/ / Ekrandan Rasim Ocaqovun səsi eşidilir, aktyorlar və dramaturqlar səhnədən onun haqqında danışır, salondakı tamaşaçılar rejissoru alqışlayırdı
Ekrandan Rasim Ocaqovun səsi eşidilir, aktyorlar və dramaturqlar səhnədən onun haqqında danışır, salondakı tamaşaçılar rejissoru alqışlayırdı
23.11.2013 [12:41]
Noyabrın 22-də ÜNS Yaradıcılıq Səhnəsində Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və respublika Dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun 80 illik yubileyi qeyd olunub.
AzərTAc xəbər verir ki, tədbirin iştirakçılarını salamlayan M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor, ÜNS-ün yaradıcısı və bədii rəhbəri Nərgiz Paşayeva ekran əsərləri ilə milli kino sənətimizə dəyərli töhfələr vermiş Rasim Ocaqovun mənalı ömür yolu və zəngin yaradıcılığından söz açıb.
Bildirilib ki, bu günün ÜNS Teatrı, eləcə də sənətsevərlər üçün mühüm əhəmiyyəti var. Ona görə ki, bu gün Azərbaycan kino sənətinin dəyərli nümayəndəsi, ölməz sənətkarımız Rasim Ocaqov dünyaya göz açıb.
Professor N.Paşayeva deyib ki, Rasim Ocaqov həmişə Azərbaycan mədəniyyətinin, kinosunun tarixində yaşayacaq. Çünki onun çəkdiyi filmlər böyük rejissor istedadının, qəlbinin məhsuludur. Onun yaradıcılığı bənzərsizdir, bu səbəbdən də R.Ocaqovun XX əsr Azərbaycan kinosunda yeri əvəzsizdir. O, milli olduğu qədər də bəşəridir. Onun adı dünya kino nəhəngləri ilə bir sırada çəkilməyə layiqdir. Rasim Ocaqov heç zaman unudulmayacaq.
Rektor vurğulayıb ki, R.Ocaqov rejissor kimi milli kinomuzun bədii səlnaməsini yaradıb. Onun filmlərinin üstünlüyü ondadır ki, R.Ocaqov üçün mövzu məhdudiyyəti olmayıb. Müxtəlif dövrün ab-havasını Azərbaycan kinosuna gətirən və bu ekran əsərlərində insanın milli təfəkkürünü, dünyagörüşünü formalaşdıran, ona emosionallıq, vətənpərvərlik hissləri aşılayan filmlərlə böyük bir auditoriyanın məhəbbətini qazanıb: “Bu gün Rasimi Ocaqova “üz tutaraq” deyirəm ki, biz sizi heç vaxt unutmayacağıq. O, iki ad gününü bizə bəxş edib, biri çəkdiyi “Ad günü” filmidir, digəri isə özünün ad günüdür”.
Xalq artisti Fəxrəddin Manafov Rasim Ocaqovla birgə işlədiyi günləri xatırlayıb, onun söhbətini fortepianoda səslənən melodiyalar müşayiət edib: “Mənim ən yaxşı rollarım onun adı, onun filmləri ilə bağlıdır. Bu filmlər sayəsində mən sərbəstlik və özümə inam qazanmışam. Mən onu bir rejissor kimi, insan kimi çox yüksək qiymətləndirirəm”.
Gecə dialoq formasında qurulub. Səhnədə qoyulmuş ekranda çəkilişlərin müəyyən məqamlarını əks etdirən kadrlar görünüb. Bu kadrlarda rejissor özü də görünüb, onun səsi eşidilib, filmlərinə dəvət etdiyi aktyorlar, sənət dünyası, həyata baxışı, sənətə gəlişi və s. bağlı dəyərli fikirlərini bölüşüblər.
Xalq artisti Hacı İsmayılov Rasim Ocaqovun dəvəti ilə “Ad günü”, “Həm ziyarət, həm ticarət” və digər filmlərində yaratdığı obrazlardan danışıb və bu ekran əsərlərinin araya-ərsəyə gəlməsi üçün rejissorun çəkdiyi böyük zəhmətdən söz açıb: “R.Ocaqov olduqca böyük bir müəllim idi, onun zəkasının işığında çox gənclər pöhrələndi. Bu işıqdan nəinki bizə, hətta keçmiş sovetlər dövründə yaşayan bir çox xalqların gənc sənət adamlarına da pay düşdü. Şadam ki, onunla birgə işləmişəm, yaratdığı sənət dünyasından mənə də pay düşüb”.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova deyib ki, kino Rasim Ocaqovun həyatı, varlığı idi. O, özünü kinodan ayrı hiss edə bilmirdi. Deyirdi ki, mən film çəkməsəm, yaşaya bilmərəm.
Gecədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Azərbaycan kino sənətinin inkişafında əvəzsiz rol oynayan, ömrünün 50 ilini kinematoqrafiyaya həsr edən Rasim Ocaqovun sənət dünyasından, kino sahəsindəki xidmətlərindən, yaratdığı dəyərli ekran əsərlərindən söhbət açıb, onun həyatından maraqlı məqamlara toxunub.
Tədbirdə musiqi proqramı təqdim edilib və sənətkara həsr olunmuş sənədli film nümayiş olunub.
Xatirə gecəsinin iştirakçılarına rejissorun həyat və yaradıcılığına həsr edilmiş nəfis tərtibatlı “Rasim Ocaqov” albomu təqdim olunub. Bu nəşrə yubilyarın ailə arxivindən nadir fotoşəkillər, çəkilişlərdən kadrlar və başqa materiallar daxil edilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 17:15
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19

