Vaxtilə kazino, bu gün isə teatr...
27.10.2023 [14:46]
M.BAYRAMLI
Bu dəfə sizinlə Bakının gəzməli və görməli yerlərindən birinə Azərbaycan Dövlət Kukla Teatrına qiyabi səyahət edəcəyik. Tarixi vərəqləyərkən öyrəndik ki, Kukla Teatrının yerləşdiyi bina 1909-cu ildə polşalı mühəndis İosif Ploşkonun layihəsi əsasında tikilib. Əslində Dənizkənarı bulvarda “Fenomen” kinoteatrı tikilməli idi. Lakin bina bulvarda adamların gəzintisinə mane olar, üstəlik, ümumi görüntünü pozar deyə o zaman şəhər bələdiyyəsi razılıq verməyib. Buna baxmayaraq, tikinti yubadılsa da, bina tikilib. Ploşko binanı Fransız intibah memarlığı üslubunda tiksə də, şəhərdəki digər tikililərindən bəzi elementlər də əlavə edib. 1910-cu ildə hazır olan binanın ətrafındakı yöndəmsiz tikililər sökülüb və yerində park salınıb. Binaya zəriflik, incəlik bəxş etməsi üçün girişdə qədim yunan, roma allahlarının - Merkuri, Baxus, Poseydon və Afroditanın heykəlləri qoyulub. On il kazino və kinotetar kimi fəaliyyət göstərib.
1920-ci ildə isə bina memar və mühəndis Zivər bəy Əhmədbəyovun layihəsi ilə yenidən qurularaq teatr məkanın tələblərinə uyğunlaşdırılıb, Türk Tənqid və Təbliğ Teatrına verilib. Müxtəlif illərdə sözügedən binada İncəsənət İşləri İdarəsi, Musiqili Komediya Teatrı, Kənd Təsərrüfatı Muzeyi fəaliyyət göstərib. 1965-ci ilə qədər binada Azərbaycan Respublikası Kənd Təsərrüfatı Muzeyi fəaliyyət göstərib. Bu səbəbdən binanın qarşısındakı antik yunan heykəlləri götürülərək, yerinə kolxozçu qadın heykəlləri qoyulub.
İndiki Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının əsasını 1931-ci ildə Mollağa Bəbirli qoyub. Azərbaycanda Kukla Teatrının yaranması onun adıyla bağlıdır. Teatrın ilk tamaşası 1932-ci ildə “Sirk” olub. Yalnız 1965-ci ildə Kukla Teatrı yeni status alandan sonra indiki binaya köçürülüb. Burada ilk tamaşa isə Mirvarid Dilbazinin “Göyçək Fatma” nağıl pyesi olub. 1974-cü ildən etibarən teatra görkəmli ədib, maarifçi, uşaq ədəbiyyatının banilərindən biri Abdulla Şaiqin adı verilib. Bugünədək teatrda yüzlərlə xalq oyunları, dastanlar, nağıllar, dünya klassikləri və müasir əsərlər üzərində tamaşalar təqdim olunub. 2007-ci ildə isə teatrın binası yenidən qurularaq müasir texniki avadanlıqlarla təmin olunub.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57

