Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Azərbaycan muğamı Rumıniyada beynəlxalq festivalda təqdim olunub

Azərbaycan muğamı Rumıniyada beynəlxalq festivalda təqdim olunub

18.08.2026 [18:10]

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və ölkəmizin Rumıniyadakı səfirliyinin dəstəyi ilə Rumıniyanın Maramureş vilayətinin Tsırqu-Lapuş şəhərində keçirilən beynəlxalq festivalda muğam mədəniyyətimiz nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, Maramureş vilayəti Gününə həsr olunmuş festivalda Rumıniya, Moldova, Ukrayna, Albaniya və Azərbaycandan vokal və rəqs ansamblları iştirak ediblər.

Tədbirdə Azərbaycan Dövlət Akademik Filarmoniyasının F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistləri “Muğam” televiziya müsabiqəsinin laureatı Rəvanə Qurbanova (xanəndə), Əməkdar artist Xəyyam Məmmədov (kamança) və Əməkdar mədəniyyət işçisi Elçin Abbasov (tar) milli musiqi və muğam nümunələrimizi yüksək məharətlə ifa ediblər. Azərbaycanlı sənətçilər festival təşkilatçıları tərəfindən mükafatlandırılıblar.

Rumıniyanın və iştirakçı ölkələrin dövlət rəsmilərinin qatıldığı tədbirdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov, eləcə də Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Paylaş:
Baxılıb: 127 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Ötən 7 ayda...

19 Avqust 11:05

Analitik

3 aydan sonra...

19 Avqust 10:45

Dünya

Xəbər lenti

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31