Azərbaycan Prezidentinin hədiyyəsi olan Qarabağ xalçası BMT-nin Vyana ofisində yerləşdirilib
17.12.2013 [09:38]
Dekabrın 16-da BMT-nin Vyana ofisində Azərbaycan xalçasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağ məktəbinin nümunəsi olan həmin xalçanı bu ilin may ayında Avstriyaya rəsmi səfəri zamanı bu quruma hədiyyə edib.
Əsas binanın ən gözəgəlimli və hərəkətin gur olduğu hissəsində asılmış xalçanın rəsmi açılışında Azərbaycanın Avstriyadakı səfiri və beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov və BMT-nin Vyana ofisinin baş direktoru Yuri Fedotov iştirak ediblər.
Y.Fedotov bu hədiyyəyə görə minnətdarlığını bildirərək Azərbaycan xalq sənəti nümunəsi ilə BMT-nin ofisini zənginləşdirdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Xalçanın yanında yerləşdirilmiş lövhə üzərində ingilis və Azərbaycan dillərində yazılıb: “Qarabağ xalçaçılıq məktəbindən ənənəvi Azərbaycan xalçası. Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev tərəfindən ianə edilmişdir. 14 may 2013-cü il”.
Qeyd edək ki, ənənəvi olaraq BMT-nin Vyana ofisinə müxtəlif ölkələrdən maddi-mədəniyyət nümunələri, rəsmlər və heykəltəraşlıq əsərləri hədiyyə edilir. BMT-nin Vyana Ofisində BMT sisteminə daxil olan bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, BMT-nin Sənaye və İnkişaf Təşkilatı, Nüvə Silahlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatı və digər mühüm qurumların mərkəzi qərargahları yerləşir. Bina daxilindəki təşkilatlarda ümumilikdə 3000-dən çox əməkdaş çalışır. BMT-nin Vyana ofisi qurumun Nyu-York, Cenevrə və Nayrobi ofisləri ilə birlikdə BMT-nin dörd əsas qərargahından biridir.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10

