Mədəniyyətimizin unudulmaz siması...
23.05.2024 [11:12]
Şəmsi Bədəlbəylinin anım günüdür
Yeganə BAYRAMOVA
Onun qədər Azərbaycanda bədii nüansları duyan, iş prosesinin yönümünü bilən rejissor yox idi. Ömrü boyu incəsənətə yüksək amalla xidmət edərək teatrımıza yeni quruluş gətirmişdi. Həqiqətən də xalq üçün yaradanlar, çalışanlar heç vaxt unudulmurlar. Özləri həyatda olmasalar da, xatirələri anılır, xidmətləri yaddan çıxmır. Bu sırada tanınmış Azərbaycan aktyoru və rejissoru Şəmsi Bədəlbəylinin adını xüsusilə qeyd etmək yerinə düşər. Onun kimi örnək insanlar mədəniyyət tariximizin əbədiyaşar simalarıdır.
Bu gün Şəmsi Bədəlbəylinin vəfatından 37 il ötür. Rejissor 1911-ci il fevralın 23-də Şuşada anadan olub. Orta məktəbi bitirdikdən sonra atası Bədəl bəy kimi, müəllim olmaq istəyi ilə Bakı Pedaqoji Texnikumuna daxil olub. Amma içdən gələn bir hökm onu başqa sahəyə aparıb. Hələ yeniyetmə çağlarından musiqiyə həvəs göstərən Şəmsi qardaşı Əfrasiyabın məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəylinin sinfində təhsil alıb. Dövrün məşhur dramaturqu Cəfər Cabbarlı ilə Əfrasiyab Bədəlbəylinin dostluğu, onların teatrla, musiqi ilə bağlı söhbətləri Şəmsini də özünə çəkərmiş. O, evlərində dövrün tanınmış ziyalılarını, mədəniyyət xadimlərini tez-tez görərdi. Özündən yaşca böyük sənətkarlarla dostluq etməyi çox sevən Şəmsi sonralar Cəfər Cabbarlı, rejissorlardan İsmayıl Hidayətzadə, Aleksandr Tuqanovla həm fikir oldu. Onun teatra olan həvəsi getdikcə sönməz məşələ dönürdü.
1932-ci ildə Azərbaycan Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayan Şəmsi Bədəlbəyli bu teatrda on il rejissor vəzifəsində çalışıb. Arada Moskvada rejissorluq üzrə təcrübə keçməyə göndərilərək Malı Teatrda Şillerin “Don Karlos” əsərinin hazırlanmasında assistent kimi təcrübə keçib. Bu qədim teatrın yaradıcı heyəti ilə ünsiyyət qurub. Sonradan doğma şəhərə qayıdaraq fəaliyyətini davam etdirib. Onun Dram Teatrında ilk yaradıcılıq işi Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” komediyası oldu. İlk yaradıcılıq işi ona fərəh gətirdi. Tamaşa yüksək qiymətləndirildi. Sonrakı işlərindən biri də. 1939-cu ildə quruluş verdiyi “Ölülər” komediyası oldu. Bu tamaşa haqqında mətbuatda müxtəlif yazılar dərc edildi. Bəyənənlər də oldu, tənqid edənlər də.
Ş.Bədəlbəyli dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulmuş Musiqili Komediya Teatrının yenidən yaradılmasında, inkişaf etdirilməsində böyük zəhmət çəkib. Bir rejissor kimi o, ilk növbədə teatrın repertuar məsələsinə, mükəmməl seçilməsinə, truppanın istedadlı insanlardan təşkil olunmasına çalışırdı. Şəmsi Bədəlbəyli Azərbaycan mədəniyyət tarixində bu teatrın yaradıcısı kimi silinməz izlər qoyub. O, dövrünün çox tanınmış, istedadlı dramaturqları, şair və yazıçıları, bəstəkarları ilə əməkdaşlıq etməyi bacarırdı. Məsələn, Sabit Rəhman, Süleyman Rüstəm, Mirzə İbrahimov, Səid Rüstəmov, Fikrət Əmirov, Süleyman Ələsgərov kimi sənətkarlarla məsləhətləşərək elə əsərlərə səhnə həyatı verərdilər ki, onlar həm tamaşaçılar, həm də teatr tənqidçiləri tərəfindən rəğbətlə qarşılanardı.
Şəmsi Bədəlbəyli zahirən çox ciddi, qaraqabaq təsir bağışlasa da, nikbin ruhlu şəxsiyyət idi. Yumoru çox sevərdi. Bu səbəbdən də quruluş verdiyi əsərlərdə duzlu gülüş, əsl yumor olardı. O, bir rejissor kimi dramaturqun ideyasını, bəstəkarın musiqisini, aktyorun ifasını səhnədə təcəssüm etdirə bilirdi. O, bu teatrın həm bədii rəhbəri, həm də direktoru vəzifəsində müxtəlif illərdə və fasilələrlə çalışmışdı. Bir müddətdə filarmoniyanın bədii rəhbəri və direktoru olan Şəmsi Bədəlbəyli 1976-cı il-dən ömrünün sonuna kimi Teatr Cəmiyyətinin sədri vəzifəsində də səmərəli fəaliyyət göstərib.
Bütün varlığı ilə Azərbaycan mədəniyyətinə xidmət etməkdən doyumsuzluq tapan Şəmsi Bədəlbəyli kino sənətinin də inkişafında öz əməyini əsirgəməyib. Hətta bir sıra bədii və sənədli filmlərdə aktyor kimi də iştirak edib. Bu gün də həmin filmlərə (“O qızı tapın”, “Axırıncı aşırım”, “Xatirələr sahili” və s.) baxanda Şəmsi Bədəlbəylinin canlandırdığı rollar diqqət çəkir. Hər şeydən əvvəl bu obrazlar ciddiliyi və təbiiliyi ilə seçilir.
Bir rejissor kimi, quruluş verdiyi tamaşalarda seyrçiləri güldürməyi, düşündürməyi, bəzən də kədərləndirməyi bacaran Şəmsi Bədəlbəyli aktyor kimi də çox inandırıcı və dərin təsir bağışlayırdı. Onu unutmaq mümkün deyildi. Onun can verdiyi tamaşalar tarixin arxivindədir. Teatr tariximizin unudulmaz rejissoru sənətin yaşaması, inkişaf etməsi üçün sözün əsl mənasında böyük cəfakeşlik göstərmiş bir insan idi...
Xəbər lenti
Hamısına baxSosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01

