Heydər Əliyev Mərkəzində “Səməni” Beynəlxalq incəsənət müsabiqəsi keçiriləcək
12.03.2014 [09:41]
Heydər Əliyev Mərkəzi Novruz bayramı ilə əlaqədar daha bir layihə həyata keçirəcək.
Mərkəzdən AzərTAc-a bildiriblər ki, martın 18-də - Novruz ərəfəsindəki son çərşənbə bayramı günündə Heydər Əliyev Mərkəzinin parkında “Səməni” Beynəlxalq incəsənət müsabiqəsi təşkil olunacaq. Həmin gün Mərkəzin parkında fərqli tərtibatlarda hazırlanmış səmənilər sərgilənəcək.
Qədim zamanlardan baharın gəlişi Azərbaycan və bir çox Şərq ölkələrində bayram edilir, şənliklərlə qarşılanır. Təntənə hələ Novruzdan əvvəl - ilaxır çərşənbələrdən başlanır. Novruz bayramının özünəməxsus rəmzləri, adətləri var. Onun əsas atributlarından biri isə səmənidir. Səməni təbiətin oyanışını, canlanmasını təcəssüm etdirir, həyat və bolluq rəmzi hesab olunur. Qədimdə insanlar yazqabağı “Səməni, saxla məni, ildə göyərdərəm səni” deyərək taxıl cücərtməklə bolluq, bərəkət arzularını ifadə ediblər. Əsrlər dəyişib, sivilizasiya inkişaf edib, müxtəlif tarixi dönəmlərdə yasaqlar qoyulub, lakin Azərbaycan xalqı Novruzu adət-ənənələri, rəmzləri ilə bərabər yaşadaraq çağdaş dövrümüzə qədər gətirib çıxarıb.
Azərbaycanın təşəbbüsü ilə 2009-cu il sentyabrın 30-da Novruz UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisinin 64-cü sessiyasının iclasında martın 21-i Beynəlxalq Novruz Günü elan edilib.
Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi yeni layihə - “Səməni” Beynəlxalq incəsənət müsabiqəsi milli adət-ənənələrimizi, dəyərlərimizi yaşatmaq, yeni nəslə çatdırmaqla yanaşı, həm də Novruzu müasir incəsənətin sərhəd tanımayan dili ilə daha geniş şəkildə təbliğ etmək, tanıtmaq məqsədi daşıyır.
Heydər Əliyev Mərkəzi müxtəlif yaş qruplarına və yaradıcılıq istiqamətlərinə mənsub olan 32 rəssam və heykəltəraşın fərqli dizaynda təqdim etdiyi səməniləri sərgiləməklə həm paytaxt sakinlərinin bayram ovqatına çalar qatır, həm də bolluq və firavanlıq arzularını ifadə edir.
Martın 18-də keçiriləcək müsabiqədə bu 32 əsər arasından ilk 3 yerin sahibləri səsvermə yolu ilə müəyyən olunacaq. Müsabiqəyə təqdim olunan səmənilər iyunun 1-dək Heydər Əliyev Mərkəzinin parkında nümayiş etdiriləcək.
Heydər Əliyev Mərkəzi bundan əvvəl - 2013-cü ilin dekabrında “Küknar” Beynəlxalq sərgi-müsabiqəsi keçirib, 18 yerli və xarici rəssam və heykəltəraş fərqli dizaynda Yeni il ağaclarını təqdim edib, səsvermə yolu ilə onların üçünün müəllifi mükafatlandırılıb. Nadir görkəmli küknarlar 2 ay Heydər Əliyev Mərkəzinin parkında nümayiş olunub.
Xəbər lenti
Hamısına baxElm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25

