Azərbaycan kinosu yeni inkişaf mərhələsindədir
16.01.2014 [14:41]
2013-cü il ölkəmizdə kinemotoqrafiya sahəsində bir çox uğurların əldə olunması ilə yadda qalıb
Yarandığı gündən insanların dünyagörüşünü formalaşdıran, hər bir xalqın tarixini, milli adət-ənənəsini yaşadan, həyatın bütün sahələrinə nüfuz edən kino sənəti bəşəriyyətin ən böyük kəşflərindən biridir. Kino yeganə sənət növüdür ki, özündə mədəniyyətin bir neçə sahəsini birləşdirir. Kinonun bir üstünlüyü də əyaniliyindədir, yəni inandırma gücünə və təsirə malik olmasındadır.
Ümumiyyətlə, Azərbaycan kino sənəti, bütövlükdə, tamaşaçıların estetik zövqü və dünyagörüşünün formalaşdırılmasında mühüm rol oynayaraq, xalqımızın milli ruhunun qorunub saxlanması işinə xidmət edir. Məlumat üçün bildirək ki, ölkəmizdə kinonun yaranma tarixi XIX əsrdən etibarən cərəyan edən maarifçilik hərəkatının, dünyəvi teatrın və mətbuatın inkişafı ilə sıx bağlıdır. Həmin vaxt neftin sənaye üsulu ilə hasilatına başlanması nəticəsində Bakının iqtisadi dirçəlişi, həmçinin, milli mədəniyyətin bir çox sahələri ilə yanaşı, kino sənətinin də meydana çıxması üçün əlverişli zəmin yarandı. Beləliklə də, mərhələli şəkildə müxtəlif janrlı filmlər yaranmağa başladı.
XIX əsrin sonlarında bakılı naşir və fotoqraf Aleksandr Mixayloviç Mişonun kinoxronika çəkilişləri ilə Azərbaycan kinosunun əsası qoyulub. 1898-ci ildən başlayaraq Azərbaycanda bir sıra filmlər çəkilib.
Lakin, birmənalı şəkildə vurğulamaq yerinə düşər ki, milli kinonun inkişafına ən yüksək diqqət və qayğı Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə göstərilib. Həmin dövrdə Azərbaycan kinematoqrafiyası öz imkanlarını artıraraq ciddi sənət nailiyyətləri qazanıb. Kinomuzun yeni inkişaf mərhələlərini yaşadığı bu illərdə ssenarist, rejissor, operator, rəssam kadrlarının bir neçə nəsli yetişib və milli özünəməxsusluğu ilə seçilən koloritli, parlaq ekran əsərləri yaradılıb.
Azərbaycan kinosu tarixinin əsl yetkinlik dövrü sayılan 1970-1980-ci illərdə kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən, mədəniyyətimizin qızıl fonduna daxil olan tarixi filmlər yaradılıb, digər görkəmli əsərlər ekranlaşdırılıb, müasir mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkilib. Həmin illərdə Azərbaycanda 110 bədii, 500 sənədli və elmi kütləvi, eləcə də 44 cizgi filmi çəkilib, 96 nömrə “Mozalan” satirik jurnalı yaradılıb. Bəhs edilən dövrdə çəkilən filmlərimizi fərqləndirən əsas cəhətlərdən biri də xalqımızın həyatına, başlıcası isə çoxəsrlik tariximizə, adət-ənənələrimizə, milli dəyərlərimizə daha dərindən nüfuz etməsində idi.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi “Azərbaycan kinosu tarixin əsl yetkinlik dövrü sayılan 1960-1980-ci illərdə isə kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən və artıq mədəniyyətimizin Qızıl Fonduna daxil olan tarixi filmlər yaradılmış, digər görkəmli əsərlər ekranlaşdırılmış, müasir mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkilmişdir. Sovetlər İttifaqında kino sənətindən, həmçinin, dövlət ideologiyasının təbliğat maşını kimi istifadə edilsə də, Azərbaycanda kino yaradıcılığı işi həmin dövrdə təşkil olunmuşdur. Azərbaycan kinematoqrafiyası məhz o illərdə sistemli fəaliyyəti sayəsində getdikcə öz imkanlarını artıraraq, ciddi sənət nailiyyətləri qazanmışdır”.
Təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində digər sahələrdə olduğu kimi, kino sənətimiz də tənəzzüllə baş-başa qaldı. Daha doğrusu, 1991-ci ildən etibarən, dövlətin vahid kino sistemi dağılmağa başladı və Azərbaycan kinematoqrafiyası bir sıra çətinliklərlə qarşılaşdı. Bu mənfi tendensiyaya isə Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra son qoyulub. Belə ki, Ümummilli liderimizin 1998-ci il 19 avqust tarixli Fərmanı ilə Azərbaycanda “Kinematoqrafiya haqqında” Qanun qəbul olunub. Bununla yanaşı, bir sıra Azərbaycan filmləri yüksək dövlət mükafatlarına layiq görülüb, aktyorlar, rejissorlar və ssenari müəllifləri beynəlxalq kino festivallarında və müsabiqələrdə mükafatlar alıblar.
Ümummilli liderimizin kinonun inkişafı üçün gördüyü işlər ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məlumat üçün bildirək ki, dövlət başçısı 2007-ci il fevralın 23-də “Kino sənətinin inkişafı haqqında”, 2008-ci il avqustun 4-də isə “Azərbaycan kinosunun 2008-2018-ci illər üçün inkişafına dair Dövlət Proqramı” haqqında sərəncamlar imzalayıb. Dövlət Proqramında kinofilmlərin istehsalının artırılması, eləcə də, müasir kino avadanlıqları və texnikası ilə təchizat, xarici ölkələrlə birgə film istehsalının genişləndirilməsi, kinoteatrların yenidən qurulması nəzərdə tutulub. Artıq ölkəmizdə kinostudiyaların maddi-texniki bazaları gücləndirilib, yeni filmlər çəkilib, kino sənətimiz inkişafın müasir mərhələsinə qədəm qoyub. Son illər Azərbaycan filmləri xarici ölkələrdə keçirilən 40-dan çox beynəlxalq festivalda təmsil olunub. Ənənəvi olaraq keçirilən Beynəlxalq Kann kinofestivalında bir çox ölkələrin pavilyonları ilə yanaşı, ilk dəfə olaraq, Azərbaycan pavilyonu da təşkil edilib. Azərbaycan kinosu festivalda dövlət sifarişi ilə çəkilmiş “Aktrisa” və “Sahə” bədii filmləri ilə təmsil olunub. Gənc kinematoqraflarımızın çəkdikləri qısametrajlı filmlər də Danimarka, ABŞ, Rusiya, Ukrayna, Hindistan, Almaniya, Türkiyə və başqa ölkələrdə keçirilən beynəlxalq festivallarda nümayiş etdirilib.
Yeri gəlmişkən, yola saldığımız 2013-cü ildə də kino sənayemiz inkişaf etməyə davam edib. Azərbaycan kinosunda indiyə kimi olmayan “piçinq” təcrübəsi tətbiq olunub. “Azərbaycanfilm” kinostudiyası və “Nərimanfilm”in dəstəyi ilə British konsul tərəfindən “piçinq”lər keçirilib. İlk dəfə olaraq 2013 - cü ildə “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “İlin gənc kinematoqrafı” mükafatı gənclərə təqdim olunub. Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Turizm Filmləri festivalı keçirilib.
Qeyd edək ki, kino sahəsində yadda qalan addımlardan biri də Nizami Kino Mərkəzi ilə bağlıdır. Nizami Kino Mərkəzi xarici və yerli filmlərin təqdimat mərasimlərini keçirməklə, gənclərin kinoya olan marağını artırmağa müvəffəq ola bilib. Ötən il Nizami Kino Mərkəzində baş tutan belə premyeralardan biri də Xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” əsəri əsasında hazırlanan eyniadlı filmin premyerasıdır. Azərbaycan və Türkiyə arasında ilk müştərək kino layihəsi sayılan “Mahmud və Məryəm” filmi romantik dram janrında çəkilib.
Başa vurduğumuz 2013 - cü ilin dekabr ayının 10-da Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilmiş və rənglənmiş “Arşın mal alan” filminin premyerası olub. Bu ekran əsərini Azərbaycan incəsənətinin mahir bilicisi, Ümummilli lider Heydər Əliyev hələ 2001-ci ildə yüksək qiymətləndirərək demişdi: “Müasir texnika, texnologiya imkan verir ki, film yarandığı kimi bərpa edilsin. Bunu mütləq etmək lazımdır. “Arşın mal alan” filmi Azərbaycan mədəniyyət tarixinin ən böyük nailiyyətlərindən biridir. Ona görə o film daim yaşamalıdır. O film yaşamalıdır ki, gələcək nəsillər Üzeyir Hacıbəyovun nə qədər böyük insan olduğunu görsün, Rza Təhmasibin nə qədər böyük rejissor oldugunu görsün, Rəşid Behbudovun nə qədər istedadlı müğənni olduğunu görsün”.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planında C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazasının müasir kino istehsalı tələblərinə uyğun texnoloji avadanlıqla təchiz edilməsi və yenidən qurulması nəzərdə tutulub. Və ötən il bu məqsədlə xarici kino şirkətləri ilə bağlanmış müqavilə əsasında ilkin layihələndirmə işlərinə də başlanılıb.
Bir sözlə, respublikamızda böyük sosial-iqtisadi inkişaf gedir, ölkəmiz günü-gündən gözəlləşir, dövlətimiz xalqın maddi-rifah halının yaxşılaşdırılması üçün əhəmiyyətli tədbirlər həyata keçirir. Heç şübhəsiz, həyatımızda baş verən hadisələrin, ölkəmizdə gedən quruculuq işlərinin parlaq şəkildə təsvir olunması bu gün kino sənətinin qarşısında duran əsas vəzifələrdəndir.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

