Maarifləndirmə işləri aparılsa da...
18.04.2023 [10:58]
Kiberdələduzların qurbanına çevrilənlərin sayı kifayət qədərdir
Nicat Dilqəmli
Müasir texnologiyanın sürətlə inkişaf etməsi, bir çox sahələrin, demək olar ki, tamamilə elektronlaşması - avtomatlaşdırılması informasiya texnologiyalarının (İT) etibarlı mühafizəsinin təşkilini ön plana çıxarır. Buna səbəb isə elektron sistemlərə qarşı hücumların sayının kəskin artmasıdır. Ölkəmizdə də son illər müxtəlif dövlət qurumlarına qarşı kiberhücumların həyata keçirilməsi geniş vüsət alıb. Təkcə bu il dövlət qurumlarına qarşı hazırlanmış 314 kiberhücumun qarşısı alınıb. Bu barədə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildiriblər. Xüsusi Rabitə və İnformasiya Təhlükəsiziliyi Dövlət Xidməti tərəfindən 1-ci rüb ərzində qeydə alınmış və dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında kiberhücumların analizi ilə 314 kiberhücum indikatoru (IOC) müəyyən edilmiş və bloklanmamasın dövlət qurumlarına qarşı hazırlanmış xüsusi hədəflənmiş APT kiberhücumların qarşısı alınıb. Bu kibertəhdidlərin 139-u daxili araşdırma, 175-i isə dövlət qurumları tərəfindən daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunmuşdur.
Qeyd edilən faktlar İKT sahəsində yeniliklərin tətbiqini qaçılmaz edir. Bu istiqamətdə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanması, təhlükəsizlik sistemlərin təkmilləşdirilməsi kimi bir çox məqamlar nəzərə alınmaqla, istər ölkə daxilindən, istərsə də xaricdən həyata keçirilən hücumların sayını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Ölkədə getdikcə artan kibertəhlükəsizlik çağırışlarına cavab olaraq, “PAŞA Holding” Şirkətlər Qrupunun dəstəyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İsrailin texnologiya üzrə ən nüfuzlu ali təhsil müəssisəsi - “Technion” İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini təsis edib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, ölkənin kibertəhlükəsizlik imkanlarını gücləndirmək məqsədilə yaradılan mərkəz bu sahədə yüksək ixtisaslı mütəxəssis və təlimçilərin yetişdirilməsində əsas mərkəz rolunu oynayacaq.
1000-dən çox şəxs 3 ildə...
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 3 il ərzində 1000-dən çox şəxsə təlim verilməsi nəzərdə tutulub. Eyni zamanda, mərkəzdə 15 təlimçinin yetişdirilməsi sayəsində gələcəkdə ölkəmizdə kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması geniş vüsət alacaq. Kibertəhlükəsizlik sahəsində regionda lider ölkələrdən hesab edilən İsrailin peşəkar müəllim heyəti Azərbaycana gələrək təlim iştirakçılarını ən son kibertəhlükəsizlik təhdidlərini, tendensiyaları və ən yaxşı təcrübələri əhatə edən bilik və bacarıqlarla təmin edəcəklər. Mərkəzdə ən müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş sinif , təlim , simulyasiya otaqları və laboratoriyalar yaradılıb. Tələbələr həmin laboratoriyalarda tədqiqat apara, müxtəlif kibertəhlükəsizlik məhsulları yarada biləcəklər.
Dərslər artıq başlayıb
Qeyd edək ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində dərslərə artıq start verilib. 2000 nəfərin müraciət etdiyi seçimlərdə imtahan və müsahibə mərhələlərindən uğurla keçən 60 nəfər dərslərə cəlb olunub. Tədris müddətində ixtisaslaşmış kadr hazırlığı, məlumatlandırma təlimləri, yüksək vəzifəli kibertəhlükəsizlik mütəxəssislərinin ixtisas artırması üzrə təlimlər, kibertəhlükəsizlik məhsullarının araşdırılması və məhsul hazırlığı olmaqla 4 istiqamətdə təlimlər keçiriləcək. “Technion” İnstitutunun təlim proqramına əsasən keçiriləcək təlimlərdə nəzəri və praktiki biliklər öyrədiləcək. Hər təlim periodu üçün 60 nəfər mütəxəssisin hazırlanması nəzərdə tutulur. Təlimlərdə 3 növ mütəxəssisin hazırlanması planlaşdırılır: “Red Team” (hücum), “Blue Team” (müdafiə), “SOC Team” (analitika). Hər birində 20 nəfər olmaqla 3 növ ixtisasda hücum, müdafiə və analitiklərdən ibarət komandalar tədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər. Təlimi uğurla bitirənlərə “Technion” İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq.
Həyata keçirilən tədbirlər Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sahəsində qazandığı uğurları bir daha nümayiş etdirir, yaxın gələcəkdə bu sahədə daha böyük nailiyyətlərin əldə olunacağından xəbər verir. Lakin unutmaq olmaz ki, bu məsələdə vətəndaşların özləri də hər zaman ayıq-sayıq olmalı və maksimum ehtiyatlı davranmalıdırlar. Statistika göstərir ki, hər nə qədər bu sahədə maarifləndirmə işləri aparılsa da, hələ də kiberdələduzların qurbanına çevrilənlərin sayı kifayət qədərdir.
Mütəxəssislər qeyd edirlər ki, sadə təhlükəsizlik qaydalarına riayət etməklə bu cür təhlükələrdən qorunmaq mümkündür.
Bu qaydaları bir daha xatırladırıq:
Tanış olmayan, şübhəli görünən hansısa keçidlərə daxil olmayın;
Şəxsi məlumatlarınızı üçüncü tərəfə heç bir halda ötürməyin;
Qurğularınızda naməlum mənbələrdən olan tətbiqlər üçün soruşulan icazələrə diqqət edin.
İT mütəxəssislərinin fikrincə, qeyd edilən məqamlara diqqət yetirməklə baş verə biləcək xoşagəlməz halların qarşısını almaq olar. Lakin hər bir halda mütəxəssislərə müraciət etməkdə fayda var.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46

