Mədəniyyətlərarası dialoqun alternativi yoxdur
10.03.2023 [10:52]
Bu sahədə praktiki addımlar atılır...
Bu gün sivilizasiyalararası mədəni dialoq hər bir dövlətin, eləcə də Azərbaycanın maraq dairəsindədir. Son zamanlar ölkəmizdə bu istiqamətdə bir çox beynəlxalq konfranslar, forumlar, tədbirlər keçirilməkdədir.
Martın 8-də Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib. Görüşdə Azərbaycanın zəngin irsi və təcrübəsi əsasında dünya səviyyəsində sivilizasiyalar və mədəniyyətlər arasında dialoq prosesinə verdiyi töhfə qeyd edilib. Prezident Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlığın həyata keçirildiyini bildirərək, ölkəmizin bundan sonra da Alyansın fəaliyyətini dəstəkləyəcəyini vurğulayıb. İlham Əliyev Mədəniyyətlərarası Dialoq Forumunun gələn ildən bərpa olunacağını vurğulayıb.
Qeyd edək ki, forumda iştirak edən insanları bir-mədəniyyətlərarası dialoqun uğurlu gələcəyi və dünyada gedən müsbət meyllərin gücləndirilməsi amalı birləşdirir.
Xatırladaq ki, BMT-nin Baş Assambleyasının 53-cü sessiyasında 2001-ci ilin “Sivilizasiyaların dialoqu” ili kimi qeyd olunması qəbul edilib. Sivilizasiyalar arasında dialoq ili dünyaya yenidən mədəni müxtəliflik mövzusuna toxunmaq imkanı verməklə hər kəsi əhatə edəcək əlaqələrin yeni sisteminin qurulmasına cəhd göstərdi. Beləliklə, keçirilən tədbirlərin məqsədi mədəni dialoqu stimullaşdıraraq konfliktlərin qarşısını almaq və burada bütün cəmiyyət üzvlərinin iştirak etməsini təmin etməkdir. 1998-ci ilin noyabrında BMT Baş Assambleyasının 53/22 nömrəli qətnaməsində, mədəniyyətlərarası dialoqun konsepsiyasının genişlənməsi məqsədilə mühüm işlər görüldü. Məsələn, BMT-nin sistemində fəaliyyət göstərən və digər beynəlxalq və qeyri-hökumət təşkilatlarına mədəni, sosial və maarifçi proqramın hazırlanıb həyata keçirilməsi təklif olundu.
21-ci əsr artıq öz diktəsini etmiş, Şərqlə Qərb mədəniyyətlərarası dialoqunu, ümumbəşəri vəhdət ideyasını bugünün reallığına çevirib. Dünyanın bu yeni nizamının formalaşması isə sivilizasiyaların qarşılıqlı əlaqəsinə fərqli münasibət tələb edir. 21-ci əsrin 70-80-ci illərində bu yenilik mədəniyyət müstəvisində baş verən qlobal proseslərin siyasi müstəvidə təzahürləri kimi görünürdü. Şərq və Qərb bölgüsü də bu tendensiyaların nəticəsi idi.
Bu tendensiyanı siyasi və iqtisadi müstəvidə ilk dəfə nəzərə alan ümummilli lider Heydər Əliyev oldu. “Yönümüz Şərqə olsa da, yolumuz Qərbədir” - deyən ulu öndərin təşəbbüsü ilə 1998-ci ilin sentyabrında Bakıda 32 dövlət başçısının iştirakı ilə beynəlxalq konfrans keçirildi. Bu toplantıda bir sıra planetar miqyaslı strateji layihələr imzalandı.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın apardığı məqsədyönlü fəaliyyət nəticəsində məsələ bir daha aktuallaşdı. Bu fəaliyyətin sayəsində Bakı 2009-cu ildə bütövlükdə, İslam mədəniyyətinin paytaxtı elan olundu. Mədəniyyət ili çərçivəsində Bakı “Şərq-Qərb” mövzusunda kinofestivallar, incəsənət bayramları, beynəlxalq elmi konfransların keçirildiyi mədəni-mənəvi məbədə çevrildi.
2008-ci il iyunun 10-da Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumda çıxış edən Mehriban Əliyeva qarşıda duran vəzifələr, görüləcək işlərdən danışarkən demişdi: “Görəsən, sivilizasiyalara, xalqlara və ayrı-ayrı insanlara bir-birini eşitməyə, anlamağa nə mane olur və nə kömək ola bilər?”. O, sadəcə bu sualı qoymaqla kifayətlənmədi, mədəniyyətlər arasında qarşılıqlı anlaşma yaradılması istiqamətində ciddi əməli addımlar atdı. Birinci xanım öz fəaliyyəti ilə mədəniyyətlər və sivilizasiyalararası dialoqa nail olmağın yolunu, qadınların bu sahədə nə qədər böyük rol oynaya biləcəyini göstərdi.
2011-ci il aprel ayının 7-də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi üçün yenə Bakı seçildi. Bu isə təsadüfi deyildi. Çünki qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu mövcud olduğu bir ölkə bu cür tədbirlər üçün həqiqətən əvəzsiz məkandır. Əvvəla, Azərbaycan bu cür tədbirlərə ev sahibliyi etməkdə yaxşı təcrübə toplayıb, digər tərəfdən, son onilliklər hər bir sahədə sanballı qələbələr qazanaraq regionun lider dövlətinə çevrilib.
Prezident İlham Əliyev 2015-ci il mayın 18-də III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edərkən demişdi: “Əsrlər boyu Azərbaycanda müxtəlif mədəniyyətlərə məxsus olan xalqlar bir ailə kimi yaşayıblar. Hesab edirəm, bizim təcrübəmiz əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər”.
Göründüyü kimi, ölkəmizdə mədəni dialoqların davam etdirilməsi üçün praktiki addımlar atılır. Dövlət başçısı 2015-ci ildə keçirilmiş Forumunda çıxışı zamanı mədəniyyətlərarası dialoqun alternativlərinin olmadığını bildirib. Bu səbəbdən dünyada mədəniyyətlərarası dialoq mərkəzlərindən biri olaraq tanınan Azərbaycan kimi ölkələrin nümunəsi mühüm göstəricidir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58

