45 yaşlı Konvensiya
28.01.2026 [08:29]
Beynəlxalq Fərdi Məlumatların Mühafizəsi Günü
Müasir dövrdə şəxsi məlumatlar ən qiymətli resurslardan birinə çevrilib. Hər gün internetdə atdığımız addımlar, sosial şəbəkələrdə paylaşdığımız fikirlər, onlayn alış-veriş zamanı verdiyimiz məlumatlar bizim “rəqəmsal iz”imizi formalaşdırır. Bu iz isə təkcə texnoloji rahatlıq deyil, eyni zamanda ciddi risklər də yaradır. Məhz buna görə fərdi məlumatların mühafizəsi bu gün yalnız hüquqi məsələ deyil, həm də cəmiyyətin mənəvi və etik problemidir.
Şəxsi məlumatların toxunulmazlıq hüququ beynəlxalq hüquqda əsas prinsiplərdən biri hesab olunur. Telekommunikasiya vasitələrindən, xüsusi ilə internetdən istifadənin artması və fərdi məlumatların mühafizəsini təhdid edən texnologiyaların sürətli inkişafı şəxsi həyatın toxunulmazlığı hüququ ilə bağlı narahatlıqların artmasına səbəb olub. Qlobal miqyasda olduğu kimi Azərbaycanda da bu sahədə qanunsuz və özbaşına müdaxilələrin mövcudluğu halları labüddür. Bu baxımdan şəxsi həyatın toxunulmazlığı hüququnun əhəmiyyətli komponenti hesab edilən fərdi məlumatların gizliliyinə dair hüquqların müdafiəsinin gücləndirilməsi strateji məqsədlərdən biridir.
16 ildir qoşulmuşuq...
Yeri gəlmişkən, bu gün dünyada Beynəlxalq Fərdi Məlumatların Mühafizəsi Günü kimi qeyd olunur. İlk dəfə 1981-ci il yanvarın 28-də Avropa Şurası tərəfindən Strasburqda “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işləməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” Konvensiya qəbul edilib. Fərdi Məlumatların Mühafizəsi Gününü qeyd etmək qərarı isə 2006-cı ildə qəbul edilib. Bu tarixin qeyd edilməsində məqsəd geniş əhali kütləsinə şəxsi həyatın və fərdi xarakterli məlumatların mühafizəsinin vacibliyini xatırlatmaqdır. Azərbaycan isə sözügedən konvensiyaya 2010-cu il sentyabrın 1-dən qoşulub.
Artıq fərdi məlumatların kompyuter emalı vətəndaşlar üçün adi hala çevrilib. Bunlardan iş, inzibati rəsmiyyət, səhiyyə, alış-veriş, xidmət, səyahət sahələrini, internetdə naviqasiyanı və s. göstərmək olar. Məlumatların mühafizəsi şəxsi və ailə sirrini saxlamaq hüququnu müdafiə etmək, ifadə və vicdan azadlığı kimi digər əsas hüquqların həyata keçirilməsinin birinci dərəcəli şərtidir.
Məsuliyyət təkcə dövlət qurumlarının üzərinə düşmür...
Fərdi məlumat dedikdə insanın kimliyini müəyyən etməyə imkan verən hər cür informasiya - ad, soyad, telefon nömrəsi, ünvan, maliyyə məlumatları, sağlamlıq göstəriciləri və s. nəzərdə tutulur. Bu məlumatların icazəsiz toplanması, saxlanılması və paylaşılması şəxsin şəxsi həyatına birbaşa müdaxilə deməkdir. Şəxsi həyatın toxunulmazlığı isə demokratik cəmiyyətin əsas dayaqlarından biridir.
Texnologiyanın sürətli inkişafı fərdi məlumatların qorunmasını daha da çətinləşdirib. Bir kliklə qeydiyyatdan keçdiyimiz tətbiqlər, “oxumadan razıyam” dediyimiz istifadə şərtləri çox zaman bizi risklər qarşısında müdafiəsiz qoyur. İnsanlar bəzən fərqində olmadan öz məlumatlarını üçüncü tərəflərə ötürür, nəticədə fırıldaqçılıq, şəxsiyyət oğurluğu və ya psixoloji təzyiq halları ilə üzləşirlər.
Bu məsələdə məsuliyyət təkcə dövlət qurumlarının üzərinə düşmür. Şirkətlər topladıqları məlumatlara etik yanaşmalı, onları yalnız qanuni məqsədlər üçün istifadə etməlidirlər. Eyni zamanda vətəndaşların da məlumat savadlılığı artmalıdır. İnsan bilməlidir ki, hansı məlumatı, kimə və nə üçün verir. Şəxsi məlumatlara biganə münasibət gələcəkdə ciddi problemlərə yol aça bilər.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26

