/ / V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqələrinin qaliblərinin konserti olub
V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqələrinin qaliblərinin konserti olub
30.07.2013 [09:35]
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 28-də vokalçıların Bülbül adına Beynəlxalq müsabiqələrinin qaliblərinin konserti olub.
AzərTAc xəbər verir ki, məşhur italyan musiqiçi Mirko Roverellinin dirijorluğu ilə keçirilən konsertdə Yerusəlim Simfonik Orkestri klassik Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirib.
“Viva opera” adlı konsertdə Azərbaycan, Rusiya və Türkiyədən tanınmış ifaçılar - Sergey Leyfekus, Burçin Savigne, Xalq artisti Əli Əsgərov, Əməkdar artist Elçin Əzizov, Azər Rzazadə, Fəridə Məmmədova, Yusif Eyvazov tamaşaçılara görkəmli bəstəkarlar Cüzeppe Verdinin “Bal-maskarad”, “Simon Bokkaneqra”, “Otello”, Umberto Cordanonun “Andre Şenye”, Cakomo Puççininin “Turandot”, “Toska”, “Çio-Çio San”, eləcə də Qara Qarayev, Cövdət Hacıyevin “Vətən” operalarından parçaları təqdim edib, gözəl çıxışları ilə dinləyicilərin qəlbinə yol tapıblar.
Məharətli ifası ilə dünyaya səs salan Yerusəlim Simfonik Orkestrinin müşayiəti ilə keçən konsertdə Azərbaycan tamaşaçılarına və xarici ölkələrdən Qəbələyə gəlmiş turistlərə unudulmaz gecə bəxş edilib.
Daha sonra səhnəyə çıxan Bülbül Fondunun prezidenti, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri, Xalq artisti, professor Polad Bülbüloğlu tamaşaçıları salamlayıb, festivalın ərsəyə gəlməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib. Səfir Mehriban xanım Əliyevanın himayəsi ilə keçirilən bu festivalda çox görkəmli ifaçıların iştirak etdiyini, bu mötəbər tədbirin əks-sədasının bütün dünyada çox geniş yayıldığını əminliklə vurğulayaraq deyib: “Bu gün Azərbaycanın regionlarının sürətli inkişafı Prezident İlham Əliyevin Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirdiyini bir daha göstərir. Mən çox sevinirəm ki, paytaxtla yanaşı, bölgələr də inkişaf edir. Qəbələ son vaxtlar çox gözəl və müasir şəhərə çevrilmişdir. 2013-cü il üçün MDB-nin mədəniyyət paytaxtı elan olunmuş Qəbələdə bu illər ərzində bir neçə mədəni-humanitar tədbir keçirilmişdir. Gözəl otellər, yollar, hava limanı və digər imkanlar festivalın yüksək səviyyədə təşkil olunmasına şərait yaradan amillərdir. Mən bir azərbaycanlı olaraq bu uğurlara çox sevinirəm”.
Xalq artisti Polad Bülbüloğlunun ifasında “Gəl ey səhər”, “Azərbaycan”, eləcə də “Ay dilbər”, “Xumar oldum” xalq mahnıları tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.
Yerusəlim Simfonik Orkestri 1930-cu ildə Fələstin radiosunun nəzdində yaranıb. Orkestrin musiqi direktoru Frederik Çaslindir. Orkestr maestro Bertininin təsis etdiyi üç əsas dini musiqiyə həsr olunmuş Liturgiya festivalının daimi iştirakçısıdır. Bu dünya şöhrətli musiqi kollektivi dəfələrlə Avropanın və ABŞ-ın bir çox şəhərlərində, ən məşhur konsert salonlarında geniş proqramlarla çıxış edib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39

