QHT - hökumət əlaqələri möhkəmlənir
03.11.2022 [11:25]
Vətəndaş cəmiyyəti institutları hüquqi dövlət quruculuğu prosesinin fəal iştirakçılarıdır
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır
Müasir dövrdə ictimai həyatın demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətin harmonik və sabit inkişafının təmin edilməsi hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən sayılır. Bu gün Azərbaycanda baş verən tərəqqi proseslərinin, novatorluğun, modernləşmə təşəbbüslərinin lokomotivi qismində çıxış edən hüquqi dövlət anlayışı bütövlükdə sabit inkişafın əsas təməl prinsipidir. Yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilən Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinin uğurları ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi əməli tədbirlərin nəticəsi sayıla bilər. Belə ki, Azərbaycan Respublikası müstəqillik qazandığı dövrdən indiyə kimi insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması və daha da təkmilləşdirilməsi istiqamətində çox mühüm addımlar atılıb. Müşahidə edilən dinamik sosial-iqtisadi tərəqqi ilə paralel surətdə cəmiyyətin demokratikləşməsi və vətəndaş fəallığının artması isə vətəndaş cəmiyyətinin də inkişafını özündə ehtiva edir. Azərbaycanda QHT sektorunun fəaliyyətinə dövlət təminatı verən əsas qanun 1995-ci ildə qəbul edilmiş ölkə Konstitusiyasıdır. Ölkə Prezidenti İlham Əliyevin yürütdüyü siyasi kurs Azərbaycanda hüquqi dövlətin möhkəmləndirilməsi, inkişaf etdirilməsi, o cümlədən də, vətəndaş cəmiyyətinin praktiki olaraq möhkəmlənməsi və inkişafı üçün zəmin yaradıb. Dövlət strukturları, dövlətin ayrı-ayrı hakimiyyət qolları QHT sektoru ilə münasibətlərin daha da təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq addımlar atır. Yeri gəlmişkən, noyabrın 1-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin təşkilatçılığı ilə “Parlament - QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda iclas keçirilib. Tədbirdə komitə üzvləri, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov, “Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova, Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri Mayis Əliyev digər QHT nümayəndələri iştirak edirlər. Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli QHT-lərlə görüşlərin, müzakirələrin faydalı olduğunu bildirib. Çıxış edən Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Qazilər haqqında” qanunun qəbuluna ehtiyac olduğunu söyləyib. İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib ki, Azərbaycanda ayrı-seçkiliklə bağlı qanunun qəbuluna ehtiyac var. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Samir Əliyev QHT-hökumət əməkdaşlığına diqqətin artırılmasını vacib sayıb.
Çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni QHT-dövlət əməkdaşlığının dövlətimizin, dövlətçiliyimizin daha da möhkəmlənməsi istiqamətində gücləndirməyin vacibliyini önə çəkib. “Azərbaycanın milli maraqlarının, təhlükəsizliyinin qorunması istiqamətində üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gələcəyik”, - deyə Rauf Zeyni vurğulayıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sahib Alıyev də qeyri-hökumət təşkilatlarının müəyyən qanunvericilik aktları və layihələrin hazırlanmasında iştirak edə biləcəyini diqqətə çatdırıb. Onun sözlərinə görə, QHT-lər Azərbaycanda ictimai əxlaqın formalaşmasında böyük funksiya daşıyan qurumlardan biridir: “Bu baxımdan ölkədə vətəndaş cəmiyyəti institutlarının işinə böyük ehtiyac var. Hesab edirəm ki, QHT-lərin qanunvericilikdəki fəaliyyəti iki yolla reallaşdırıla bilər. Bunlardan biri onların müəyyən qanunvericilik aktları, digəri isə layihələrin müştərək hazırlanmasına cəlbi ola bilər. QHT-lər qanunların necə işləməsinə nəzarət edilməsi istiqamətində də bir sıra vacib işlər görə bilər”.
“Heç kimə sirr deyil ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbə qazanmasında Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi “Dəmir yumruq” olmağımızın əhəmiyyəti vardı. Çünki bu gün müharibə daha da gərgin olmaqla siyasi və diplomatik müstəvidə cərəyan edir. Azərbaycanın Ermənistan üzərində qələbəsini istəməyən, hətta bunu özləri üçün faciə sayanlar da var. Bu baxımdan QHT-lər daim səylərini birləşdirməli və sıx şəkildə əməkdaşıq etməlidirlər”, - deyə deputat bildirib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Analitik
22 Aprel 10:12
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17

