Salyanda “Mirzə Qədim İrəvani – 200” rəsm müsabiqəsinin qalibləri müəyyənləşib
18.05.2025 [14:49]
Salyan Dövlət Rəsm Qalereyasında “Mirzə Qədim İrəvani – 200” adlı rəsm müsabiqəsi keçirilib.
Şirvan-Salyan Regional Mədəniyyət idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Salyan rayon komitəsinin dəstəyi ilə keçirilib.
Tədbirdə rayon rəsmiləri, YAP nümayəndələri, ziyalılar, rəssamlar və ictimaiyyətin nümayəndələri iştirak edib. Salyan Dövlət Rəsm Qalereyasının direktoru Kürçaylı Məmmədov, YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam İman Mustafayev, tarixçi-tədqiqatçı Sahib Həsənov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Salyan rayon komitəsinin sədri Vəfa Məmmədova, qalereyanın tərtibatçı rəssamı Coşğun Məmmədov, uzun zaman mədəniyyət sahəsində rəhbər vəzifələrdə çalışmış Lətif Zərbəliyev, mədəniyyət işçisi Leyla Babayeva və digərləri Mirzə Qədim İrəvaninin Azərbaycan rəngkarlığının təşəkkülündəki əhəmiyyətli rolundan söz açıblar. Qeyd olunub ki, Mirzə Qədim İrəvani yaradıcılığını gələcək nəsillərə çatdırmaq olduqca vacib məsələdir. Məhz buna görə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Mirzə Qədim İrəvaninin 200 illiyi ölkədə və ölkə xaricində xüsusi qeyd olunur.
Bildirilib ki, Mirzə Qədim İrəvani klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək, özünəməxsus orijinal üslub formalaşdırıb. Bu isə Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcı olub.
Çıxışlardan sonra müsabiqə qaliblərinə hədiyyə və diplomlar, iştirakçılara isə sertifikatlar təqdim edilib. Sonra müsabiqə qalibləri və iştirakçılarının rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
“Mirzə Qədim İrəvani – 200” rəsm müsabiqəsi 3 yaş olmaqla 7-10, 11-15, 16-20 yaş kateqoriyaları üzrə baş tutub. Müsabiqə şərtlərinə görə rəssamlar Qarabağ, Zəngəzur, İrəvan şəhəri və Mirzə Qədim İrəvani mövzuları üzrə müxtəlif texnikalarla realist üslubda əsərlər təqdim ediblər. Rəsm müsabiqəsinin qalibləri 7-10 yaş arasında Siyasət Bünyatov 1-ci (Salyan Dövlət Rəsm Qalereyası), Məhəmməd Qurbanov 2-ci (Salyan şəhər Y.Qasımov adına 4 saylı tam orta məktəb) yerə layiq görülüblər.
11-15 yaş arasında isə Zəhra Sadıqlı (Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbi) və Tərbiyə Gözəlli (Arbatan kənd E.Ağayev adına tam orta məktəb) 1-ci, Pərvin Ələkbərli (Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbi) və Məryəm Məmmədova (Salyan Dövlət Rəsm Qalereyası) 2-ci, Əsmər Nəcəfli (Arbatan kənd E.Ağayev adına tam orta məktəb), Nərmin Əliyeva (Marışlı kənd Ramiz Qafarov adına tam orta məktəb) və Anar Abıyev (Salyan Dövlət Rəsm Qalereyası) 3-cü yeri qazanıblar.
16-20 yaş arasında Əsma Əliyeva (Salyan Uşaq-Gənclər İnkişaf Mərkəzi) və Nərmin Məmmədova (Salyan Dövlət Rəsm Qalereyası) 1-ci yerə layiq görülüblər.
Müsabiqə çərçivəsində təşkil olunan sərgi 31 may tarixinədək ziyarətçilərin üzünə açıqdır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20

