Azərbaycan Sankt-Peterburq Beynəlxalq Konservatoriya Həftəsində təmsil olunur
26.10.2024 [20:51]
XXIV Beynəlxalq Konservatoriya Həftəsi festivalı şənbə günü Sankt-Peterburqun Dmitri Şostakoviç Filarmoniyasının Böyük zalında bayram konserti ilə açılacaq. Bu tədbir 8 ölkədən musiqi universitetlərinin və qonaqların iştirakı ilə noyabrın 5-dək şəhərin müxtəlif məkanlarında, o cümlədən Mariinsk Teatrında baş tutacaq.
AZƏRTAC tədbirin rəsmi saytına istinadla xəbər verir ki, proqramlarda Sankt-Peterburq, Moskva və Nijni Novqorod konservatoriyaları, Belarus Dövlət Musiqi Akademiyası (Minsk), Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (Azərbaycan), Özbəkistan Dövlət Konservatoriyası (Daşkənd), Belqrad İncəsənət Universitetinin (Serbiya) solistləri və yaradıcı kollektivləri, həmçinin Çinin ali musiqi məktəbləri, Macarıstan və Livandan olan qonaqlar iştirak edəcəklər.
Əsas hadisələrə iki dünya premyerası daxildir. Dövlət Ermitajı Baş qərargahının Atriumunda Sankt-Peterburq bəstəkarları Anton Tanonov və Sergey Yekimovun “Kozma Minin və Nijni Novqorod şəhərinin əfsanəsi” adlı birgə kompozisiyası təqdim olunacaq. Bəstəkar Yanq Cinpenqin “Çin şüası” kantatasının ifası Rusiya ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümünə həsr olunacaq.
Ermitaj Teatrında keçiriləcək “Klassiklər - Etno - XXI” layihəsində Özbəkistan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri Ansamblı, eləcə də Sankt-Peterburq Konservatoriyasının solistləri və Rus Xalq Çalğı Alətləri Orkestri çıxış edəcəklər.
Beynəlxalq Konservatoriya Həftəsinin innovativ hissəsi Ekspert Şurasında mədəniyyət müəssisələrinin rəhbərlərinin iştirakı ilə musiqi tədbirlərinin hazırlanması və təqdimatı üçün “Gənclərin İdeyaları Forumu”nu özündə əks etdirən “Festival Biznes Platforması” layihəsi olacaq. Konservatoriyaların və şəhərin yaradıcılıq universitetlərinin tələbələri mədəniyyət və incəsənət sahəsində gələcək tədbirlərin təşkilatçıları kimi özlərini sübut etmək imkanı əldə edəcəklər. “Festival Biznes Platforması”nda, həmçinin “Sankt-Peterburq Konservatoriyasının Könüllülər Klubu”nun yaradılmasına həsr olunmuş tələbə-könüllülər hərəkatının müxtəlif sahələrinin nümayəndələrinin görüşü keçiriləcək.
Festivalın elmi-nəzəri bölməsində Puşkin, Qlinka, Rimski-Korsakovun yubileylərinə həsr olunmuş “Sankt-Peterburq sənətinin ənənələri” adlı elmi konfrans və sənədli sərgi, xor və opera-simfonik dirijorluğu, nəfəs alətlərində ifaçılıq, konsertin idarə edilməsi üzrə tədris seminarları, yaradıcılıq görüşləri və ustad dərsləri olacaq. Sənətşünaslıq doktoru, Moskva Konservatoriyasının professoru, “Muzıkalnaya jizn” jurnalının baş redaktoru Yevgeniya Krivitskayanın rəhbərliyi ilə “Musiqi jurnalistikası üzrə yaradıcılıq emalatxanası” da öz işini davam etdirəcək. Ənənəvi olaraq, “Beynəlxalq Konservatoriya Həftəsi”nin tədbirləri ilə bağlı icmallar, videoreportajlar, müsahibələr və esselərin yaradılması məqsədilə “Festivalın nəbzi” müsabiqəsi keçiriləcək.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30

