“Qafqaz Qartalı-2026”...
19.06.2026 [10:54]
Azərbaycan, Türkiyə və Gürcüstanın birgə hərbi təlimləri regional təhlükəsizliyə xidmət edir
Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər bu sahədə həyata keçirilən davamlı islahatlar və məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Yəni ölkəmiz güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin də rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir silahlı qüvvələri sayılır.
Dost və tərəfdaş ölkələrlə birgə hərbi təlimlər keçirilir
Məlum olduğu kimi, Azərbaycan dost və tərəfdaş ölkələrlə davamlı olaraq birgə hərbi təlimlər keçirir. Buna nümunə olaraq, ölkəmizlə qardaş Türkiyənin müxtəlif adlar altında keçirilən təlimlərini, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlılarının “Üç qardaş” hərbi təlimlərini göstərmək olar.
Eləcə də, Azərbaycan hərbçilərinin Mərkəzi Asiya ölkələrinin hərbçiləri ilə birgə təlimləri də keçirilib. Belə ki, Qazaxıstanın qərbində yerləşən Manqistau vilayətində Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın hərbi qüvvələrinin iştirakı ilə regional beynəlxalq təlimlər baş tutub. Təlimlərə təxminən 4 min hərbi qulluqçu və 700-dək hərbi texnika cəlb olunub. Bundan əlavə, Özbəkistanın Səmərqənd vilayətində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan hərbçilərinin iştirakı ilə keçirilən çoxmillətli “Birlik - 2025” birgə regional təlimi keçirilib.
Bugünlərdə isə hərbi qulluqçularımızın iştirakı ilə Serbiyanın Buyanovats şəhəri yaxınlığında “Platinum Wolf - 2026” beynəlxalq taktiki təliminin “Yüksəksəviyyəli Müşahidəçi Günü” baş tutub. Tədbirdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və onun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də təlimə qatılan digər ölkələrin yüksəksəviyyəli qonaqları iştirak ediblər. Qeyd edək ki, təcrübə mübadiləsinin aparılması, sülhməramlı əməliyyatların icrası zamanı tərəfdaş ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı uzlaşmanın gücləndirilməsi və hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən təlimdə Amerika Birləşmiş Ştatları, Azərbaycan, Birləşmiş Krallıq, Bosniya və Herseqovina, İtaliya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya və Yunanıstandan olan hərbi qulluqçular iştirak ediblər.
Üç ölkənin hərbi əməkdaşlığı...
Azərbaycan, Türkiyə və Gürcüstan da dost və tərəfdaş ölkələr olaraq hərbi sahədə fəal əməkdaşlıq edir və birgə hərbi təlimlərin keçirilməsi də bunun əyani göstəricisidir. Belə ki, bugünlərdə Tbilisi yaxınlığındakı Muxrovani hərbi bazasında Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının iştirakı ilə “Qafqaz Qartalı-2026” birgə taktiki-xüsusi təliminin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər iştirakçı dövlətlərdən yüksəksəviyyəli qonaqlar iştirak ediblər.
Plana uyğun olaraq, əvvəlcə Azərbaycan, Türkiyə və Gürcüstanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər üç ölkənin Dövlət himnləri səsləndirilərək Dövlət bayraqları qaldırılıb. Açılış mərasimində çıxış edənlər qonaqları salamlayaraq, belə təlimlərin birgə fəaliyyətlərin planlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsi baxımından vacib rol oynadığını vurğulayıb, iştirakçılara uğurlar arzulayıblar. Qeyd olunub ki, regionda təhlükəsizlik və müdafiə sahəsində üç tərəfdaş ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsini hədəfləyən bu təlim bölmələrin döyüş hazırlığı imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Məlumdur ki, üçtərəfli platforma uzun müddətdir mövcuddur. Hər üç ölkənin liderlərinin, xarici işlər və müdafiə nazirlərinin görüşləri mütəmadi olaraq keçirilir. Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı sıx üçtərəfli siyasi, iqtisadi əlaqələrdən doğan birgə layihələrin gerçəkləşməsi bölgənin inkişafında, sabitliyinin qorunmasında və dünyaya inteqrasiyasında aparıcı faktora çevrilib. Nəhəng enerji şirkətlərinin də iştirak etdiyi Azərbaycan, Gürcüstan və Türkiyənin enerji sahələri üzrə əməkdaşlığı öz səmərəliliyinə görə dünyada nümunəvi təcrübələrdən biri hesab oluna bilər. Azərbaycan, Gürcüstan və Türkiyənin enerji sahəsində əməkdaşlığı həm region dövlətlərinin iqtisadi, siyasi və təhlükəsizlik maraqlarına, həm də Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyini təmin etmək siyasətinə uyğundur. Xatırladaq ki, üç ölkənin əməkdaşlığı ilə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi reallığa çevrilib. Bundan əlavə, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçtərəfli strateji əməkdaşlığın səmərəli nəticələridir.
Regional hərbi əməkdaşlıq məsələlərinə gəldikdə isə qeyd etməliyik ki, Türkiyə NATO üzvüdür, Gürcüstan Avropa İttifaqı ilə Assosiasiya Sazişi imzalayıb və bu yaxınlarda Aİ üzvlüyünə namizəd statusuna yaşıl işıq yandırılıb, Azərbaycan isə heç bir hərbi blokda iştirak etmir və bütün tərəflərlə qarşılıqlı, faydalı, bərabərhüquqlu əməkdaşlığa üstünlük verir. Bu yanaşmalara baxmayaraq, hər üç ölkə müxtəlif sahələr üzrə, xüsusilə hərbi sahədə birgə əməkdaşlıq imkanlarını getdikcə daha da inkişaf etdirir. Digər tərəfdən, Türkiyənin Qafqazda keçirilən hərbi təlimlərdə iştirak etməsi, onun regionda möhkəmlənməsi və nüfuzunun artması deməkdir. Bu isə istənilən halda həm Türkiyənin, həm Azərbaycanın, həm də Gürcüstanın strateji maraqlarına uyğundur.
Üçtərəfli platforma ənənə halını alıb
2014-cü ildən başlayaraq Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri səviyyəsində baş tutan görüşlər isə mütəmadi olaraq növbə ilə ölkələrdən birində ötürülür. Ümumiyyətlə, Azərbaycan, Türkiyə və Gürcüstanın oxşar təhlükəsizlik problemləri, hərbi sahədə əməkdaşlığı şərtləndirən amillərdən hesab edilir. Türkiyənin Gürcüstanın NATO-ya inteqrasiyasında müsbət rol oynaya biləcək, ortaq quru sərhədlərinə malik yeganə qonşusu olduğunu da diqqətdən qaçırmaq olmaz. Təbii ki, Türkiyə strateji tərəfdaşlarına istehsal etdiyi silahları tədarük edir. Birgə təlimlərdə isə yeni silahların praktik tətbiqi ilə bağlı metodik məşğələlər və təcrübə mübadiləsi keçirilir.
Onu da qeyd edək ki, regionda uzun müddət davam edən təhdidlərin qarşısının alınması üçün hər üç tərəfdaş ölkə səylərini birləşdirərək aktiv şəkildə müştərək təlimlərə qoşulmağa qərar verib. Birgə hərbi təlimlərin təşkili barədə razılaşma daha əvvəl keçirilən üçtərəfli görüşlər nəticəsində əldə olunub və onlar mütəmadi olaraq növbə ilə tərəfdaş ölkələrdən birinin ərazisində raellaşdırılır. Bu təlimlər ekspertlər tərəfindən də üçtərəfli əməkdaşlığın müsbət nəticəsi kimi dəyərləndirilir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45

