Siyasət, yoxsa qeyri-peşəkarlıq?
18.01.2024 [11:03]
Dezinformasiyanın ictimai maraqlara təsiri
G.QABİLQIZI
Son illərdə informasiya şəbəkələrinin genişlənməsi ilə əlaqədar mətbuatda söz azadlığına geniş ver verilməsi dezinformasiya axınını da çoxaldıb. Təbii ki, bununla mübarizə aparan müəyyən qeyri-hökumət təşkilatları, müvafiq orqanlar bəzi tədbirləri görüblər, ancaq tədbirlər özünün tam faydasını verə bilmir. Çünki bu məsələlər bəzi qanunvericilik sənədləri ilə tənzimlənsə də, hər şey birinci növbədə insanın özündən, vicdanından asılıdır. Burada bir digər məqam da ictimai maraqlara dezinformasiyanın təsiri ilə bağlıdır. Dövlət, dövlət məmurları və vətəndaşlar haqqında həqiqəti əks etdirməyən məlumatlar yaymaq həm də cəmiyyətin sütunlarını zəiflədir, insanların mənəviyyatına çox ciddi zərbə vurur. Beləliklə, ictimai və dövlət maraqlarının müdafiəsində müəyyən problemlər yaradır.
Milli Məclisin üzvü, jurnalist Tahir Rzayev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bir çox hallarda adi bir dezinformasiya şişirdilir: “Nəticədə kiminsə yazdığı məqaləni, söylədiyi fikri hərtərəfli araşdırmadan insanların şəxsiyyətinə, onun şəxsi həyatına qara yaxırlar. Bu, yolverilməzdir. İnsan şəxsiyyəti alidir, insani dəyərləri ayaqlar altına atmaq, adi bir kəlməni şişirdib insanın ailə həyatına, onun fikirlərinə kölgə salmaq cəmiyyət üçün heç bir fayda vermir. Burada bəzən fərdi maraqlar daha çox önə çəkilir. Kiminsə şəxsi mənafeyi ictimai mənafeyindən, dövlət mənafeyindən üstün tutulur və qərəzli fikirlər, qərəzli mülahizələr, informasiyalar meydana çıxır. Sözsüz, istər müvafiq orqanlar, istərsə də, ictimaiyyət bununla mübarizədə birgə olmalıdır. Çünki dezinformasiyanın inkişafı cəmiyyət, insan və ümumilikdə, gələcək üçün zərərli bir haldır. Əslində, insanlar həqiqəti, haqqı, reallığı önə çəkməlidirlər. Əgər bu amillər önə çəkilirsə, heç kəs yayılan informasiyadan narazı qala bilməz. Bu, bizim borcumuzdur və hər birimiz dezinformasiyaya qarşı birgə mübarizə aparmalıyıq”.
İctimai maraqların carçısı
Media eksperti, professor Qulu Məhərrəmlinin sözlərinə görə, ictimai və dövlət maraqlarının mediada qorunması Azərbaycan üçün olduqca aktual bir məsələdir: “Sirr deyil ki, Azərbaycanın sürətli inkişafı, beynəlxalq əhəmiyyətli humanitar, idman, mədəniyyət tədbirlərinin respublikamızda keçirilməsi dünyanın nəzər-diqqətini ölkəmizə cəlb edir. Məlumdur ki, bu diqqət heç də hər zaman özünü qərəzsiz maraq, ölkəni tanımaq istəyi şəklində göstərmir. Anti-Azərbaycan xarakterli dairələr öz çirkin təbliğat kampaniyalarını həyata keçirən zaman bir qayda olaraq əksər hallarda mediaya müraciət edirlər. Bu baxımdan, milli media və milli mətbuatın üzərinə Azərbaycan həqiqətlərinin, eləcə də ölkəmizin üzləşdiyi işğal faktının düzgün tanıdılması və təbliği kimi məsuliyyətli vəzifə düşür”.
O qeyd edib ki, müasir dövrdə Azərbaycan cəmiyyətinin fərqli mövqeləri əks etdirən, müxtəlif məzmunlu informasiya almaq imkanları olduqca genişdir. Respublikada kütləvi informasiya vasitələrinin demək olar ki, hər növü - telekanallar, teleradiolar, internet televiziya və radioları, çap mətbuatı, onlayn qəzet və jurnallar fəaliyyət göstərir. Bu sahədə kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəriciləri də önəmlidir. Belə ki, yalnız fikir və söz azadlığının, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinin təmin olunduğu mühitdə fikir plüralizmindən, insanların informasiya əldə etmək və yaymaq azadlığından söz açmaq mümkündür. Bunun təsdiqi olaraq, Azərbaycanda medianın azad fəaliyyəti təmin olunur. Ənənəvi KİV-lərlə yanaşı, insanların getdikcə daha çox üz tutduğu internet resurslarından istifadə ilə bağlı heç bir məhdudiyyətin qoyulmaması da vətəndaşların konstitusion hüququ olan informasiya azadlığının mühüm göstəricilərindəndir”.
Q.Məhərrəmli bildirib ki, informasiya təhlükəsizliyi məsələsində ölkə KİV-lərinin üzərinə böyük məsuliyyət düşür. Lakin bəzi hallarda respublikadakı bir sıra mətbu orqanlar bilmədən, yaxud məqsədli şəkildə ölkəmizə qarşı yönələn informasiya müharibəsinin iştirakçısına çevrilirlər. Lakin cəmiyyətin belə media qurumlarına münasibəti Azərbaycan ictimaiyyətinin kifayət qədər ayıq-sayıq olduğunu, milli şüura dağıdıcı təsir göstərməyə çalışan təxribatlara müqavimətinin güclü olduğunu nümayiş etdirir. Bundan əlavə, KİV ictimai və dövlət maraqlarının təkcə müdafiəçisi deyil, təbliğatçısı rolunda da çıxış edir. Medianın maarifləndirici funksiyası cəmiyyət daxilində vətənpərvərlik, dövlətçilik düşüncələrinin, azərbaycançılıq ideologiyasının möhkəmlənməsində təsirli vasitədir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33

