Mövcud durum və perspektivlər
07.10.2023 [12:36]
İKT-dən geniş istifadə ölkənin hərtərəfli inkişafına xidmət edir
Günel ABBAS
Sürətlə dəyişən dünyanın hazırkı dövrünü İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişafı xarakterizə edir. İKT artıq cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib, bizi əhatə edən bütün sahələrə geniş şəkildə sirayət edib.
Təbii ki, yeni texnologiyaların tətbiqi bütün dünyada bərabər şəkildə getmir. Bu, hər bir ölkənin inkişaf tempi və əldə olan daxili imkanlarından daha çox asılıdır. Son illər dünya bazarında elektron ticarətin rolunun artdığını müşahidə edirik. İndi ölkələrin iqtisadi rəqabət aparmaq qabiliyyəti onların İKT-dən səmərəli istifadəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb olur. Hətta ölkələr bu sahənin inkişaf etdirilməsi üçün ardıcıl addımlar atır, nəticədə dövlət siyasətinin prioritetlərindən birinə çevirirlər.
Hazırda Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol oynayan İKT sahəsi inkişaf səviyyəsinə görə fərqlənir. Ölkəmizdə bu sahənin inkişaf etdirilməsi və gücləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Dövlət tərəfindən müasir texnologiyaların tətbiqinin təkmilləşdirilməsi, daha informativ cəmiyyətin qurulması üçün daim islahatların aparıldığını görürük.
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyinin icraçı direktoru Fərid Kazımov İKT-ni cəmiyyətin inkişafında əsas amil hesab edir. Onun sözlərinə görə, bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr İKT-nin verdiyi üstünlüklərdən faydalanırlar: “Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur. Dünya təcrübəsi göstərir ki, İKT dən geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir. Məhz bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətində mövcud olan problemlərin həll olunması üçün tutarlı vasitələrdəndir”.
Texnologiyaların tətbiqində yeni uğurlar
F.Kazımov qeyd edib ki, son illər Azərbaycanda İKT-dən istifadə sahəsində müəyyən addımlar atılıb: “Bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb. Ümumiyyətlə, bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Pandemiya ilə mübarizədə bizim köməyimizə gələn vasitələr sırasında yenə də İKT ilk yerlərdən birində qərarlaşır. Təsəvvür edin ki, sosial məsafənin qorunması tələb olunduğu bir şəraitdə ölkənin internet imkanları zəif olsaydı, yaxud heç olmasaydı, nə baş verərdi? Həyat iflic olardı. Hətta burada bir müsbət məqamı da demək istəyirəm ki, pandemiya insanları İKT biliklərini və vərdişlərini artırmağa sövq etdi. Beləliklə, insanlar innovasiyaya daha da yaxınlaşdılar”.
Ekspertin qənaətincə, informasiya texnologiyaları tək özü inkişaf etmir, yalnız insanlara kömək olmur, eyni zamanda, digər sferalara da təsir edir: “İnformasiyanın əldə olunması, informasiya azadlığı, məlumatların maneəsiz olaraq yayılması imkanları ölkəmizdə yüksək səviyyədə təmin olunur. Müvafiq hüquq və azadlıqlara konstitutsion dəyər kimi hörmət edilir. Ölkədə informasiya, internet azadlığının təmin olunması ilə bağlı çox mühüm işlər həyata keçirilir. Bu gün Azərbaycan vətəndaşları belə imkanlara malik olduqları üçün məmnundurlar. Son zamanlar kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi ilə bağlı yeni ixtisaslar açılıb. Çoxlu sayda gənclər bu istiqamətlərdə ali məktəblərə qəbul olunur, həmin peşələrə yiyələnirlər. Əmək bazarının özündə də bu kadrlara çox böyük ehtiyac var. Bu gün Azərbaycanda ən çox tələb olunan ixtisaslar proqramçılar, kompüter mühəndisləri, informasiya təhlükəsizliyi mütəxəssisləridir.
Ona görə də Azərbaycan təhsili, elmi bu reallıqları məsuliyyətlə anlayır və bütün fəaliyyətini dünyanın bu çağırışlarına, Prezidentin qərarlarının icrasına yönəldir. Sevindirici haldır ki, Azərbaycan bu sahədə dünyada yüksək qiymətləndirilən ölkələrdən biridir. Ölkəmizdə dünyanın qabaqcıl texnologiyalarının transferi, bu sahədə fəaliyyət göstərən nəhəng transmilli şirkətlərin maraqlarının təmin olunması ilə bağlı mərkəz formalaşıb. Həmin mərkəzin yaradılmasında məqsəd ondan ibarətdir ki, Azərbaycanda süni intellekt texnologiyaları tətbiq olunmaqla dövlət orqanlarının fəaliyyətində keyfiyyət və məhsuldarlıq artırılsın”.
F.Kazımov vurğulayıb ki, bu gün İKT sahəsində əsas məqsəd beynəlxalq standartlara cavab verəcək inkişafa nail olmaqdır: “Bu, özündə İKT-nin tətbiqi və elektron xidmətlər, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin genişləndirilməsini ehtiva edir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16

