İnformasiya savaşı...
06.05.2023 [11:30]
Azərbaycan hər iki cəbhədə qalibdir!
Yeganə BAYRAMOVA
44 günlük Vətən müharibəsi zamanı Azərbaycan 30 ildən çox işğal altında qalmış torpaqlarını düşmən işğalından azad etdi. Təəssüflər olsun ki, torpaqlarımızın düşmən tapdağından azad edilməsi minlərlə şəhidimizin qanı bahasına başa gəldi. Təbii ki, müharibə qurbansız olmur və qəhrəman oğullarımız torpaqlarımızı işğaldan azad etməklə milli qürurumuzu və kimliyimizi yenidən özümüzə qaytardı. Amma Ermənistan öz xislətinə sadiq qalaraq Birinci Qarabağ müharibəsində olduğu kimi, 44 günlük savaşda da Azərbaycana qarşı sülh və insanlıq əleyhinə cinayətlər törətdi.
Belə ki, ermənilər müharibə vaxtı dinc yaşayış məntəqələrimizi qadağan olunmuş bombalar, raketlərlə atəşə tutdu. Həmin raketlərin atılması ilə onlarla körpə, qadın, dinc sakin vəhşicəsinə qətlə yetirildi, çoxlu sayda insanlarımız fiziki əzablara düçar oldu. Bütün bunlarla yanaşı ermənilər torpaqla rımızdan çıxarkən evlərə, meşələrə od vurmaqla, infrastrukturu məhv etməklə öz mənfur xislətlərini bir daha ortaya qoydular.
Milli Məclisin deputatı İlham Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsini analiz edərkən müasir tariximizin ən şərəfli anı olan bu savaşa iki yöndən baxmağımız lazımdır: “Birinicisi, 27 sentyabr 2020-ci ilədək olan mərhələ. Bu zaman kəsiyi bir tərəfdən diplomatik mübarizə, dünya ictimaiyyətinin diqqətini haqq işimizə yönəltmək və inandırmaq prosesləri ilə, digər tərəfdənsə, ordu quruculuğu ilə müşayiət olunur. Bu proses bilavasitə prezident İlham Əliyev tərəfindən idarə olunurdu. Azərbaycan bütün cəbhələrdə - istər döyüş meydanında, istər siyasi-diplomatik müstəvidə, istərsə də informasiya cəbhəsində mütləq qalibiyyət əldə etməklə tarix yazıb. Savaşdan sonra dövlətimizin qarşısında daha bir mühüm vəzifə dururdu: müharibədə qalib gələn Azərbaycan informasiya savaşında da qalib gəlməli idi. Müharibədən sonrakı ən əlamətdar proses təbii ki, azad olunmuş torpaqlarımızın, yaşayış məntəqələrimizin bərpası prosesidir. Prezidentin nəzarəti və təşəbbüsləri ilə irəliləyən bu proses 44 günlük müharibədəki qələbəmiz qədər önəmli və qürurludur. Bu gün dünyaya 30 il viran edilmiş, xarabalığa çevrilmiş yurdumuzun gerçək sahibinin kim olduğunu quruculuqla, tikinti və abadlıqla sübut edirik. Fikrimcə, bu, həm də olduqca güclü və təsirli təbliğati prosesdir. O torpaqlara bağlı olmayan, o havadan nəfəs almayan xalq bu işləri görə bilməz. Prezidentin dünən Xocavənd və Füzuliyə, ondan qabaqkı gün Laçın, Qubadlı, Zəngilan və Cəbrayıla getməsi, burada bir çox müəssisələrin təməlini qoyması da buna sübutdur”.
Deputat qeyd edib ki, 30 illik işğal ərzində ermənilər şəhər və kəndlərimizi dağıdıb, talan edib və satıblar. Meşələrimizi kəsib doğrayıblar, təbiətimizi zəhərləyiblər: “Məsələn, bu illər ərzində ermənilər işğal bölgəsindən 20 tondan çox qızıl çıxarıblar. 26 milyard avroluq filizimizi oğurlayıblar. Bu, tək bir faktdır. Onlar oğurlayıblar, biz yatırım edirik, Qarabağın tarixi simasını qaytarırıq. Bax, bütün bunlar bizim təbliğatımızın əsas istiqaməti olmalıdır.
Daha bir vacib məqam Ermənistanın həm atəşkəs dövründə, həm də müharibə ərzində törətdiyi qanlı cinayətlərin dünyaya çatdırılmasıdır. Bu istiqamətdə ciddi işlər gedir. İstisna deyil ki, bu, həmin o cəlladların qorxulu yuxusudur. Əminliklə söyləmək olar ki, dövlətimiz buna da nail olacaq”.
Parlament üzvü bildirib ki, Vətən müharibəsindəki qələbə bütün əsgər və zabitlərimizin fədakarlığının, yüksək döyüş qabiliyyətinin nəticəsidir. Xüsusi təyinatlı hərbi hissələrin rolu da burada xüsusi vurğulanmalıdır: “Vətən müharibəsi günlərində
İlham Əliyev iki cəbhədə döyüşürdü. Bir tərəfdən sərkərdə kimi Ordumuzun gündəlik hərbi əməliyyatlarını idarə edir, digər tərəfdən isə diplomatiya cəbhəsində vuruşurdu. Dövlət başçısı müharibənin yaratdığı imkanlardan diplomatik meydanda da məharətlə istifadə edirdi. İnformasiya savaşını da yüksək strateq məharəti ilə qura bilirdi. Müharibəni işıqlandırmaqda maraqlı olan nüfuzlu media vasitələri ilə tarixi həqiqətləri sübutlar, faktlar əsasında dünya ictimaiyyətinə çatdırırdı. Hərbi əməliyyatların gedişində dövlət başçısının dünyanın aparcı media orqanlarına 30-a yaxın müsahibəsi, bu müsahibələrdəki diplomatik gedişlər, natiqlik, məlumatlılıq, dəmir məntiq əsl ustad dərsləri idi”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən ?üharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00

