Moskvada Azərbaycan rəssamının sərgisi açılıb
20.02.2014 [09:19]
Moskvadakı Rusiya Dövlət Kitabxanasında (RDK) Rusiya Federasiyasının Əməkdar rəssamı, Beynəlxalq Rəssamlar Federasiyasının və Rusiya Kinematoqrafçılar İttifaqının üzvü Əsgər Məmmədovun “Məhəbbətin sirri” adlı fərdi sərgisi açılıb.
RDK-nın baş direktorunun müavini Lyudmila Tixonova sərginin açılışında çıxış edərək bildirib ki, Azərbaycan rəssamının sərgisi həm də Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafı istiqamətində daha bir addımdır. O, deyib: “Əsgər Məmmədov tükənməz yaradıcılığı ilə iki xalq arasında dostluq əlaqələrini möhkəmləndirir və mədəniyyətlərimizin qarşılıqlı surətdə zənginləşməsinə öz töhfəsini verir”.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təmsilçisi, “Baku” jurnalının baş redaktorunun müavini Tamilla Əhmədova qeyd edib ki, Əsgər Məmmədovun əsərləri iki dəfə - birinci dəfə 1992-ci ildə Qarabağ müharibəsi zamanı, ikinci dəfə isə Moskva ətrafındakı İzmaylovoda qalereya binalarının yanması nəticəsində məhv olub. Lakin rəssam özündə qüvvə taparaq yaradıcılığını davam etdirib və bu gün onun 70-dən çox əsəri sərgidə nümayiş olunur.
Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev bildirib ki, Əsgər Məmmədov taleyin bütün keşməkeşlərinə baxmayaraq, gələcəyə inamını itirməyib. O, deyib: “Əsgər Məmmədov əslən Qarabağdandır. Rəssam öz dərin fəlsəfi əsərləri ilə bir daha bizə deyir ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və indi düşmən tapdağı altında olsa da, əsl sahiblərini qaytaracaqdır. Biz şübhə etmirik ki, Əsgər Məmmədov doğma diyarı Qarabağda hələ çox əsərlər yaradacaqdır”.
Sərgidə rəssamın Azərbaycan və Rusiya təbiətini vəsf edən 70-dən çox əsəri, o cümlədən peyzaj, natürmort, portret, qrafika janrında əsərləri nümayiş etdirilir. Sərgidə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın portreti, “Müqəddəs torpaq”, “Yanmış zaman” və digər əsərlər xüsusi maraq doğurub.
Qeyd edək ki, Əsgər Məmmədov doğulduğu Qarabağ torpağında yaradıcılığa başlayıb və orada qalereya yaradıb. 1992-ci ildə erməni bombardmanı zamanı qalereya yanıb və rəssamın əsərləri məhv olub. Daha sonralar rəssam yaradıcılığını Moskvada davam etdirib və Moskva ətrafındakı İzmaylovo şəhərində əsərlərini sərgiləyib. Lakin tale rəssama ikinci dəfə zərbə vurub. 2005-ci ildə qalereya binasının yanması nəticəsində Əsgər Məmmədovun 150-dən çox əsəri məhv olub.
Xəbər lenti
Hamısına baxSosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29

