Misirdə “Azərbaycan Mədəniyyəti Gecəsi” keçirildi
15.10.2025 [15:03]
Son illərdə Misirdəki Azərbaycan diasporu iki ölkə arasında mədəni əlaqələrin inkişafına fəal töhfə verir, Azərbaycanın zəngin irsini Misir ictimaiyyətinə tanıdır.
Bu əməkdaşlığın parlaq nümunələrindən biri də “Azərbaycan Mədəniyyəti Gecəsi” oldu. Tədbir Azərbaycan və Misir köklərinə malik gənc alim və həkim Dr. Sandy Salimin təşəbbüsü ilə Qahirədə təşkil edildi.
Tamamilə gənclərin təşəbbüsü ilə reallaşan bu tədbir Misirdə öz növündə ilk olmaqla yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ili “Gənclər ili” elan etməsi ilə eyni vaxta təsadüf etdi.
Dr. Sandy Salimin əsas məqsədi xalqlar arasında mədəni körpülər qurmaq və etnik müxtəlifliyin onun şəxsiyyətinə və ictimai fəaliyyətinə necə təsir etdiyini göstərmək idi.
Tədbir Misir və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə açıldı və bu an mərasimə vətənpərvər, emosional bir ruh bəxş etdi.
Daha sonra Sandy Salim özü məşhur Azərbaycan xalq mahnısı - UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş “Sarı Gəlin” əsərini canlı ifa etdi.
Gecənin əsas ulduzu tanınmış xoreoqraf, beynəlxalq müsabiqələr laureatı və milli rəqslərin ifaçısı Lenay Seidəli-zadə oldu.
O, tamaşaçılara “Tərəkəmə”, “Mirzəyi”, “Ağ çiçək”, “İnnabı” və “101” adlı beş Azərbaycan milli rəqsini təqdim etdi.
Lenay xanımın çıxışı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandı.
Xüsusilə duyğulu anlardan biri səhnəyə üç yaşlı Adam Havvasın - Misirdəki Azərbaycan diasporunun ən gənc nümayəndəsinin çıxışı idi. O, milli geyimdə Lenay Seidəli-zadəni “İnnabı” rəqsində müşayiət edərək nəsillərarası bağın və milli sevgisinin rəmzinə çevrildi.
Tədbir əsl mədəniyyətlər mozaikasına çevrildi.
Məşhur misirli müğənni Şahinazın çıxışı, Said bölgəsinə məxsus xalq rəqsləri və tanura (fırlanan dərviş rəqsi) tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Tədbirin Türkiyə səfirinin iqamətgahında keçirilməsi isə Azərbaycan, Türkiyə və Misir arasında qardaşlıq və mədəni yaxınlığın təcəssümü oldu. Gecədə digər türk dilli respublikalardan olan nümayəndələr də iştirak etdilər - Tatarıstandan Regina Əhmədiyeva və Başqırdıstandan Elvira Fəxrətdinova.
Ümumilikdə səhnədə 13 sənətçi çıxış etdi.
Tədbir çərçivəsində Qahirədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi “Misirdə Azərbaycanı kəşf et” müsabiqəsinin 5 illik yubileyi qeyd olundu.
Yubiley münasibətilə keçirilən tort kəsmə mərasimini Mərkəzin rəhbəri Dr. Sada Ali və Misirdəki Azərbaycan icmasının rəsmi koordinatoru Dr. Sabina Sultan idarə etdilər.
Gecənin kulminasiya anı “Yallı” dostluq rəqsi oldu. Bu rəqsə 150-dən çox iştirakçı qoşuldu və onlar Zülfiyyə Xanbabayevanın “Azərbaycan” mahnısının sədaları altında birgə rəqs etdilər.
Bu an tədbirin əsas ideyasını –-birlik, həmrəylik və dostluğun gücünü təcəssüm etdirdi.
Tədbirin sonunda Dr. Sandy Salim öz hisslərini belə ifadə etdi:
“Hər zaman arzum olub ki, mədəniyyətlər arasında körpülər qurum və digər ölkələrə göstərim ki, etnik müxtəliflik mənim şəxsiyyətimə və sosial fəaliyyətimə necə təsir göstərib. Hamınızı Azərbaycanı kəşf etməyə dəvət edirəm.”
Bu gecə hər baxımdan zəngin, səmimi və unudulmaz bir mədəniyyət hadisəsi kimi yadda qaldı.
Tədbir Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə təşkil edilmiş və Misir mediasında geniş maraq doğurmuşdur.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

