Şərqdə ilk: Bakı Dövlət Sirkinin tarixi
11.01.2024 [14:44]
M.BAYRAMLI
Müasir sirkin təməli XVIII əsrin sonunda Londonda Filip Astli tərəfindən qoyulub. Günlərin bir günü o, almaz qaşlı üzüyü satıb sirk nömrələri göstərməyə yararlı olan bir yer (sahə) alır. Bu məkanda öz atı ilə birlikdə müxtəlif nömrələr nümayiş etdirir. Tamaşaya baxanlar isə nömrənin sonunda Astlinə müxtəlif hədiyyələr, pul verirlər. Bir qədər sonra o, insanların bu tamaşalara marağını görüb daha böyük ərazi alır, xüsusi arena düzəldir. Arenanı qırmızı kartonla əhatəyə alır və ətrafına oturacaqlar yerləşdirir. Artıq tamaşaçılar içəri daxil olarkən əvvəlcədən pul ödəməli idilər. İllər keçdikcə sirk tamaşaları daha da təkmilləşir. O öz sirkinə ip üstündə bəzi nömrələri göstərə bilən akrobatları cəlb edir, bundan sonra sirk tamaşasında bir meymun, 1816-cı ildə isə iki fil peyda olur. Astlinin vəfatından sonra sirk fəaliyyətini dayandırsa da, XIX əsrin sonunda Avropada 20-dək sirk vardı. Onlar daha çox səyyar tamaşalara üstünlük verirdilər.
Azərbaycanda isə sirk sənətinin özünəməxsus tarixi var. Bakıda ilk peşəkar sirk-zoopark XIX əsrin 90-cı illərində Nikitin qardaşları tərəfindən tikilib. 1904-cü ildə isə onlar keçmiş "Tarqovı" və "Bolşaya Morskaya" küçələrinin tinində, indiki Nəsimi bağının yerində şərqdə ilk Sirk-teatr inşa etdirdilər. 1905-ci ildə yeni sirk binası istifadəyə verildi. Bu sirkdə mütəmadi olaraq Nikitinlərin rəhbərlik etdiyi qrup çıxış edirdi. 1906-cı ildə Sirk-teatrın binası taxtadan tikildiyi üçün bir müddətdən sonra yanaraq məhv oldu. Ancaq qardaşlar elə həmin il onun yerində daşdan yeni sirk binası inşa etdirdilər.
1916-cı ildə Yefimovlar Nikitin qardaşlarının sökülmüş sirkinin yerində, başqa bir sirk binası tikdilər. 1924-cü ilin dekabrında yanğın bu sirki də məhv etdi və çox keçmədi ki, Kudryavtsev burada öz sirkini qurdu. Bakıda sirkin fəaliyyət göstərdiyi bütün bu müddət ərzində onun səhnəsində Rusiyanın müxtəlif şəhərlərindən gələn sirk truppaları çıxış edirdilər. O dövrün məşhur sirk truppaları Tanti qardaşlarının, Lerrinin rəhbərlik etdiyi kollektivlər də 20-ci illərdə tez-tez Bakıya qastrollara gəlirdilər. 1930-cu ildə Bakı Sirkinin filialının əsası qoyuldu. Bu kollektivin üzvləri yerli özfəaliyyətçilər, kəndirbazlar və xalq pəhləvanları idi.
1945-ci ildə Azərbaycanda ilk peşəkar sirk kollektivi yaradıldı. Bu kollektiv Bakı Sirkinin filialının artistlərindən, Azərbaycan estrada artistlərindən və bədii özfəaliyyətçilərdən təşkil olunmuşdu. Kollektivin "Azərbaycan toyu" adlı ilk proqramını bəstəkar Üzeyir Hacıbəyov hazırlamışdı. Proqramın rejissoru Soltan Dadaşov, bəstəkarı Səid Rüstəmov, baletmeysteri Əminə Dilbazi, mətnin müəllifi Süleyman Rüstəm idi. Həmin il Azərbaycanın ilk milli sirk truppası yaradıldı. Truppa yalnız sirk nömrələrindən ibarət olmadı, tərkibinə estrada və balet artistlərinin çıxışları da salındı. Hazırkı Bakı Dövlət Sirkinin binası isə 1967-ci ildə istifadəyə verildi. Bakı sirkinin həyatında ən əlamətdar hadisələrdən biri baş vermişdi. Arxitektorlar Ənvər İsmayılov və Faina Leontyevanın layihəsi əsasında müasir teatr-sirk avadanlıqları ilə təchiz olunan 2000 yerlik və üç manejə (su, buz, kauçuk) malik sirk binası sovet məkanında yeganə idi.
Xatırladaq ki, bu günlərdə Bakı Dövlət Sirkinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Binada təmir işləri yekunlaşdırılandan sonra sirk qapılarını yenidən tamaşaçıların üzünə açacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07

