Bütün imkanlarımız ilə...
26.06.2023 [12:22]
Gənclərin fiziki inkişafını dəstəkləyirik
Günel ABBAS
Ölkəmizdə yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən inkişafı, hərtərəfli biliyə, geniş dünyagörüşünə, mənəviyyata və mədəni dəyərlərə yiyələnən şəxsiyyət kimi formalaşmaları, cəmiyyətimiz üçün layiqli vətəndaşlar kimi böyümələri daim diqqət mərkəzindədir. Həyat üçün ən vacib şərtlərdən biri olan bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə Azərbaycanda gənc nəslin sağlam böyüməsi ilə yanaşı, həm də kamilləşməsi, zehni, intellektual inkişafı üçün geniş imkanlar yaradılır.
Dövlətimiz bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə böyüməkdə olan gənc nəslin daha sağlam, fiziki cəhətdən güclü, Vətənini və xalqını sevən gənclər kimi yetişməsinə nail olur. Bu siyasətin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər hələ ölkəmizə rəhbərliyinin birinci dövründə uşaq və gənclərin hərtərəfli inkişafına diqqət və qayğı göstərməklə gələcək inkişaf perspektivlərinə xüsusilə diqqət yetirirdi. Məhz bu dövrdə uşaq, yeniyetmə və gənclərin mənəvi və fiziki inkişafında mühüm rol oynayan bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının yaradılması üçün həmin illər böyük işlər görülmüşdü. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövründə qısa müddət ərzində bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirildi.
Ötən illər ərzində idman sahəsində görülmüş işlərə nəzər salsaq, bu istiqamətdə böyük yüksəlişin şahidi olarıq. Olimpiya idman komplekslərinin, bir neçə böyük stadionun, idman zallarının inşası, onların arasında təxminən 70 min tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzi, eyni zamanda, Bakıda idman şəhərciyinin fəaliyyəti bu sahədə görülən irimiqyaslı işlərin nəticəsidir. İdmanın maddi-texniki bazasının yüksək səviyyədə qurulması bu sahədə kütləviliyin təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Bu komplekslərdə məşğul olan uşaq və yeniyetmələr həm sağlamlıqlarını möhkəmləndirir, həm də idman nailiyyətləri əldə edirlər. Müstəqilliyimizin ilk illərinə nəzər saldıqda, idman nailiyyətlərinin yüksələn xətlə artdığının şahidi olarıq. Bu baxımdan, idmançılarımızın olimpiya oyunlarında nəticələri də qənaətbəxş qiymətləndirilməlidir.
Milli Məclisin gənclər və idman komitəsinin üzvü Ramin Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, hər hansı bir idman növü ilə məşğul olmaq üçün uşağın sağlamlığı nəzərə alınmalı, sonra isə bu barədə qərar verilməlidir: “Uşaqları bədən tərbiyəsinə cəlb etməkdə məqsəd, təkcə onlardan peşəkar idmançı yetişdirmək deyil, həm də onların sağlamlığını təmin etmək, müəyyən bacarıqlarını inkişaf etdirməkdir. Uşaq və yeniyetmələrin orqanizminin möhkəmləndirilməsi, onun dözümlülüyünün artırılmasında fiziki tərbiyənin xüsusi rolu var. Amma uşaqlara veriləcək fiziki yükün onların gücü və bacarıqlarına uyğun olub-olmaması mütləq nəzərə alınmalıdır. Bədən tərbiyəsi, başqa sözlə desək, fiziki tərbiyə yalnız idman anlamına gəlməməlidir”.
Onun sözlərinə görə, Azərbaycanda idmanın inkişafı, həm də xalqımızın sağlamlığına hesablanıb. Bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, görülən irimiqyaslı işlər, analoqu olmayan idman infrastrukturu - paytaxt Bakıda, eləcə də regionlarda inşa edilmiş yüksək standartlı, gözəl arxitekturaya malik Olimpiya idman kompleksləri, müxtəlif idman qurğuları, meydançalar gənc nəslin daha sağlam və hərtərəfli inkişafı üçün geniş imkanlar yaradır. Azərbaycan gənclərinin sağlam, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, şübhəsiz, bütün bunların müsbət rolu var. Təsadüfi deyil ki, nəinki Bakıda, ən ucqar rayon və qəsəbələrdə belə uşaq və yeniyetmələr müxtəlif idman növləri ilə məşğul olub həm sağlam olurlar, həm də yüksək nəticələr əldə edirlər.
R.Məmmədov deyib ki, bədən tərbiyəsi və idman yeniyetmələrin, gənclərin mənəvi və fiziki cəhətdən harmonik inkişafında müstəsna rol oynayaraq onlarda özünüdərk bacarığını yüksəldir. Məhz onlara aşılanan yüksək mənəvi keyfiyyətlər gənclərin hərtərəfli inkişaf etməsinə, fiziki və mənəvi cəhətdən kamilləşməsinə səbəb olur. Azərbaycanın inkişafında böyük potensiala malik olan gəncliyin cəmiyyətdə rolu davamlı olaraq güclənir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

