/ / Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində muğamsevərlər üçün “Muğam haqqında əlyazmalar toplusu” nəşr edilib
Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində muğamsevərlər üçün “Muğam haqqında əlyazmalar toplusu” nəşr edilib
13.03.2014 [14:51]
Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində muğamsevərlər üçün “Muğam haqqında əlyazmalar toplusu” nəşr edilib.
Fonddan AzərTAc-a bildiriblər ki, topluya Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun xəzinəsində saxlanılan musiqiyə həsr olunmuş əlyazmalar daxildir.
Üç kitabdan ibarət topluya yeddi əsər daxil edilib. Birinci kitab “Behcətür-ruh”dur. Müəllifin fars dilində yazdığı və musiqi elmi haqqında bir risalə kimi təqdim etdiyi kitabda musiqiyə dair dəyərli bilgilər yer alıb. Hazırda əsərin Azərbaycan, İran, İngiltərə, Rusiya və başqa ölkələrin əlyazma xəzinələrində saxlanılan və bir-birindən fərqlənən nüsxələri uzun müddətdir ki, mütəxəssislər və muğamsevər oxucular üçün qiymətli bir məlumat mənbəyinə çevrilib.
İkinci kitab “Musiqi haqqında risalələr” adlanır. Bu kitaba 5 risalə daxildir. Məşhur Azərbaycan alimi Mir Möhsün Nəvvaba məxsus ilk risalənin XIX əsrin sonlarında yazıldığı güman edilir. Risalənin mətni cədvəllər əsasında izahla müşayiət olunur. Əmir xan Kövkəbi Gürci və digər naməlum müəlliflərin yazdıqları digər risalələrdə muğamın yaranma tarixi, musiqi nəzəriyyəsinə və ifaçılıq sənətinə dair maraqlı məlumatlar verilir. Musiqi elminin əsaslarından bəhs edən risalələrdə muğamın pərdələri və şöbələrinin bürclərə, planetlərə, ilin dörd fəslinə nisbət verilməsi haqqında məlumatlar cədvəllərlə göstərilib, ritmlərin, çalğı alətlərinin öyrənilməsinə fəsillər ayrılıb.
“Muğam üstündə oxunan şeirlər” adlanan üçüncü kitabda Pirinin, Hüdayinin, Yunus İmrənin, Zakirinin, Dərviş Osmanın, Qasiminin, Əşrəf oğlu Ruminin, Əhmədin və digər məşhur Osmanlı türk şairlərinin şeirləri toplanıb.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23

