” Azərbaycanda müasir incəsənətin inkişafı və dəstəklənməsi ilə məşğul olan, qeyri-kommersiya əsaslarında fəaliyyət göstərən “YARAT” Müasir İncəsənət Məkanının layihəsidir.
Sərgi mayın 25-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21

