Reymsdə Azərbaycan şairi Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunan sərgi təşkil edilib
30.11.2013 [11:01]
Azərbaycanın zəngin mədəniyyətini fransızlara yaxından tanıtmaq məqsədi ilə müxtəlif tədbirlər hazırlayıb həyata keçirən Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə noyabrın 28-də Fransanın tarixində mühüm rol oynayan və ən qədim şəhərlərindən olan Reymsin möhtəşəm To sarayında rübailəri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirən Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunan sərgi təşkil edilib.
Sərgini açan sarayın inzibatçısı Benua-Anri Papuno bu cür tədbirlərin müxtəlif mədəniyyətlərə malik xalqların biri-birlərini yaxından tanıması, ölkə barəsində məlumatlar əldə edilməsində müstəsna rol oynadığını, sərgidə nümayiş etdirilən eksponatların Azərbaycanın qədim və zəngin mədəniyyətindən xəbər verdiyini vurğulayıb.
Qonaqları salamlayan şəhər merinin müavini Jak Kuen çıxışında Azərbaycanın ilk dəfə Reymsdə təşkil olunan beynəlxalq yarmarkada iştirak etməsindən məmnunluq hissi duyduğunu, Məhsəti Gəncəvi ilə bağlı şəhərdə keçirilən silsilə tədbirlərin davamı kimi Azərbaycan incəsənət ustalarının Reyms Konservatoriyasında çıxış edəcəyini bildirib.
Ölkəmizin mədəni dəyərlərlə zəngin olduğunu diqqətə çatdıran Jan Kuen sərgidə nümayiş olunan eksponatların Azərbaycanın qədim bir ölkə kimi şəhər əhalisində ətraflı təsəvvür yaradacağına əminliyini vurğulayıb.
Şampan-Ardenn Regional Şurasının sədri Jan-Pol Başi Fransa nümayəndə heyətinin tərkibində Bakıda keçirilən Üçüncü Beynəlxalq Humanitar Forumla əlaqədar ölkəmizə səfər etdiyini xatırladıb, Azərbaycanın dünyanın iki qitəsinin və müxtəlif ölkələrin yol ayrıcında, qədim sivilizasiyaların qovuşuğunda yerləşdiyini, özünəməxsus adət və ənənələri olduğunu bildirib.
Azərbaycanın yeraltı sərvətlərlə, xüsusilə neft və qazla zənginliyini diqqətə çatdıran regional sədr Bakı və Gəncənin ölkəmizin əsas böyük şəhərləri olduğunu, son zamanlar hər iki şəhərin müasir görkəm aldıqlarını vurğulayıb, Reyms Universitetinin Gəncə Dövlət Universiteti ilə əlaqələr qurmaqda maraqlı olduğunu bəyan edib.
Gəncədə keçirilən Beynəlxalq şərab festivalında iştirakını xatırladan Jan-Pol Başi Şampan regionunun öz şərabları ilə dünyada tanındığını vurğulayıb və bu sahədə Gəncə şəhəri ilə birgə fəaliyyətə önəm verdiyini, Azərbaycanda turizm imkanlarının genişləndiyini və bu istiqamətdə əməkdaşlığın yaradılmasının vacibliyini qeyd edib.
O, Gəncədə yaşayıb yaratmış Məhsəti Gəncəvinin yalnız Vətəninin gözəlliyini tərənnüm edən rübailər müəllifi kimi deyil, eyni zamanda, lirik məhəbbət mahnılarının ifaçısı kimi də məşhur olduğunu bildirib.
Ölkəmizin Fransadakı səfirliyinin müşaviri Nigar Hüseynova Xll əsrin şairəsi, yazıçısı, rəssamı və kalliqrafiya ustası kimi tanınan Məhsəti Gəncəvinin Şərq intibahının mədəniyyət mərkəzlərindən biri olan Azərbaycanın ikinci böyük şəhəri Gəncədə yaşayıb yaratdığını, bu şəhərdə öz əsərləri ilə bəşər ədəbiyyatını zənginləşdirən daha bir söz ustası Nizami Gəncəvinin də dünyaya göz açdığını diqqətə çatdırıb.
Məhsəti Gəncəvi yaradıcılığında bərabərlik, qardaşlıq və azadlıq kimi bəşəri ideyaların tərənnüm edildiyini xüsusi vurğulayan müşavir şairənin ictimai həyatda da fəal rol oynadığını, gənc qızları öz ətrafına toplayıb ədəbi dərnək təşkil etdiyini, şairənin yaşadığı dövrdən 9 əsr keçməsinə baxmayaraq onun əsərlərinin bu gün də müasirliyini itirmədiyini bildirib.
N.Hüseynova xalqına yüksək bəşəri ideyalar təlqin edən Məhsəti Gəncəvinin adına məktəblər və küçələr olduğunu, 1980-ci ildə doğma şəhəri Gəncədə ona abidə ucaldıldığını, Prezident İlham Əliyevin şairənin 900 illiyi ilə əlaqədar Sərəncam imzaladığını, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Məhsəti Gəncəvinin əsərlərinin müxtəlif dillərə tərcümə olunaraq nəfis şəkildə çap edildiyini, şairənin xatirəsinin UNESCO kimi nüfuzlu təşkilatda və səfirlikdə qeyd olunduğunu bildirib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncənin Azərbaycanın ikinci şəhəri olmaqla yanaşı, həm də qədim mədəniyyət və incəsənət mərkəzi olduğunu xatırladıb, dünya ədəbiyyatına Nizami Gəncəvi və Məhsəti Gəncəvi kimi dühalar bəxş etdiyini vurğulayıb.
O, Prezident İlham Əliyevin sərəncamlarına əsasən Nizami Gəncəvinin 870 və Məhsəti Gəncəvinin 900 illiyinin Azərbaycanda və onun hüdudlarından kənarda qeyd olunmasından böyük qürur hissi duyduğunu, Gəncədə Məhsəti Gəncəvi ilə bağlı silsilə tədbirlərlə yanaşı ikinci Beynəlxalq şərab festivalının keçirildiyini, festivalda Fransadan böyük nümayəndə heyətinin iştirak etdiyini, Gəncənin 2016-cı ildə “Avropa gəncələrinin paytaxtı” elan olunduğunu bildirib.
Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, beynəlxalq aləmdə imicinin möhkəmləndiyini vurğulayan icra başçısı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin mədəni dəyərlərini Fransada tanıtmaq istiqamətində böyük və yaddaqalan layihələr həyata keçirdiyini, ötən il Mehriban xanım Əliyevanın iştirakı ilə Reymsdə Azərbaycanla bağlı möhtəşəm tədbirin keçirildiyini diqqətə çatdırıb, ölkələrimiz arasında əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.
Reyms Universitetinin vitse-prezidenti professor Nureddin Manamanni çıxışında Gəncə Dövlət Universiteti ilə əlaqələrin qurulmasında, ikitərəfli əməkdaşlıqda və tələbə mübadiləsində maraqlı olduqlarını bildirib.
Sərgidə nümayiş etdirilən Məhsəti Gəncəvi dövrünə məxsus qadın geyimləri, xalçalar, pul vahidləri, misgərlik və dulusçuluq sənət nümunələri, çini qablar və digər eksponatlar şəhər sakinlərinin və digər qonaqların böyük marağına səbəb olub.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20

