Yaddaşı daha yaxşı gücləndirən üsullar - ARAŞDIRMA
06.01.2025 [10:35]
ABŞ-ın Kornell Universitetindən olan tədqiqatçılar tərəfindən aparılan yeni bir araşdırma göz bəbəklərinin ölçüsünün beynin necə işlədiyini göstərən mühüm amil olduğunu ortaya qoyur. Tədqiqatın nəticələri yaddaşın təkmilləşdirilməsi və beynin öyrənmə mexanizmlərinin daha yaxşı başa düşülməsi üçün yeni perspektivlər aça bilər.
AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, tədqiqat “Nature” elmi jurnalında yayımlanıb. Araşdırmaya əsasən yuxu zamanı göz bəbəklərinin kiçilməsi, beynin yeni məlumatları təkrar emal etməsinə və yaddaşı gücləndirməsinə işarədir. Göz bəbəklərinin genişlənməsi isə köhnə məlumatların yenidən aktivləşdirildiyini göstərir. REM olmayan yuxu fazası (yuxu zamanı gözlərin sürətli hərəkət etmədiyi dövr) üzərində aparılan müşahidələr göstərir ki, yaddaşın gücləndirilməsi üçün qısa, lakin yüksəkintensivlikli mexanizmlərindən istifadə olunur. Bu fazada göz bəbəklərinin ölçüsündə baş verən dəyişikliklər, beynin yaddaş proseslərini yeni və köhnə məlumatları qarışdırmadan necə idarə etdiyini göstərir.
Tədqiqat zamanı siçanların beyinlərinə elektrodlar yerləşdirilib, göz bəbəklərinin dəyişikliklərini izləmək üçün isə xüsusi kameralardan istifadə edilib. Siçanlar labirintlərdə müxtəlif tapşırıqları yerinə yetirərək təlim keçiblər. Yuxu zamanı siçanların göz bəbəklərinin ölçülərində baş verən dəyişikliklər və beyin aktivliyi paralel olaraq izlənilib. Əldə edilən nəticələr göstərir ki, göz bəbəklərinin kiçildiyi fazalarda beyin yeni öyrənilmiş məlumatları emal edir. Əksinə, göz bəbəklərinin genişləndiyi zamanlar isə köhnə yaddaşlar yenidən aktivləşdirilib və mövcud biliklərə inteqrasiya olunub.
Tədqiqatın həmmüəllifi dr. Azahara Olivanın fikrincə, bu mexanizmlər beynin yaddaş sistemlərinin necə işlədiyinə dair dərin anlayış təmin edir. O diqqətə çatdırıb ki, yeni öyrənmə və köhnə biliklər arasındakı bu tarazlıq, beynin yaddaşları qarışdırmadan necə idarə etdiyini göstərir. Tədqiqatın nəticələri yaddaşın gücləndirilməsi üçün yeni texnologiyaların yaradılması və süni intellekt sistemlərinin inkişafına töhfə verə bilər. Əlavə olaraq tədqiqat siçan yuxusunun insan yuxusuna daha çox oxşar olduğunu sübut edir. Bu, gələcəkdə insanlar üzərində aparılan araşdırmalara daha geniş perspektivlər açır.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 12:45
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41

