Hər vətəndaş bir əsgər kimi
27.04.2023 [10:14]
Ətraf mühitin mühafizəsində...
Nicat Dilqəmli
Ekologiya və ətraf mühitin mühafizəsi son illər aktuallığını qoruyub saxlayan, elm adamlarını ciddi, hərtərəfli şəkildə düşünməyə vadar edən əsas mövzulardan biridir. Qlobal iqlim dəyişikliyi, zərərli maddələrin həddindən ziyadə yayılması nəticəsində havanın (atmosferin) gündən-günə çirklənməsi ilə bu problemin həlli bir az da çətinləşir. Ətraf mühitin mühafizəsi haqqında danışarkən təbiətə atılan zərərli tullantıların torpaq qatına mənfi təsiri də mütləq şəkildə vurğulanmalıdır. Çünki günümüzdə ətraf mühiti çirkləndirən əsas faktorlardan biri də plastik qablaşdırma tullantılarıdır.
Müxtəlif mənbələrin məlumatına görə, ötən əsrin ortalarında dünya üzrə təxminən 1,5 milyon ton plastik istehsal olunub. 1990-cı ildə isə bu göstərici kəskin şəkildə, təxminən 67 dəfə artaraq 100 milyon tona çatıb. 2015-ci ilə qədər isə bu rəqəm 3 dəfədən çox artıb və təxminən 322 milyon tona bərabər olub. Statistikaya görə, hər il dünyada 500 milyon ton plastik məhsul istehsal olunur. Plastik və polietilen məhsulların parçalanaraq yox olması üçün torpaqda 800, dənizdə isə 400 il vaxt lazım gəlir. Həmçinin yarım əsrdən sonra da plastik məh?ul torpağa qarışaraq onu çirkləndirməyə davam edir. Plastik qablar hər il 120 milyon ton əlavə tullantının yaranmasına səbəb olur. Belə ki, dünyada plastik tullantıların yalnız 20 faizi təkrar emal olunur. Okeana atılan tullantıların 90 faizi də məhz plastikin payına düşür.
Etiraf edilməlidir ki, son bir neçə il ərzində ekologiya və ətraf mühitin mühafizəsi haqqında xeyli sayda maarifləndirici materiallar geniş ictimaiyyətə təqdim edilsə də, müsbət, real nəticələr əldə olunmurdu. Lakin sevindirici haldır ki, təxminən 2-3 il bundan öncə bu sahə ilə məşğul olan aidiyyəti qurumlar tərəfindən bu istiqamətdə əməli tədbirlərin həyata keçirilməsinə başlanıldı. Burada önəmli olan digər bir məqam isə ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində keçiriləcək tədbirlərin miqyasının qlobal səviyyədə olmasıdır. Hazırda bir neçə ölkədə ətraf mühitin qorunması üçün davamlı olaraq layihələr icra olunur, yeni proqramlar hazırlanır. Qlobal çağırışlara hər zaman çevik reaksiyası ilə seçilən Azərbaycan da hər bir sahədə olduğu kimi, bu sahədə də genişmiqyaslı tədbirlər həyata keçirir, ətraf mühitin mühafizəsi və ekoloji sağlamlığın qorunması üçün işlər görür. Qürurverici haldır ki, ölkəmizdə fəaliyyətini bu istiqamətdə qurmuş aidiyyəti qurumlarla yanaşı, ictimai birliklər, özəl qurum və təşkilatlar da ekologiya və ətraf mühitin mühafizəsində yaxından, olduqca fəal şəkildə iştirak edirlər. Başqa sözlə, hər bir Azərbaycan vətəndaşı ana təbiəti qorumaq üçün əlindən gələni etməyə hazırdır və bunu edir.
Ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində dövlətin gördüyü işlər bu məsələlərin prioritetlər sırasında olduğunu bir daha təsdiq edir. Belə ki, qeyd edilən sahədə dövlətin həyata keçirdiyi tədbirlərin sayı kifayət qədər, əhatə dairəsi isə olduqca genişdir. Bu yerdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Nazirlik ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ həll olunmasını təmin etmək, o cümlədən ətraf mühitin sağlamlaşdırılması məqsədilə ardıcıl işlər həyata keçirir.
Son bir neçə ildə ölkəmizdə ətraf mühitin mühafizəsi istiqamətində görülən işlərin də sayı kəskin şəkildə artıb. Buna misal olaraq dəniz və çay sahillərinin təmizlənməsi, batereyaların, plastik tullantıların və digər zərərli maddələrin yığılıb təhvil verilməsi, həm paytaxt, həm də regionlardakı təhsil müəssisələrində maarifləndirmə işlərinin aparılması kimi mütəmadi olaraq təşkil olunan bir çox əhəmiyyətli tədbirləri nümunə gətirmək olar. Bu məsələlərin artıq müsbət bir tendensiyaya çevrilməsi isə ikiqat sevindirir. Məsələn, elə yola salmağa hazırlaşdığımız aprel ayı üzrə ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində görülən işlərin sayı kifayət qədərdir. Onlardan biri ölkə əhalisinin diqqətini sudan səmərəli istifadə vərdişlərinə yönəldən “Bir damcı” kampaniyası çərçivəsində keçirilən təlimlərdir. Bir neçə gün öncə layihənin təşkilatçıları 230 nömrəli tam orta məktəb, akademik Zərifə Əliyeva adına liseyə səfər edərək 5-9-cu sinif şagirdləri ilə görüşlər keçirib, sudan qənaətlə istifadənin vacibliyi barədə təqdimatlarla çıxış edib, onlara sudan düzgün istifadənin əhəmiyyəti barədə biliklər toplusu olan “Bir damcı” kitabı və müxtəlif hədiyyələr təqdim ediblər. Layihənin təşkilatçıları Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir. Bu ay ərzində keçirilən növbəti tədbir isə “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində Müdafiə Sənayesi Nazirliyindən, “Araz” marketlər şəbəkəsinin Yasamal və Sumqayıt filiallarından, ümumilikdə, 55 kiloqram işlənmiş batareyaların toplanılmasıdır. Onlar “Təhlükəli Tullantılar” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilib. Belə nümunələr kifayət qədərdir. Bütün analoji tədbirlərin isə amalı, məqsədi birdir: ekologiyanın mühafizəsini təşkil etmək, onu qorumaq.
Keçirilən rəy sorğularına əsasən demək olar ki, ümumilikdə, son bir neçə il ərzində həyata keçirilən genişmiqyaslı tədbirlər vətəndaşlar tərəfindən də olduqca müsbət qarşılanır. Bu müsbət tendensiyanın davam etdirilməsi üçün isə hər birimiz həmrəy və səfərbər olmalıyıq. Yalnız belə olan halda ekologiya və ətraf mühitin zərərli maddələrdən təmizlənməsinə nail olmaq olar. Bu isə sağlam gələcək, sağlam nəsil deməkdir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43

