“Yanğından yaşıllığa”
01.11.2022 [11:18]
Kampaniya çərçivəsində meşəbərpa tədbirlərinə başlanılıb
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Nardar BAYRAMLI
Ətraf mühitin mühafizəsi və ekologiyanın qorunması Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biridir. Ölkəmizdə ekoloji problemlərin həlli məqsədilə ardıcıl olaraq dövlət proqramları qəbul olunur və icra edilir. Bunun nəticəsidir ki, ekoloji təhlükəsizliyin təmin olunması sahəsində mühüm nailiyyətlər əldə edilib. Bu kontekstdə aidiyyəti qurumlar tərəfindən həm ətraf mühitin mühafizəsi baxımından, həm də insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunması istiqamətində səmərəli tədbirlər həyata keçirilir.
Bu prosesdə yaşıllaşdırma tədbirləri də önəmli yer tutur. Meşəsalma və meşəbərpa tədbirlərinin ilbəil intensivləşdirilməsi hesabına meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçib. Son illər isə on minlərlə hektar ərazilərdə yaşıllaşdırma, meşəbərpa işləri aparılıb və yeni meşələr salınıb. Bunun nəticəsində də milyonlarla ağac əkilib. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən arid sahələr və aşağı keyfiyyətli torpaqlarla səciyyələnən ərazilərin, o cümlədən Bakı və Abşeron yarımadasının yaşıllaşdırılması ilə bağlı müasir metodlara əsaslanan iri yaşıllaşdırma layihələri həyata keçirilib. Ən əsas məqamlardan biri də işğaldan azad olunmuş ərazilərdə meşələrin bərpa edilməsidir. Son iki ildə bu məqsədlə böyük işlər görülüb.
Bundan əlavə, yay aylarında yanğına məruz qalmış meşə ərazilərinin bərpası da diqqət mərkəzindədir. Bu məqsədlə IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yanğından yaşıllığa” kampaniyası çərçivəsində ölkə ərazisinin yanğına məruz qalmış meşə fondu torpaqlarında meşəbərpa tədbirlərinə başlanılması da təqdirəlayiqdir. İctimai Birlikdən verilən məlumata görə, payız ağac əkini mövsümündə Şabran, Siyəzən, Quba, Xaçmaz, Qəbələ, Oğuz, Zaqatala rayonlarının yanğına məruz qalmış meşə fondu ərazilərində meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə hazırlanan xüsusi proqram çərçivəsində yanğınlardan zərər görmüş sahələr təmizlənərək əkinə hazır vəziyyətə gətirilir. Oktyabrın 29-da Şabran rayonunun yanğına məruz qalmış meşə fondu sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının, IDEA İctimai Birliyi və ETSN könüllülərinin iştirakı ilə 2 hektar ərazidə 2000 ağac tingi əkilib və 200 kiloqram palıd toxumu səpilib.
IDEA İctimai Birliyi və ETSN-in birgə təşkilatçılığı ilə həyata keçirilən kampaniya zamanı meşə fondu torpaqlarının yanğına məruz qalmış ərazilərində hər bölgənin torpaq-iqlim şəraitinə uyğun, meşə təsərrüfatlarının tinglik sahələrində yetişdirilmiş palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş, akasiya kimi müxtəlif cinsli ağacların əkilməsi, toxumların səpilməsi nəzərdə tutulub. Təəssüf ki, yay mövsümündə isti və quraq hava şəraiti, əsasən də insan amili, ehtiyatsız davranışlar nəticəsində ölkənin müxtəlif bölgələrində meşə yanğınları baş verib və hektarlarla meşə fondu sahəsi yanğından zərər görüb.
Son illər iqlim dəyişiklikləri fonunda qlobal istiləşmə səbəbindən planetdə meşə yanğınları artır, ilbəil miqyası genişlənir. Bu şəraitdə insanların odla ehtiyatsız davranışı, yaşıllıqlara olan etinasızlığı daha çox ərazilərin yanğına məruz qalmasına, daha böyük fəsadların, o cümlədən ağacların məhvinə, ətraf mühitin və biomüxtəlifliyin, kənd təsərrüfatı sahələrinin ciddi zərər görməsinə səbəb olur.
Bu səbəbdən torpaq sahibləri, fermerlər, turistlər və bütün vətəndaşlar yanğın təhlükəsizliyi qaydalarına əməl etməli, yanğınlara şərait yaradan hallara yol verməməlidirlər. Meşə ilə örtülü sahələr Azərbaycan ərazisinin 11,8 faizini təşkil edir. Meşələr bizi təmiz hava və sağlam məkanlarla təmin edir. Onlar suyu təmizləyir, torpaqlarımızı eroziya, daşqın və digər təhlükələrdən qoruyur, yerli və qlobal iqlim şəraitini tənzimləyir, planetimizin flora və faunasının 80 faizinə ev sahibliyi edir, yanacaq istifadəsindən əmələ gələn karbon qazının üçdəbirini udmaqla, iqlim dəyişikliyi ilə mübarizədə bizə kömək edir. Meşə ehtiyatları ölkəmizin, xüsusən, regionların iqtisadi inkişafına və ümumiyyətlə, insanların dolanışığına böyük töhfə verir.
Bütün bunları nəzərə alaraq, meşələrin bərpası və genişləndirilməsi üzrə həyata keçirilən tədbirlər bir çox Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusən də Məqsəd 3 (Səhiyyə və rifah), Məqsəd 13 (İqlim dəyişikliyi), Məqsəd 15 (Torpaq ekosisteminin mühafizəsi) və digər məqsədlərə nail olunmasına xidmət edir.
“Yanğından yaşıllığa” kampaniyasının təşkilatçıları hamını əvəzedilməz həyat mənbəyi olan meşələrimizi qorumağa, ölkəmizin və planetimizin dayanıqlı gələcəyini təmin etməyə dəstək olmağa çağırır.
Xəbər lenti
Hamısına baxİdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57

