İnkişaf etmiş dövlətlər qrupunda...
17.04.2025 [10:06]
Azərbaycanın İT hesabatlarında mövqeyi yüksəlir
“Speedtest Global Index”in hesabatına əsasən, Azərbaycan mart ayında mobil internetin sürəti üzrə ötən ayın müvafiq göstəricisi ilə müqayisədə 3 pillə irəliləyərək 74,11 MB/S sürətlə 102 ölkə arasında 52-ci olub. Hesabatda birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (543,29 MB/S), sonuncu yeri isə Boliviya (13,09 MB/S) tutub. Hesabatın şəhərlər üzrə indeksində Azərbaycanın paytaxtı Bakı sabit genişzolaqlı internetin sürətinə görə, əvvəlki aya nisbətən öz yerini qoruyaraq 197 şəhər arasında 73,32 MB/S sürətlə 114-cü yerdə qərarlaşıb. Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (355,02 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (2,14 MB/S) qərarlaşıb.
Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (73,60 MB/S) görə 154 ölkə arasında 91-ci olub. Bu göstəriciyə əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 92 faiz artıb. Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (357,52 MB/S), axırıncı yeri isə Suriya (3,21 MB/S) tutub.
“Keçid” qrupundan “İnkişaf etmiş” qrupa
Azərbaycanda rabitə və telekommunikasiya sektorunun inkişafı istiqamətində yürüdülən siyasət və aparılan əhatəli tədbirlər ölkəmizdə internetə çıxış imkanlarının və genişzolaqlı sürətin artmasına səbəb olmaqdadır. Bir müddət əvvəl Mobil Rabitə Assosiasiyası (GSMA) tərəfindən dərc edilən “Mobile Connectivity Index” hesabatında Azərbaycan 173 ölkə arasında orta mövqedə qərarlaşıb. Ölkəmiz “Mobile Connectivity Index” üzrə “Keçid” (Transitioner) qrupundan, “İnkişaf etmiş” (Advanced) qrupuna daxil edilib. Mövcud qlobal dəyərləndirmə Azərbaycanda orta internet sürətinin dünyanın orta statistik göstəricilərinə bərabər olduğunu göstərir.
Əldə edilən mühüm nəticə ölkəmizdə İKT sektorunun inkişaf etdirildiyini, rəqəmsal dövlət qurucluğunun komponetlərinin yaradıldığını və geniş tətbiq ediyini göstərir. Bütün bunların nəticəsidir ki, son illər İT və innovasiyalar üzrə hesabatlarda ölkəmizin mövqeyi yüksəlir. Dünya Bankı (DB) tərəfindən 2023-cü ildə dərc edilmiş qlobal tədqiqat sənədində Azərbaycan “4G+” mobil şəbəkə infrastrukturun vəziyyətinə görə, region ölkələri sırasında əlverişli dövlətlər qrupunda yer alıb. Sənəddə qeyd edilir ki, əhalinin 94 faizi genişzolaqlı internetlə əhatə olunub.
İKT-nin İnkişaf İndeksi üzrə yaxşı nəticə
Ötən il nəşr edilən “Qlobal İnnovasiya İndeksi”ndə ölkəmiz innovasiya fəaliyyətinin səmərəliliyinə görə, irəliləyiş əldə edib və göstəricilərini 4 pillə yaxşılaşdıraraq 89-cu yerdə qərarlaşıb. Azərbaycan “innovasiya resursları” alt indeksi üzrə isə 76-cı yerdə. Qeyd edək ki, “innovasiya resursları” və “innovasiya nəticələri” çox mühüm əhəmiyyətə malik indekslər olmaqla, bir-birinə qarşılıqlı olaraq bağlıdır. Həmin göstəricilər üzrə irəliləyiş Azərbaycanın bu sahədə müasir institutlar yaratdığını, insan kapitalını, elm və təhsil potensialını inkişaf etdirdiyini, səmərəli biznes modelləri qurduğunu təsdiq edir. Ölkəmiz digər indikatorlar olan “institusional mühit” istiqaməti üzrə 54-cü, “hökumətin səmərəliliyi” göstəricisi üzrə 58-ci yerə layiq görülüb. Azərbaycan “biznes mühiti” indikatoru üzrə 17-ci, “biznesin aparılması siyasəti” üzrə isə 22-ci yeri tutmaqla Avropa məkanında ən innovativ imkanlara malik ölkələr qrupuna daxil olub.
Digər qlobal reytinq hesabatlarında, o cümlədən Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları”, BMT-nin “E-Hökumət müayinəsi” hesabatlarında mövqeyini yaxşılaşdıraraq bir neçə pillə yüksəlib. Qeyd edək ki, həmin retinqlərdə 10-dan artıq İKT göstəricisi, qlobal, regional və milli səviyyədə müqayisəli rabitə göstəriciləri təhlil edilir.
Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən dünya ölkələrində informasiya-kommunikasiya texnologiyaları sahəsində inkişaf səviyyəsinin araşdırılmasına dair hesabatda da ölkəmiz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa nail olub. Hesabatda Azərbaycan İKT-nin İnkişaf İndeksi üzrə hesabatında dünya ölkələri arasında 65-ci yeri tutub.
Kibertəhlükəsizlik indeksində layiqli mövqe
Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) ötən ilin sonlarında dərc etdiyi “Qlobal kibertəhlükəsizlik indeksi 2024” (Global Cybersecurity Index. 2024) hesabatında da Azərbaycan 93,76 xal toplamaqla öz mövqeyini yüksəldib.
194 ölkənin 20 indikator üzrə qiymətləndirilməsinin aparıldığı hesabata əsasən, son 4 ildə kibertəhlükəsizlik sahəsində dünya ölkələrinin orta reytinq göstəricisi təxminən 20 faiz yüksəlib və qlobal orta göstərici 65,7 xala çatıb. Dünya üzrə ən maksimum nəticəni, yəni mümkün maksimum 100 xaldan 99-100 balı toplayan ölkələr Türkiyə, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Danimarka, Finlandiya, İndoneziya, İtaliya, Misir, Mavritaniya, Qatar və Səudiyyə Ərəbistanı olub. 90-95 xal arası nəticə göstərən ölkələr arasında digər inkişaf etmiş dövlətlər, o cümlədən Azərbaycan yer alıb.
Respublikamızın qlobal İT hesabatlarında mövqeyini yaxşılaşdırması açıq fiberoptik kanallara çıxış imkanlarını yaxşılaşdırmağa, eləcə də informasiya təhlükəsizliyi ekosistemini möhkəmləndirilməsinə mühüm töhfə verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31

