44 gün...
17.10.2023 [11:13]
Böyük Zəfərdə payı olan vətənpərvər gənclər
Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncləri ictimai həyatın bütün sahələrində öz aktiv fəaliyyətləri ilə seçilirlər. Azərbaycan gəncliyi özünəinam ruhunda inkişaf edir, dövlətin göstərdiyi yüksək diqqət və qayğının məsuliyyətini dərk edir, ona göstərilən etimadı doğruldur. Nəticə etibarilə, bu gün ölkəmizdə istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gənclərin fiziki-mənəvi inkişafı, yeni nəslin vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə mühüm işlər görülür, səmərəli nəticələr əldə edilir. Uğurlu gənclər siyasəti ölkənin etibarlı gələcəyini təmin edən mühüm vasitə olmaqla yanaşı, cəmiyyətin dinamik təbəqəsi qismində çıxış edən gənclər qarşısında yeni perspektivlər açır.
Aparılan bu siyasətin ən parlaq nümunəsini biz 44 günlük Vətən müharibəsində gördük. Vətən müharibəsində Azərbaycan gəncləri həm ön cəbhədə əsgər, həm də arxa cəbhədə informasiya savaşının iştirakçısı kimi bu sınaqdan üzü ağ çıxdı. Bu qələbənin qazanılmasında Azərbaycanın vətənpərvər gənclərinin rolu danılmazdır. Vətənə sevgi, torpağa sədaqət Azərbaycan gəncliyinin tarixdən bu günə qanında, canında olan ən ülvi hissidir.
Hazırda mütəmadi olaraq gənclərdə vətənpərvərlik hisslərinin artırılması məqsədilə tədbirlər, layihələr həyata keçirilir. Yeri gəlmişkən, “Böyük Qayıdış” Gənclər təşkilatı tərəfindən “Zəfərin 44 günü” adı altında həyata keçirilən silsilə tədbirlər çərçivəsində döyüşçü şairlərlə “Mən Vətənəm” adlı görüş təşkil olunub.
Gənclər Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair-publisist İntiqam Yaşarın moderatorluğu ilə baş tutan görüşdə Vətən müharibəsində iştirak etmiş istedadlı gənc şairlərimiz Həsən Kür, Nicat Fərman və Emin Pirinin yaradıcılığı ilə yaxından tanış olub, müharibə xatirələrini və şeirlərini dinləyib, fikir mübadiləsi aparıb, həmçinin onları düşündürən suallara cavab tapmaq imkanı əldə ediblər.
Görüşdə çıxış edən Emin Piri qeyd edib ki, görüşün məhz Xankəndidə bayraq ucaldıldığı gün baş tutması olduqca əlamətdardır: “Ölkəmizdə gənclərə vətənpərvərlik hisslərinin təbliğ olunması istiqamətində böyük işlər görülür. Bu gün gənclərimiz də vətənpərvər ruhda yetişir. Çünki Ermənistanın Azərbaycana qarşı olan təxribatları hələ də davam edir, kin-küdurəti dayanmır. Universitet və orta məktəblərdə davamlı tədbirlər aparılmalı, yeni kino, film hazırlanmalı, əsərlər yazılmalıdır. İşlər davamlı və sistemli şəkildə həyata keçirilməlidir. Eyni zamanda, müxtəlif seminarlar, görüşlər təşkil edilməlidir. Bizim qarşımızda duran ən vacib məsələlərdən biri də Vətən sevgisinin dərk edilməsi üçün ölkəmizin tarixini, mədəniyyətini çox yaxşı öyrənməkdir. Əgər biz bunu edə bilsək, uğurla hədəflərimizə doğru irəliləyə bilərik. Əks təqdirdə qarşıda bizi çox dərin dövr gözləyər. Ermənistan hələ də bizə qarşı informasiya müharibəsi aparır və manipulyasiya işlərinə davam edir. Biz bu təbliğatı bağça, məktəb, universitet və digər yerlərdə uşaqlara, gənclərə təlqin etməliyik”.
Gənc şairlər Həsən Kür və Nicat Fərman də çıxış edərək, vətənpərvərliyin təbliğinin çox əhəmiyyətli bir mövzu olduğunu bildiriblər: “Biz bunu Vətən müharibəsində də aydın gördük. Vətənpərvərlik hansısa quru sözlərlə, verlişlərlə təbliğ edilməməlidir. Vətənpərvərlik yalnız ön cəbhədə vuruşmaq deyil, həm də ölkənin inkişafı üçün müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməkdir. Bu gün cəmiyyətin bütün təbəqələrində, xüsusilə gənclər arasında vətənpərvərliyin gücləndirilməsi istiqamətində elmi baxımdan hazırlanmış sistemli fəaliyyət ölkənin əsas prioritetlərindən biridir. Bu konseptual fəaliyyət və tədbirlər sistemi müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları, o cümlədən ali və orta ixtisas müəssisələri tərəfindən həyata keçirilir. Gənclər siyasətinin tələblərindən irəli gələn vəzifələr, həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir”.
Günel ABBAS
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə
“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxGündəm
18 İyun 09:45
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23

