Dünya birliyinə inteqrasiya
08.06.2023 [11:25]
Dövlət siyasətinin mühüm prioriteti...
Yeganə BAYRAMOVA
Azərbaycan dünya birliyinə sürətlə inteqrasiya edir. Müstəqil xarici siyasət yürüdən Respublikamız dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Bütün beynəlxalq təşkilatlarla və dünyanın aparıcı dövlətləri ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olan ölkəmiz bunun üçün konkret addımlar atır.
Qətiyyətlə deyə bilərik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənib. Bu diplomatik reallıqlar fonunda respublikamızın Avropaya və dünya birliyinə inteqrasiyası xeyli sürətlənib. Dövlət başçısının məntiqli xarici və daxili siyasəti, uğurlu diplomatik fəaliyyəti belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də hərtərəfli inkişaf tempini saxlayacaq. Ölkəmizin həm regional, həm də qlobal səviyyədə mövqelərinin möhkəmlənməsi davam etdiriləcək.
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən millət vəkili Anar Məmmədovun sözlərinə görə, Azərbaycan bir çox sahələrdə olduğu kimi, region ölkələri, beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində də islahatlar siyasətinin davamlı tərkib hissəsi olaraq xüsusi addımlar atır: “44 günlük İkinci Qarabağ döyüşündən sonra Cənubi Qafqazda sabitliyin bərpa olunması ilə regionda geostrateji lider kimi Azərbaycan dövləti vacib addımlar atır. Şübhəsiz ki, dünya ictimaiyyəti, xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən də yürüdülən siyasət yüksək qiymətləndirilməkdədir”.
A.Məmmədov qeyd edib ki, son dövrlər ölkəmizə olan marağın və inamın nəticəsində Azərbaycan dövlətinə bir çox sahələrdə çoxşaxəli əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı təkliflər artmaqdadır: “Bu da Azərbaycan dövlətinin güvənilir bir dövlət, ölkə başçısı İlham Əliyevin güvənilir bir şəxsiyyət, dövlət xadimi, ölkə rəhbəri olması və dünya liderləri arasında xüsusi çəkiyə malik olmasının bariz nümunəsidir. Bu baxımdan dünya birliyinə inteqrasiya prosesinin sürətlə getdiyini sadəcə görmürük, eyni zamanda, bu dövrün müasirləri olaraq hər birimiz öz sahəmizdə hiss edir və yaşayırıq.
Şübhəsiz ki, Azərbaycan dövləti atmış olduğu bütün addımlarını beynəlxalq hüquq normalarına əsaslanaraq, ədalət prinsipinə söykənərək, ən əsası ölkəmizin milli maraqlarını rəhbər tutur. Bu da yalnız və yalnız Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmətin vacib bir nümunəsidir ki, dövlət başçımızın rəhbərliyi altında həyata keçirilir”.
Parlament üzvünün sözlərinə görə, bu gün ölkəmizin dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi siyasəti Ümummilli Liderin müəyyənləşdirdiyi kursa əsasən çoxşaxəli formada davam etdirilir: “İkitərəfli əlaqələrin inkişafına önəm verən Azərbaycan, ilk növbədə, qonşu dövlətlər olan Türkiyə, Rusiya və Gürcüstan ilə qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığını genişləndirməkdədir. Azərbaycan həm də region dövlətləri arasındakı münasibətlərin geniş potensialından yararlanmaq məqsədilə yaradılan üçtərəfli formatların fəal iştirakçısıdır. Beynəlxalq münasibətlərin fəal iştirakçısı olan Azərbaycan xarici siyasətində qlobal və regional səviyyəli nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa da böyük önəm verir. Ölkəmiz, həmçinin Avropa İttifaqı, NATO kimi təşkilatlarla siyasi, iqtisadi, təhlükəsizlik kimi sahələrdə sıx əməkdaşlıq edir. Bütün bunlar onu göstərir ki, Azərbaycan beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli maraq və mənafelərini qarşılıqlı hörmət və ortaq faydalanma prinsipləri çərçivəsində həyata keçirir. Reallaşdırılan çoxvektorlu və uzaqgörən xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb, eləcə də ölkəmizin beynəlxalq arenadakı mövqeyi möhkəmlənib”.
Deputat vurğulayıb ki, Cənubi Qafqazda yaranan yeni reallıqlar kontekstində beynəlxalq təşkilatlarla fəal iş səviyyəsinin həcmini genişləndirir: “Bütün bu proseslər İlham Əliyevin siyasi uzaqgörənliyi və düzgün istiqamətdə görülən işlərin müsbət nəticəsidir. Yaxın zaman çərçivəsində Azərbaycanın bu istiqamətdə daha ciddi uğurlar əldə edəcəyi gözlənilir. Prezidentin uğurlu daxili və xarici siyasəti ölkəmizin beynəlxalq aləmdə mövqelərini ildən-ilə daha da gücləndirir və bundan sonra da gücləndirəcək”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33

