Dayanıqlı siyasi sabitlik ünvanı
14.02.2024 [11:05]
Azərbaycanda daxili proseslərə maraq hansı səviyyədədir?
İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması müasir dünyanın ən həssas, diqqətçəkən mövzularından biridir. Xüsusən keçmiş sovet respublikaları və sosialist düşərgəsi vaxtilə bununla bağlı ciddi problemlərlə üzləşiblər. İllərlə avtoritar rejimlərdə yaşamış insanların hüquq və azadlıqlarının qorunması isə hər zaman prioritet olub. Xüsusilə müstəqillik dövründən sonra Azərbaycanda da bununla bağlı ciddi addımlar atılmaqdadır. Dövlətin son 30 ildə əsas hədəflərindən biri insan hüquq və azadlıqları istiqamətində olub.
Ümumiyyətlə, tarixə nəzər saldıqda görürük ki, müəyyən müddət keçid mərhələsi yaşadıqdan sonra Azərbaycanda dayanıqlı siyasi sabitlik formalaşmağa başladı. Bu mənada mövcud idarəçilik siyasi sabitliyi mükəmməl şəkildə qurdu və qoruyub saxladı. Hazırda ölkəmizdə zərərli proseslərə və yad ünsürlərin provakasiya xarakterli tədbirlərinə qarşı nəzarət çox güclüdür. Bu mənada formalaşan yeni nəsil də cəmiyyətin siyasi-ictimai həyatında sağlam aktivlik nümayiş etdirir, hadisələri normal şəkildə analiz edərək doğru istiqamət tuturlar.
Mövzu ilə bağlı Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra insan hüquq və azadlıqları ilə bağlı bir sıra nəzəri və praktiki addımlar atılıb: “Bu gün Azərbaycanda mövcud olan insan hüquq və azadlıqları istiqamətində əldə olunan uğurların böyük hissəsi məhz Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edir. Bu gün qanunvericilik bazasının təkmilləşdirilməsi, o cümlədən bu sahədə ciddi qərarların qəbul olunması məhz 1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə bağlıdır. İlk dəfə bu Konstitusiyada bir sıra vacib məqamlar öz əksini tapmışdı. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. Sözügedən Konstitusiyada insan hüquq və azadlıqları ilə bağlı müddəalar da öz əksini tapıb”.
Fondun rəhbəri qeyd edib ki, proseslərin məntiqi davamı olaraq
1995-ci ilin mayında Konstitusiya Komissiyası formalaşdırıldı: “1998-ci il iyulun 18-də isə Konstitusiya Məhkəməsinin müstəqilliyinin və hakimlərinin hüquqi statusunun təmin edilməsi barədə fərman imzalandı. 2000-ci ildən etibarən Azərbaycanda məhkəmələrin yaradılması və eyni zamanda, məhkəmə institutlarına hakimlərin seçilməsi test üsulu ilə keçirilir. Bu, ən mühüm addımlardan biri hesab olunmalıdır. 2001-ci ildə İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun yaradılması barədə fərman qəbul olundu və 2002-ci ildə ölkəmizdə ilk dəfə insan hüquq və azadlıqlarının təmin olunması istiqaməti üzrə ixtisaslaşmış qurum kimi Ombudsman İnstitutu yaradıldı.
Qeyd edim ki, bu sahə üzrə ardıcıl addımlar ölkə rəhbərliyi tərəfindən də yüksək səviyyədə davam etməkdədir. Bu istiqamət üzrə bir sıra sərəncam və fərmanların qəbul olunması məhkəmə institutlarının getdikcə təkmilləşdirilməsinə və dünya ölkələrində mövcud olan standartlara cavab verməsinə yol açıb. Bu gün Azərbaycan demokratik və hüquqi dövlətdir. Ölkəmizdə hər kəs vəzifəsindən və statusundan asılı olmayaraq, qanun qarşısında bərabərdir. Bu bərabərliyin təmin edilməsi də məhkəmələr tərəfindən həyata keçirilir”, - deyə Ə.Nuriyev fikirlərini yekunlaşdırıb.
Son olaraq qeyd edək ki, Azərbaycan demokratik daxili və xarici siyasət yeridən dövlətdir. Eyni zamanda, Azərbaycan reallıqda multikulturalizmin, fərqli dini konfessiyaların dinc, yanaşı yaşadığı demokratik bir ölkədir. O da təsadüfi deyil ki, XXI əsr mədəniyyət əsridir. Bu mənada ölkəmiz öz konkret addımları ilə regionun demokratik və humanist lideri olduğunu sübuta yetirdi. Bununla yanaşı, son illər ölkəmizdə insanların azad və təhlükəsiz yaşaması, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində çox ciddi tədbirlər həyata keçirilir. Şübhə yoxdur ki, vətəndaşların rifahı uğrunda atılan mütərəqqi addımlar bundan sonra da uğurla davam etdiriləcək.
Günel ABBASOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22

