/ / Adil Kərimli: Mədəniyyət Nazirliyi tərəfindən tələbə filmlərinin istehsalına dəstək göstəriləcək
Adil Kərimli: Mədəniyyət Nazirliyi tərəfindən tələbə filmlərinin istehsalına dəstək göstəriləcək
26.10.2024 [22:16]
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kollektivi ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə nazir universitetin zəngin ənənələrinin olduğunu, məzunlarının mədəniyyətimizin inkişafına mühüm töhfələr verdiklərini deyib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin liderliyində ölkəmizdə bütün sahələr kimi, mədəniyyətin də inkişafına xüsusi diqqət yetirilir. Müvafiq sahə üzrə pedaqoji kollektivin əməyi qiymətləndirilir, müəllimlər müxtəlif təltif və mükafatlara layiq görülürlər.
Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən kadr hazırlığına böyük əhəmiyyət verilir və bu sahədə Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq mövcuddur. Çünki mədəniyyət sahəsində keyfiyyətin yüksəldilməsi bilavasitə kadr hazırlığı ilə bağlıdır. Bu istiqamətdə inkişafa nail olmaq üçün gənclərin maraqları, seçdikləri ixtisaslar haqqında fikirlərinin nədən ibarət olduğunu öyrənmək vacibdir. Hazırda sürətli innovativ yeniliklərə şahid olsaq da, süni intellekt inkişaf etsə də, mədəniyyət sahəsi sırf insan amilinə, istedadlı, bacarıqlı və ixtisaslı kadrlara bağlıdır.
Görüşdə, həmçinin diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyi mədəniyyət və yaradıcı sənayelər (MYS) üzrə kadr potensialının inkişaf etdirilməsini prioritet hesab edir. Bu məqsədlə elan olunan təqaüd proqramı çərçivəsində ilk olaraq 20 tələbənin xaricdə bakalavriat və magistratura səviyyələrində təhsilinə dəstək veriləcək.
Kino sahəsinin inkişafından da danışan nazir ötən il Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) ilə birgə dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin keçirildiyini deyib. Qeyd edib ki, bu müsabiqə vasitəsilə 40-dan çox film istehsalata buraxılıb. Nazirlik tərəfindən tələbə filmlərinin istehsalına da dəstək göstəriləcək.
Görüşdə ADMİU-nun rektoru Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova kadr hazırlığının çox vacib məsələ olduğunu söyləyib, təhsil ocağı ilə ARKA arasında əməkdaşlıqla bağlı müqavilə imzalandığını deyib. Vurğulayıb ki, bu müqavilə nəticəsində 12 film layihəsi üzrə işlərə başlanılıb. Həmin layihələrdən 6-sı ekranlaşdırılıb, qalan 6 layihə isə çəkiliş prosesindədir. Altı layihədən biri – ADMİU-nun tələbəsi Kamal Müşfiq İbadovun “Motivator” filmi Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin təşkilatçılığı ilə Moskvada keçirilən “Yüksəliş” beynəlxalq tələbə film festivalında “Ən yaxşı sənədli film rejissoru” nominasiyasında mükafata layiq görülüb. Həmçinin ADMİU festivalda fəal iştirakına görə diplomla təltif edilib.
Sonra nazir təhsil ocağının professor-müəllim və tələbə heyətinin dərslik və dərs vəsaitlərinin nəşri, Mədəniyyət Nazirliyi tərəfindən aktyorlara təyinatın verilməsi, gənclərin kino sahəsinə marağının artırılması, ADMİU tələbələrinin teatrlara ödənişsiz girişi, magistratura səviyyəsində təhsil, təhsil menecerləri, təhsil sahəsində yeni ixtisaslar və s. mövzularda təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.
Pedaqoji heyətin dərslik və dərs vəsaitlərinin nəşri ilə bağlı məsələ barədə danışan nazir bildirib ki, Mədəniyyət Nazirliyi hər il ölkəmizin nəşriyyatlarından kitabların satın alınmasını həyata keçirir. Ötən ildən nəşriyyatlardan daha çox elmi və elmi-kütləvi kitablar alınır və respublikamızın kitabxanalarına paylanılır.
Mədəniyyət Nazirliyi tərəfindən aktyorlara təyinatın verilməsi təklifinə münasibət bildirən nazir hər il ADMİU-nun Teatr sənəti fakültəsindən 60-a yaxın tələbənin məzun olduğunu deyib: “Həmin məzunların müvafiq teatrlarda yerləşdirilməsinə çalışmalıyıq. Bu prosesdə özəl teatrların da təşviq edilməsi vacibdir”.
Gənclərin kino sahəsinə marağının artırılması ilə bağlı danışan Adil Kərimli bildirib ki, ölkəmizdə kino istehsalının genişləndirilməsi istiqamətində addımlar atılır, tələbə filmlərinə də dəstək verilir.
Görüş zamanı səsləndirilən təkliflərdən biri də ADMİU tələbələrinin teatrlara ödənişsiz girişi işi ilə bağlı olub. Nazir qeyd edib ki, bu istiqamətdə müəyyən işlər görülür.
“TələbəPlus” layihəsi çərçivəsində Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, teatr, muzey və qoruqlarda tələbələr üçün xüsusi endirimlərin tətbiq olunması gözlənilir.
Magistratura pilləsi və yeni ixtisaslarla əlaqədar söz açan nazir son illərdə ölkəmizdə təhsilin normativ hüquqi bazasının təkmilləşdirildiyini, maddi-texniki təminatın yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görüldüyünü söyləyib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

