“Tək inci”...
06.08.2024 [10:37]
Xan qızının doğum günüdür
Yeganə BAYRAMOVA
Sonuncu Qarabağ xanı Mehdiqulu xanın yeganə övladı olduğu üçün onu “Dürrü yekta”, yəni “Tək inci”, el arasında isə “Xan qızı” çağırarmışlar. Natəvan istedadlı şairə olmaqla yanaşı, xeyriyyəçiliyi ilə də tanınıb, imkansızlara əl tutub, Şuşaya su kəməri çəkdirib. Bu gün Xan qızının anadan olmasından 192 il ötür.
Xurşudbanu Natəvanla bağlı maraqlı faktlar çoxdur. Tarixçilərin ehtimalına görə, o dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilmişdi və Xurşudbanu Xasay xan Usmiyevlə izdivaca məcbur edilmişdi. Belə bir ehtimal da var ki, Vorontsovun şəxsi yavəri Xasay bəy Tiflisdə onlara mülk iddialarında kömək göstərib və bunun müqabilində Xurşudbanuya evlənməyi təklif edib.
Xasay xanla evləndikdən sonra Natəvan dörd il övlad arzusu ilə alışıb-yanıb. Hər gün Allaha dua edən Xan qızı 1854-cü ildə əri ilə Bakıya gəlib, Şıx kəndindəki Bibiheybət məscidini ziyarət edirlər. Bu ziyarətdən bir il sonra 1855-ci ildə onların oğlu Mehdiqulu xan, 1856-cı ildə qızı Xanbikə dünyaya gəlir.
Anasının vəfatından sonra ailəsinin təkidi ilə Xasay Usmiyev vətəni Dağıstana döndüyü zaman həyat yoldaşı Xurşidbanunu da özü ilə aparmaq istəyib. Lakin Xan qızı Dağıstanda həmişəlik yaşamağı qəbul etməyib və onlar 1864-cü ildə ayrılıblar.
Natəvan 1869-cu ildə könlünə yatan Seyid Hüseyn adlı kasıb bir şuşalıya ərə gedir. Bəziləri Seyid Hüseynin Natəvanın nökəri, faytonçusu olduğunu da iddia ediblər. Dəqiq faktlar göstərir ki, Seyid Hüseyn sənətkar olub. Papaqçı idi. Bu evlilikdən də Natəvan xanımın üç oğlu dünyaya gəlib.
Onun Seyid Hüseynə ərə getməsi bəy və mülkədarları qəzəbləndirmişdi. Onlar Natəvanın ailə üzvləri arasına nifaq salır. Oğlu Mehdiqulu xan baş götürüb evdən gedir. Beləliklə şairə ömru boyu qınaq və töhmətlərdən yaxa qurtara bilməyib.
Seyid Hüseyndən olma oğlu Mir Abbas 17 yaşında vəfat edib. Onun ölümü Xan qızına ağır təsir etdiyindən uzun müddət Xan qızı bu ağır dərddən özünə gələ bilməyib. Oğlunun ölümündən sonra kədərli şeirlər yazmağa başlayır və özünə Natəvan, yəni zəif, gücsüz təxəllüsünü götürür.
Şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi şairəni vaxtsız qocaldır, onu həyat işığına həsrət qoyur. Xəstəlik və məhrumiyyətlər, xüsusilə birinci ərindən olan övladları ilə ikinci ərindən olan uşaqları arasında torpaq-mülk ixtilafları Natəvanın onsuz da çətin olan vəziyyətini daha da ağırlaşdırır. Elə bu illərdə onun evindən xeyirxah məqsədlər üçün ayrılmış bir sandıq qızıl pul və qiymətli əşyalar oğurlanır. Bu hadisə Natəvanın Arazdan Mil düzünə çəkdirməyə başladığı arxın Kəngərli məntəqəsində yarımçıq qalmasına səbəb olur.
Şairənin həyatının son illəri daha acınacaqlı keçib. O, yaylaqlarını və yararlı torpaqlarını itirərək var-yoxdan çıxır, borca düşür. Hətta dövrü mətbuatda çıxan xəbərlərə görə o, ağır maddi çətinliklər üzündən, ev əşyalarını, zinət əşyalarını açıq satışa qoymuşdu. (Bakinskie quberrnckie vedomosti” qəzeti, 1 43; Yenə orada, 1896, 1 5.)
Bütün bu çətinliklər, maddi və mənəvi sıxıntılar nəticəsində Natəvanın xəstəliyi və daxili iztirabları getdikcə şiddətlənir və o, 1897-ci il oktyabr ayının 1-də Şuşada vəfat edir. Dəfn mərasimində iştirak edən camaat, hörmət əlaməti olaraq, şairənin cənazəsini Şuşadan Ağdama qədər piyada aparıb. Xan qızı Ağdamda “İmarət” deyilən ailə qəbiristanlığında dəfn olunub.
Xurşidbanu Natəvanın şəxsiyyətinə, irsinə, yaradıcılığına Azərbaycan dövləti hər zaman sayğı bəsləyib. Natəvanın 180 illik yubileyi də dövlət səviyyəsində qeyd edilmişdi. 1960-cı ildə Bakıda şairənin heykəli, 1982-ci ildə Ulu öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılmışdı. 2016-cı il fevralın 18-də Heydər
Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirilib.
Bakıda Xan qızının adına kitabxana, Azərbaycan Yazıçılar Birliyində ədəbi klub fəaliyyət göstərir. Şuşa işğaldan azad edilərkən Natəvanın büstü yenidən doğma şəhərinə qaytarıldı, Xan qızı bulağı bərpa edildi. Prezident İlham Əliyev 14 mart 2022-ci il tarixində “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” sərəncam imzalayıb.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48

