“YAY!” Qalereyası “Başqa bir şəhər” sərgisini təqdim edib
29.09.2013 [09:59]
Alman filosofu və mühərriri Osvald Şpenqler deyib ki, şəhər ruh deməkdir. Böyük şəhər isə “sərbəst ruh” deməkdir.
AzərTAc xəbər verir ki, “YARAT!” Müasir İncəsənət Məkanının “YAY!” Qalereyası böyük məmnuniyyətlə “Başqa bir şəhər” mövzusunda sərgini təqdim etmişdir. Sərgi oktyabrın 15-dək davam edəcək.
“Başqa bir şəhər” mövzusu Xalq Rəssamı Hüseyn Haqverdiyev və rəssam Rəşad Ələkbərovun əbədi cavan, heç vaxt yuxuya getməyən, daim yenilənən və dirçələn meqapolis ruhunu yenidən düşünərək hiss etmək cəhdləridir.
Rəssamların nəzərində şəhər çoxşəkillidir: dinamik və tikanlıdır, saxta və eyni zamanda çox dürüstdür, gümrah və insanı sarsıdandır, cəlb edən və mənfurdur. O, bizi tənha və sərbəst hala salır, əsəblərimizi cilovlayır, stereotiplərdən və xofdan azad edir, lakin, eyni zamanda, yeniləri ilə əvəz edir.
Şəhərin binalarının divarlarında bizim kölgələrimiz titrəyir, özümüz isə ciyərlərimizə tüstünü dolduraraq, onun işıq və dumanlarına qovuşuruq. Meqapolisdə həyatını keçirən rəssamın hisləri kəskinləşir, o, beton plitələrin gözəlliyini görməyi, metal konstruksiyaların romantikasına valeh olmağı öyrənir. Müasir şəhər artıq şəhər divarlarının arxasında gizlənmir, o, şüşə və metaldan tikilmiş ofis binalarının qüllələri ilə seçilir. Şəhər polad kimi bərk əsəb, məhdud məkanların nizamı, mövcudatın dəqiq alqoritmi deməkdir...
Rəşad Ələkbərov elə şəhər mühitinin özünə bənzəyən, metal konstruksiyalardan qurulmuş instalyasiyalar yaradıb. Lakin bu instalyasiyalar elə ağlasığmaz, ecazkar tərzdə yığılmışdır ki, onların saldığı kölgələr insan portretlərini təşkil edir. Rəssamın yaradıcılığının nəticələri insanı heyran edir. Onun səbrlə yaratdığı kompozisiyalarının hamısı əslində soyuq divar üzərində işıq və kölgə ilə şəkil çəkmək cəhdidir...
Hüseyn Haqverdiyevin qrafik işlərində də həmin ciddilik, yekrənglik, xətlərin dəqiqliyi açıq-aşkar qeyd edilir və şəhərin boz-qəhvəyi rənglər palitrası ilə həmahəngdir. Hüseyn Haqverdiyevin yaratdığı bütün qrafik işlərində şəhər damlarından və mansardalardan görünən yol hərəkəti ilə bağlı fikirləri yaradır. Həmin işlərə diqqətlə baxsaq, gözümüzün önündə sıralara düzülmüş səs-küylü maşın karvanı, yüksəkvoltlu məftillər və parabolik antenalar xanaları ilə bəzədilmiş ala-toran səma peyda olacaqdır. Bu şanaşəkilli mənzillər, onların içinə salınıb və özünü nəhəng bir qarışqa yuvasında hiss edən sakinlərin şəhəridir. Bu şəhər uğuldayır və əsir, həyəcanlı həftə içi günlər və kədərli oyanışlarla doludur. Tozlu dalanlarda məqsədsiz gəzintilər və siqaret tüstüsü bu şəhəri xarakterizə edir.
Lakin fransız filosofu Jil Delenin dediyinə görə, hər bir şəhərin içində hər zaman başqa bir şəhər var. Müasir sərt və müvəffəqiyyətli insanlara məxsus böyük ümidlər və məyusluq - şəhərlərin içində sirli bir şəhər mövcuddur.
Dərin psixoloji təsirə malik Rəşad Ələkbərovun işlərinə nəzər yetirdikdə bunu yəqin anlamış oluruq. Kölgə və işıq oyunu ətraf dünyanın xəyali olması hissini doğurur. Kabus şəhəri və orada yaşayan əcaib məxluqatlar gecə peyda olurlar və yalnız dan yeri sökülərkən qeybə çəkilirlər. Rəssamın yaratdığı əsərlər çox zərifdir və yalnız qaranlıq otaqlarda gözə görünür. Müəllifin hökmü ilə dünyaya göz açan portretlər xatirələr pərdəsini yortan, çoxdan unudulmuş keçmişin surətləri rolunu ifa edirlər.
Hüseyn Haqverdiyev 2003-cü ildən etibarən Xalq Rəssamı fəxri adını daşıyır. O, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin (1975) və V.Muxina adına Sankt-Peterburq Akademiyasının (1980) məzunudur. Rəssam müxtəlif vəsaitlərlə və müxtəlif janrlarda, o cümlədən heykəltəraşlıq, rəngkarlıq, şəkil, monumental incəsənət sahələrində işləyir, yaratdığı işlərdə əsasən irihəcmli formalara üstünlük verir. O, Bakı Kafedral Kilsəsində yerləşdirilən Müqəddəs Məryəm heykəlinin, habelə Səngəçal terminalında epik məzmunlu mozaik pannonun müəllifidir.
Rəşad Ələkbərov 1979-cu ildə dünyaya göz açmışdır. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini tətbiqi incəsənət ixtisası üzrə bitirib. Kölgə və işıq oyununun məharətli istifadəsi ciddi tarixi və mədəni mövzularla qovuşan əsərlər Rəşad Ələkbərova şöhrət qazandırıb. 2012-ci ildə Rəşad Ələkbərov Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində keçirilən İslam incəsənəti festivalında iştirak edib. Onun ərsəyə gətirdiyi işlər iki dəfə Beynəlxalq Venesiya Biennalesində - 2007-ci ildə Azərbaycanın rəsmi pavilyonunda və 2013-cü ilin yaz mövsümündə “Love me Love me not” sərgisi çərçivəsində “YARAT!” pavilyonunda nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00

