Sosial-iqtisadi inkişafa yeni təkan
01.11.2023 [11:18]
Qarabağ və Şərqi-Zəngəzurun bərpası mühüm perspektivlər vəd edir
Günel ABBAS
Dövlətimizin bəyan etdiyi ən mühüm prioritetlərdən birini məhz sosial-iqtisadi inkişaf təşkil edir. Ümumiyyətlə, yaxın perspektiv üçün nəzərdə tutulan ən mühüm hədəflər siyahısında regionlarda yeni innovasiyalara əsaslanan məhsul və xidmət istehsalı sahələrinin dəyər zəncirinin bütün həlqələri üzrə inkişaf etdirilməsi, elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi ilə yaşıl iqtisadiyyatın inkişafı üçün münbit şəraitin yaradılması da daxildir.
Rayon və şəhərlərin, xüsusilə kəndlərin sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətlərin daha da artırılması, regionların inkişafına təsir edən amillərin - tənzimlənmə sisteminin, qanunvericilik bazasının, institusional və iqtisadi mexanizmlərin və digər komponentlərin daha da təkmilləşdirilməsi, investisiya və innovasiya fəallığının artırılması, iqtisadiyyatın şaxələndirilməsi, bazar infrastrukturunun modernləşdirilməsi, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, təbii ehtiyatlardan daha da səmərəli istifadə olunması və ekoloji təhlükəsizliyin qorunması üzərində nəzarətin möhkəmləndirilməsi və bu kimi mühüm nüanslar uğurla icra olunan müvafiq Dövlət proqramlarında öz əksinin tapıb. Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilən 2004-2008, 2009-2013 və 2014-2018, 2019-2023-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının hər birinin əsasında məhz ölkə vətəndaşlarının rifah halının yüksəldilməsi və vətəndaşların məmnunluğu, dövlətimizin, xalqımızın maraqları dayanıb.
Milli Məclisin üzvü Tahir Rzayev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, regionların sosial-iqtisadi inkişafı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daimi diqqət mərkəzindədir və bu inkişaf ildən-ilə sürətlənir: “Artıq bu sahədə üç Dövlət Proqramı həyata keçirilib və hazırda dördüncü Dövlət Proqramının son müddətinin icrası uğurla aparılır. Bu proqramların yerinə yetirilməsi, sözsüz ki, regionların inkişafına böyük təsir göstərib. Regionların mənzərəsinə nəzər salanda, bunun aydın şahidi oluruq. Nəinki tikinti, abadlıq işləri, eləcə də insanların həyat şəraiti xeyli dərəcədə yüksəlib. Bu proqramların yerinə yetirilməsi ölkə büdcəsinə də xeyli dərəcədə öz təsirini göstərib. Demək olar ki, bu Proqramlar artıq 2003-cü ildən həyata keçirilir və bu illərdə büdcə gəlirlərimiz və valyuta ehtiyatlarımız artıb.
Bu illər ərzində regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası nəticəsində 3200-dən çox məktəb, 750-dən çox tibb müəssisəsi tikilib, əsaslı təmir edilib. 40-dan çox Olimpiya İdman Kompleksi inşa olunub. 21 min kilometrə yaxın yol çəkilib, iki milyondan artıq iş yerləri yaradılıb və s. Əgər bir neçə il bundan əvvəl biz işıq, qaz, su, yol problemlərini gündəmə gətirirdiksə və insanlar bu məsələlərdən narahatlıq keçirirdisə, indi bu problemlər demək olar ki, tamamilə aradan qaldırılıb. Kəndlərimizdə müasir tipli yollar çəkilib, ölkənin artıq 97 faizi qazlaşdırılıb. Su məsələlərində müəyyən çətinliklər olsa da, artıq işğaldan azad olunmuş ərazilərimizdəki su ehtiyatları sayəsində bu istiqamətdəki problemlər də öz həllini tapır”.
Deputat qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa, tikinti, quruculuq işlərinin aparılması sosial-iqtisadi inkişafa yeni təkan verəcək: “Bu gün həmin ərazilərdə çox möhtəşəm işlər aparılır. Bu günə kimi həmin ərazilərə yeddi milyard manatdan artıq vəsait qoyulub və əlavə olaraq beş milyard manat vəsaitin qoyulması nəzərdə tutulur. Həmin yerlərdə görülən işlərin gedişi ərazilərin tez bir müddətdə çiçəklənəcəyinə abadlaşacağına zəmin yaradır. Bu gün insanlar Zəngilana Füzuliyə, Laçına köç edirlər. Yaxın aylarda artıq Ağdama, Şuşaya insanların köçürülməsinə başlayanacaqdır.
Bu, çox böyük bir inkişafdır və əlbəttə ki, bu inkişafın təməlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş sosial-iqtisadi siyasət platforması, strategiyası dayanır. Bu inkişaf insanların rifah halının yüksəldilməsinə, ölkənin iqtisadi qüdrətinin artırılmasına, onun beynəlxalq aləmdə nüfuz sahibi olmasına hesablanıb. Bu mənada, nailiyyətlər hər bir Azərbaycan vətəndaşını sevindirir. Bu, vətəndaşların gələcəyi, övladlarımızın xoşbəxtliyi üçün bir zəmanətdir. Qarabağ torpaqlarının düşməndən azad olunması, möhtəşəm qələbəmiz əsas verir ki, Azərbaycan daha da çiçəklənəcək, dünyanın ən qüdrətli dövlətlərindən biri kimi tanınmağa davam edəcək və Azərbaycan xalqının gələcəyi daha uğurlu olacaq”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31

