Sosial-iqtisadi yüksəlişin əsas göstəricisi
31.01.2023 [10:49]
Azərbaycanın demoqrafik inkişafı yeni mərhələdə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Əhali və onun strukturu ilə bağlı kəmiyyət və keyfiyyət göstəriciləri milli gücün əsas elementləridir. Azərbaycan xalqının genofondunun qorunması, miqrasiya və demoqrafiya kimi məsələlər milli təhlükəsizlik baxımından olduqca mühümdür. Bu baxımdan, sosial sahələrin və insan kapitalının inkişafı “İnkişaf Konsepsiyası”nın əsas prioritetlərindən biridir. Təhsil və səhiyyədə keyfiyyətin yüksəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, gender bərabərliyinin təmin olunması və ailənin inkişafı, gənclərin potensialının və idmanın inkişaf etdirilməsi bu prioritet çərçivəsində əsas istiqamətlərdir.
Dünya əhalisinin demoqrafiyası mütəmadi dəyişikliyə məruz qalır. Bu dəyişikliklər özünü əsasən iki istiqamətdə büruzə verir: Əhalinin yüksək və aşağı təbii artımı, əhalinin təbii azalması. İkinci vəziyyət demoqrafik böhran hesab edilir və ölüm hallarının doğuşa nisbətdə üstünlük təşkil etməsi ilə ortaya çıxır. Digər tərəfdən, əhali arasında yaşlıların artması və uşaqların azalması ilə müşahidə edilir. Urbanizasiya prosesinin sürətli inkişafı, şəhər həyat tərzinin geniş yayılması, qadınların ictimai istehsala cəlb olunması, əhalinin mədəni məişət və s. təlabatının kəskin şəkildə artması, gec evlənmə, boşanma hallarının artması və uşağın böyüməsi üçün zəruri olan ümumi xərcin artması və s. demoqrafik böhrana səbəb olan başlıca amillərdir.
Hər nə qədər demoqrafik artım müsbət qiymətləndirilsə də, həddindən artıq olduğunda o da müəyyən problemlərə yol açır. Bu mənada, əhalinin yüksək artımı qeydə alınan ölkələrdə məşğulluq problemi, yoxsulluq, aclıq, müharibələr, kütləvi savadsızlıq, tibbi xidmətin keyfiyyətinin aşağı olması, xəstəliklərin yayılması, ekoloji problemlər (su qıtlığı, zibilliklərin artması, tıxac və s.) paralel şəkildə artmağa başlayır. Əhalinin aşağı təbii artımı isə yaşlı əhalinin xüsusi çəkisinin artması, əmək çatışmazlığının yaranması, təqaüd yaşının, immiqrasiyanın artması ilə nəticələnir.
Hazırda dünyada, o cümlədən qonşu ölkələrdə demoqrafik problemlər var. Qloballaşma əhalinin sayının artmasına mənfi təsir göstərməklə yanaşı, həm də miqrasiyaya yol açır. Beləliklə, əhalinin sayı azalır və nəticə etibarilə iqtisadi inkişafı təmin edə biləcək əmək resursları məhdudlaşmış olur. Bu isə milli inkişafın perspektivlərinə həm iqtisadi, həm də strateji müstəvidə mənfi təsir göstərir. Ancaq Azərbaycan bu sahədə müsbət irəliləyişlər əldə etməklə əhalinin dinamik artımına nail olur.
Milli Məclisin deputatı Ramin Məmmədovun sözlərinə görə, Azərbaycanda əhalinin sayı dinamik olaraq artmaqdadır: “Bu, bütövlükdə milli strateji maraqlar kontekstində mühüm bir hadisədir. Bu məsələlər, ilk növbədə, Azərbaycanda mövcud olan iqtisadi inkişaf və sosial siyasətlə bağlıdır. Çünki rifah olmayan ölkədə əhalinin artımını təmin etmək mümkün deyil. Ona görə də, cənab Prezident haqlı olaraq ölkəmizdə əhalinin artımının birbaşa sosial vəziyyətlə bağlı olduğunu vurğulayır”.
Demoqrafik göstəricilərin yüksək olması müsbət qiymətləndirilir. Ancaq son zamanlar verilən məlumatlara görə, çoxuşaqlı ailələrin sayında azalma var. Bu da cəmiyyətin müxtəlif üzvlərində narahatlığa səbəb olur.
Deputat bu məsələnin müasir gənclərin ailə həyatı qurarkən planlaşdırma aparmaları ilə bağlı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, həm insan sayının, həm də qlobal problemlərin durmadan artdığı bir dövrdə çoxuşaqlı ailələrin sayının azalması böyük problem sayılmaya bilər: “Bu gün gənclər ailə büdcəsini həyat tərzlərinə uyğunlaşdırırlar. Yəni onlar dünyaya gələcək övladlarının sayını planlaşdırarkən ailə büdcəsini də nəzərə alırlar. Bu, yaxşı haldır, çünki dövrün tələblərinə görə insanların da tələbatı dəyişir, çoxalır. Dünyada baş verən müəyyən proseslər, müharibələr qiymət artımlarına səbəb olur. Bu da dünyaya gələcək hər uşağın xərcinin artması deməkdir. Həmin uşaqların təhsilinin, sosial vəziyyətinin daha yaxşı olması üçün müəyyən vəsait tələb olunur. Təbii ki, dövlət sosial rifahın yaxşılaşdırılması üçün mütəmadi islahatlar həyata keçirir. Lakin ailə büdcəsinə uyğun hərəkət etməyin özündə də fayda var”.
Günel
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32

