Azərbaycan həqiqətləri dünyaya yayılmalıdır
16.02.2024 [11:00]
Ermənistan hüquqi müstəvidə cəzasını alacaq
2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan qələbə tariximizin ən şanlı səhifələrindəndir. Azərbaycan xalqı gücü, iradəsi və mübarizə əzmi ilə bütün dünyaya tarixi ədalətin şanlı qələbə qazanılaraq necə bərpa edildiyini göstərdi. Ötən il keçirilən lokal xarakterli antiterror tədbirləri isə Qarabağda separatizmin kökünü qurutdu. Əli Azərbaycan xalqının qanına batmış, dövlətimizin qanunlarına qarşı gələn terrorçular və separatçılar ədalət mühakiməsi qarşısında cavab verir.
Birinci Qarabğ müharibəsi dövründə törətdikləri vandlizm aktları ilə öz xislətlərini dünyaya “tanıdan” ermənilər ikinci Qarabağ müharibəsi dövründə də müharibə cinayətləri ilə yadda qaldılar, beynəlxalq hüququn norma və prinsiplərini heçə sayaraq azərbaycanlılara qarşı cinayətlər törətməyə davam etdilər. Mingəçevirə, Bərdəyə, Gəncəyə, Qəbələyə, Tərtərə və əhalinin sıx məskunlaşdığı digər ərazilərə raketlər ataraq dəfələrlə insanlıq əleyhinə cinayətlərə cəhdlər etdilər. Nəticədə isə mülki şəxslərə və yaşayış yerlərinə böyükmiqyaslı ziyan dəydi.
Azərbaycan dövləti ermənilərin bu insanlıq əleyhinə cinayətləri ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatıdırılması üçün qətiyyətli addımlar atır. Prezident İlham Əliyev beynəlxalq səviyyədə təşkil olunan bütün platformalarda bu məsələni gündəmə gətirir - ermənilər Azərbaycana qarşı törətdikləri bütün vəhşiliklərə görə cavab verməlidir.
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”a bölüşən millət vəkili İlham Məmmədov bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan üçün dönüş nöqtəsi idi: “Bu döyüşlərlə ölkəmiz tarixi haqq-ədaləti özü bərpa etdi. 24 saatlıq antiterror tədbirləri isə Azərbaycanın öz suverenliyini yenidən təmin etməsi ilə başa çatdı. Ölkəmiz mərhələ-mərhələ qarşıya qoyduğu bütün məqsədlərinə çatır. Qarşıda isə ötən əsrin 80-ci illərinin sonlarında Ermənistan ərazilərindən qovulan 200 minə yaxın azərbaycanlının taleyinin həll olunması məsələsi dayanır. Həmin ərazilərdə əmlakımızın, tarixi əhəmiyyət kəsb edən maddi və mənəvi abidələrimizin dağıdılması, insanların kütləvi şəkildə öldürülməsi ilə bağlı müvafiq beynəlxalq təşkilatlara müraciətlər ünvanlamışıq”.
Millət vəkili bildirib ki, bu proses uzunmüddətli proses olduğundan davamlı fəaliyyət ilkin şərtlərdəndir. Təbii olaraq, bu uzun yol heç də asan qət edilməyəcək. Çünki bir yox, bir neçə ölkə - Ermənistan və havadarları ilə qarşı-qarşıya olduğumuzu unutmamalıyıq. Ancaq nə olur-olsun, nəticə bizim xeyrimizə olacaq. 30 illik işğala son qoyduğumuz kimi, bu məsələni də həll edəcəyik. Deputat vurğulayıb ki, 30 il ərzində Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan burada böyük talançılıq, etnik təmizləmə, tarixi, milli-mənəvi dəyərləri məhv etməklə barbarlıq və vandalizmlə məşğul olub: “Bu yaxınlarda Xocalı rayonunda Əsgəran qalası yaxınlığında kütləvi məzarlıq aşkar edilib. Bütün bunlar isə Ermənistanın insanlıq əleyhinə cinayətlərinin bariz sübutudur. Bu gün Azərbaycanı heç bir əsası olmayan məsələlərə görə ittiham etməyə çalışan bəzi dövlətlər Ermənistanın insanlıq əleyhinə olan cinayətlərinə diqqət ayırmalıdırlar. Çünki Ermənistan tarixin bütün dönəmlərində azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə siyasətini xüsusi amansızlıqla həyata keçirib. 1992-ci ilin fevralında Xocalıda dinc azərbaycanlıların Ermənistan silahlı qüvvələri tərəfindən soyqırıma məruz qalması 20-ci əsrdə insanlıq əleyhinə ən böyük hərbi cinayətlərdən biri hesab edilir. Ermənistan bir dövlət kimi öz üzərinə götürdüyü öhdəliklərə, Cenevrə konvensiyalarına zidd addımlar atıb. Məhz bu cinayətlərinə görə Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən hüquqi müstəvidə cəzalanmalıdır”.
İ.Məmmədovun sözlərinə görə, Azərbaycan dövləti və xalqı nə olur-olsun, qanlı tarixi unutmayacaq, unutdurmayacaq: “Hətta xarici ölkədə yaşayan azərbaycanlılar belə bu fəaliyyətə yaxından dəstək verir. Onlar ermənilərin bizə qarşı törətdiyi cinayətləri dünya ictimaiyyətinə yaymaqdan heç vaxt çəkinmirlər. Azərbaycan həqiqətləri dünyaya çatdırılmalıdır. Hər kəs ermənilərin törətdikləri cinayətlərin faktoloji sübutları ilə tanış olmalıdır. Bu, Azərbaycan xalqının, xüsusilə gənclərimizin əsas qayəsi olmalıdır. Tarixdəki faciələri təkrar yaşamamaq üçün tarixdən dərs götürmək lazımdır”.
Y.SAHİB
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

