İncəsənət tarixində izi olan sənətkar
20.07.2024 [11:30]
Xalq artisti Ramiz Əzizbəylinin doğum günüdür
Sənət üçün doğulan insanlar az deyil. Onlar səhnəmizə, mədəniyyətimizə istedadı, bacarığı ilə birgə bəxş ediliblər. Belə sənətkarlarımızdan biri Xalq artisti, aktyor, kinorejissor Ramiz Əzizbəylidir. O, ailəsində qayğıkeş ata, mehriban baba, sədaqətli ailə başçısı, dostları üçün isə əsl dost, təvazökar insan olmaqla bərabər həm də xalqının istedadlı aktyoru idi. Yaratdığı hər obraz, çəkdiyi filmlər, səsləndirdiyi bədii qiraət nümunələri, yetişdirdiyi tələbələr, bir sözlə, sevə-sevə gördüyü bütün işlər-Azərbaycan xalqına verdiyi böyük töhfədir. Ramiz Əzizbəyli incəsənət və mədəniyyət tariximizdə öz izini qoyan sənətkarlardandır.
Bu gün Xalq artistinin anadan olmasından 76 il ötür. O, 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. Mərhum aktyorun atası Təzə Pir məscidindəki ruhani məktəbinin əsasını qoyanlardan biri idi. Bəy nəslinin, böyük var-dövlətin yeganə varisi olan atası Hacı Ağa ömrünün son illərinə qədər 11 uşaqlı ailəsini “Yasin” oxumaqla dolandırıb.
Həmin gün ulduzu parladı...
Ramiz Əzizbəylinin sənətə gəlişi 1957-ci ildən - 9 yaşından başlayıb. Elə həmin gün onun bəxt ulduzu böyük bir parıltı əmələ gətirdi və indiyə qədər də öz parıltısını itirməyib. Uşaq yaşlarında veriliş və televiziya tamaşalarında azyaşlı aktyor kimi çıxış edirdi. İlk dəfə AzTV-nin uşaq redaksiyasında daimi üzv kimi işləməyə başlayır. Hətta adına müvəqqəti əmək kitabçası da açılır. Əmək kitabçası müvəqqəti olsa da, redaksiyanın daimi üzvü olur. Azyaşlı olduğu üçün maaşı onun özünə verməyib, poçtla göndərirmişlər.
1959-cu ildə kinostudiyanın dublyaj redaksiyasına cəlb olunur. O vaxta qədər uşaq rollarını da böyüklər səsləndirirdilər. İlk dəfə uşaq obrazlarını səsləndirməyi ona həvalə edirlər.
Ermənilər onu öldürmək istəyirdi...
Məktəbi bitirəndən sonra sənədlərini İncəsənət Universitetinə versə də, ixtisas fənnindən kəsilir. Bu məsələ onu çox sarsıdır. Könüllü əsgər getməyi qərara alır. Tiflisdə hərbi tibb məktəbini əla qiymətlərlə bitirəndən sonra təyinatla Ermənistanın Leninakan şəhərinə yollanır. Oranın tibbi-sanitar hissəsinin baş tibbi təlimatçısı işdən çıxdığı üçün onu bu vəzifəyə təyin edirlər. Ramiz Əzizbəyli səkkiz ay bu vəzifədə işləyir. Ermənilərin isə onu gözü götürmür. Hətta onu öldürmək istəyirlər.
Bu filmdə əvvəlcə həyat yoldaşını çəkmişdi...
Növbəti cəhddə Ramiz Əzizbəyli M.A.Əliyev adına İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində qiyabi təhsil alır. Oranı bitirəndən sonra aktyor və rejissor kimi fəaliyyət göstərir. 1987-ci ildə “Pirverdinin xoruzu” qısametrajlı bədii filmi ilə özünü rejissor kimi təsdiqləyir.
Onun 1992-ci ildə çəkdiyi “Bəxt üzüyü” tammetrajlı bədii filmi isə müasir kino tariximizə yüksək bədii keyfiyyətli və ən yüksək kassa gəliri gətirən film kimi daxil olub. Filmdə Ramiz Əzizbəyli həyat yoldaşı Zümrüd xanımı çəksə də, sonradan o, çəkilən hissələri montaj edir. 2006-cı ildə çəkdiyi “Yalan” bədii filmi Qarabağ müharibəsi mövzusunun ən uğurlu ekran həllindən biri hesab oluna bilər.
Ramiz Əzizbəyli aktyor kimi “Dərviş Parisi partladır”, “Şeytan göz qabağında”, “Gümüşgöl əfsanəsi”, “Kişiləri qoruyun”, “Bağ mövsümü”, “Bəxt üzüyü”, “Bəyin oğurlanması” filmlərində rol alıb.
Mərhum sənətkar Azərbaycan Yazıçılar Birliyinin də üzvü idi. 2010-cu ildə “Cızma-qaralar”adlı bədii yaradıcılıq toplusu işıq üzü görüb. Xalq artistinin səhhətində uzun müddət problemlər olub. O, üç dəfə insult keçirib. Yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkib. Koronavirusa yoluxan sənətkar Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilib. Və orada olduğu müddətdə infarkt keçirib. Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

