Alimlər: Daha çox bitki mənşəli qida və daha az ət planeti xilas edəcək
05.10.2025 [19:41]
Beynəlxalq tədqiqatçılar qrupunun hazırladığı yeni hesabat göstərir ki, daha çox bitki mənşəli qidalanmaya keçid həm insanların sağlamlığını yaxşılaşdıra, həm də iqtisadiyyatı gücləndirə və ətraf mühitə düşən yükü azalda bilər.
AZƏRTAC xəbər verir ki, hesabatın əsas müəlliflərindən biri, “Stockholm Resilience Centre”in professoru Layn Qordonun sözlərinə görə, dünyada ərzaq istehsalı artıq doqquz “planetar sərhəd”dən beşini aşmağın əsas səbəbinə çevrilib. Çıxış yolu isə qırmızı ətin istehlakını azaltmaq, tərəvəzlərin, meyvələrin, paxlalıların və qoz-fındığın payını artırmaqdır.
Alimlərin “planetar pəhriz” adlandırdığı yanaşmaya görə, həftədə maksimum 105 qram qırmızı ət, gündə isə azı 500 qram meyvə və tərəvəz qəbul edilməlidir. Hesablamalara əsasən, bu prinsiplərə əməl olunması hər il 15 milyon insanın həyatını xilas edə bilər.
Son illərdə İsveçdə ət istehlakı ilə bağlı müzakirələr çox vaxt ərzaq təhlükəsizliyi məsələləri ilə əlaqələndirilir. Qordon isə bunu paradoksal hesab edir: Ölkədə yetişdirilən və insan qidasına yararlı məhsulların böyük hissəsi heyvan yeminə çevrilir.
“Davamlı inkişafa keçid zamanı ərzaq sistemi həlledici rol oynayır”, – deyə o, bildirib.
Mütəxəssislərin hesablamalarına görə, ərzaq sisteminin yenidən qurulması ildə təxminən 500 milyard ABŞ dollarına başa gələ bilər, lakin əldə ediləcək fayda bu məbləği on dəfə üstələyər.
Hesabatın müəllifləri bildirirlər ki, əsas maneələr zəif siyasi iradə və ərzaq sənayesinin müqavimətidir. Sənaye nümayəndələri lobbiçilik, reklam və hətta dezinformasiya yolu ilə islahatların qarşısını alırlar. Bununla belə, alimlər əmindirlər ki, qidalanma sisteminin dəyişməsi planetin xilası üçün əsas amildir.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

