Demokratiyanın əsas göstəricisi - söz azadlığı
06.01.2023 [10:46]
Nicat
Hər bir cəmiyyətin formalaşmasında, dövlətlərin və xalqların inkişafında demokratiyanın əsas göstəricilərindən biri hesab olunan söz, fikir azadlığı xüsusi rol oynayır. Böyük fəxarət hissi ilə qeyd edilməlidir ki, Azərbaycan da bu prinsiplərə hörmətlə yanaşan ölkələrdəndir. Ümumiyyətlə, söz və fikir azadlığı demokratik cəmiyyətin əsas atributu sayılır. Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması birbaşa ümummilli lider Heydər
Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə müstəqil mətbuat inkişaf etdi, söz və məlumat azadlığının yüksək səviyyədə təmin olunması istiqamətində ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirildi.
Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyev də fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsini hər zaman xüsusi diqqətdə saxlayır. Xatırlatmaq yerinə düşər ki, mətbuatın inkişafını dövlət siyasətinin başlıca prioritetlərindən biri olaraq elan edən dövlətimizin başçısı 2010-cu ildə Prezident İlham Əliyev “Jurnalistlərin dostu” seçilib. İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, çoxşaxəli tədbirlər nəticəsində media sektorunun inkişafı üçün ciddi addımlar atılıb, söz, fikir azadlığının təmin olunması istiqamətində əsaslı nailiyyətlər əldə edilib. Dövlətimizin başçısı çıxışlarında jurnalistlərin əməyini yüksək qiymətləndirdiyini dəfələrlə qeyd edib. Jurnalist əməyinin cəmiyyətdəki rolu barədə danışarkən dövlət başçısı mətbuat işçilərini, jurnalistləri hətta özünün köməkçisi adlandırıb. Cənab Prezident öz nitqində bildirib ki, bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edir: “Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə, jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir”.
Bu yerdə dünyada azad medianın, insan hüquq və azadlıqlarının təmin edilməsi cəmiyyətdə demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edildiyini vurğulamaqda xüsusi fayda var. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir.
İki il bundan öncə dövlət başçımızın “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) də media sahəsində həyata keçirilən uğurlu islahatlardan biridir. Bu günə qədər keçirilən müsabiqələrin qalibi olmuş müxtəlif məzmunlu kütləvi informasiya vasitələrinə MEDİA tərəfindən maliyyə dəstəyi ayrılıb ki, bu da həmin KİV orqanlarının - saytların, qəzetlərin, agentliklərin və s. - maddi-texniki təminatının gücləndirilməsində xüsusi rol oynayır. Məhz bu dəstəyin nəticəsidir ki, ölkəmizdə fəaliyyət göstərən mətbuat orqanlarının həm texniki imkanları, həm də orada çalışan jurnalistlərin aylıq gəlirləri artıb. Media sahəsinə dövlət dəstəyi də heç şübhəsiz, mətbuatın inkişafını şərtləndirir.
Məhz bu dəstəyin nəticəsidir ki, hazırda ölkə mediası beynəlxalq kütləvi kommunikasiya sisteminin bir parçası kimi uğurla inkişaf edir. Söz və mətbuat azadlığı cəmiyyətdə demokratiyanın meyarı və ölçüsü rolunu oynayır. Müstəqil Azərbaycan dövləti ölkədə insan hüquqlarının müdafiəsi, söz və mətbuat azadlığı kimi məsələlərə xüsusi önəm verir. Bu gün Azərbaycanda yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir. Fikir, söz və məlumat azadlığı dövlətimizin siyasi kursunun və qazanılan demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33

