Heydər Əliyev Mərkəzində Əməkdar rəssam Sakit Məmmədovun fərdi sərgisi açılıb
03.12.2013 [09:17]
Dekabrın 2-də Heydər Əliyev Mərkəzində Əməkdar Rəssam Sakit Məmmədovun “Rənglər aləmində” adlı fərdi sərgisi açılıb.
AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdikləri sərgi Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndələrindən olan Sakit Məmmədovun 55 illik yubileyinə həsr edilib. Ekspozisiyada rəssamın 55 rəngkarlıq əsəri nümayiş olunur.
Sərginin açılış mərasimində Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə çıxış edərək rəssamın zəngin yaradıcılığından, Azərbaycan incəsənətinə verdiyi töhfələrdən danışıb.
Bildirilmişdir ki, rəssam Sakit Məmmədov yüksək istedadı sayəsində yaratdığı əsərləri ilə Azərbaycanı bir çox ölkələrdə tanıdıb. İndiyədək onun bir sıra gözəl sərgiləri keçirilib.
A.Rəhimzadə rəssam Sakit Məmmədova yeni yaradıcılıq uğurları arzulayıb.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı, professor, memarlıq doktoru, Əməkdar Memar Gülçöhrə Məmmədova, Türkiyənin Yeddi Təpə Universitetinin müəllimi, rəssam Rəfiq Əziz, Xalq rəssamı Səlhab Məmmədov və başqaları Sakit Məmmədovun yaradıcılıq xüsusiyyətlərindən söz açıblar.
Diqqətə çatdırıb ki, Sakit Məmmədovun hər sərgisi sənətsevərlər üçün böyük bayramdır. Fırça ustasının əsərlərindəki gözəlliyə sitayiş, romantika, insanlara məhəbbət heç kimi laqeyd qoya bilməz. Rəssamın çoxsaylı təltifləri olsa da, onun üçün ən böyük mükafat sənətsevərlərin, sadə insanların onun işlərinə olan məhəbbətidir.
Açılış mərasimində Əməkdar Rəssam Sakit Məmmədova UNESCO-nun və Türkiyənin Yeddi Təpə Universitetinin mükafatları təqdim edilib.
Sonra Sakit Məmmədov belə bir gözəl məkanda fərdi sərgisinin keçirilməsinin onun üçün böyük şərəf olduğunu deyib, Heydər Əliyev Mərkəzinin rəhbərliyinə və tədbir iştirakçılarına dərin təşəkkürünü bildirib.
Sakit Məmmədov 1978-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1987-ci ildə İ.E.Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasını bitirib. Rəssamın əsərləri indiyədək 37 sərgidə nümayiş olunub, 6 fərdi sərgisi (İstanbul, Stokholm, Bakı, Moskva, Brüssel) keçirilib.
Əməkdar rəssam Sakit Məmmədov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunub. O, UNESCO Rəssamlar Assosiasiyasının, Rusiya İmperator Rəssamlıq Akademiyasının üzvüdür.
Dekabrın 13-dək davam edəcək sərgidə rəssamın “Balaca klounlar”, “May”, “Bağban”, “Çiçəklənən Azərbaycan”, “Mən yorulmuşam”, “Səhnəyə hazırlıq”, “Nişana gedənlər”, “Aktrisa”, “Rəfiqələr” və digər əsərləri nümayiş olunur.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

